Icma.az
close
up
RU
Zahid Oruc: “Qələbə həm də yeni idarəçilik elementləri gətirdi

Zahid Oruc: “Qələbə həm də yeni idarəçilik elementləri gətirdi

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Müzakirəyə təqdim olunan yeni qanun layihəsi Vətən müharibəsində Qələbəmizdən sonra dövlət idarəçiliyi sisteminə daxil olan yeni institut-xüsusi nümayəndəlik təsisatının gücləndirilməsinə, ölkəmizin idarəçilik arxitekturasının yenilənməsinə xidmət edən mühüm hüquqi aktdır. 

Naxçıvan Muxtar Respublikasının Azərbaycan dövlətçilik tarixində müstəsna və əvəzedilməz yeri vardır. Ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə məhz Naxçıvanda gəldi. Ölkənin dağılmaq təhlükəsi qarşısında olduğu o ağır illərdə qədim diyar həm hərbi istehkam, həm də Azərbaycanın siyasi xilas yolu oldu”. 

“Cebheinfo.az” xəbər verir ki, bunu parlamentin bugünkü iclasında deputat Zahid Oruc deyib.

Deputat qeyd edib ki, Naxçıvanın muxtariyyəti arxasında tarixi, siyasi, hüquqi və təhlükəsizlik amilləri dayanır:

“O dövrdə respublika statusu əsrin əvvəllərində və işğal dövründə regionun təhlükəsizliyində müstəsna rol oynadı, qardaş Türkiyə ilə Qars müqaviləsini tarixi sənəddən 1990-cı illərin ağır dövrünə qaytardı, Türk dövlətləri birliyinin təməllərinin məhz orada qoyulmasına səbəb oldu. Muxtariyyət unitar quruluşa uyğundur, dövlətin suverenliyi, vahid idarəçilik və milli təhlükəsizlik prinsipləri üzərində qurulub, heç zaman paralel dövlətçilik demək deyil.

Bir çox sosial media paylaşımlarında qanun layihəsini muxtariyyətin tədricən zəiflədilməsi kimi təqdim edirlər. Halbuki Naxçıvanda mövcud olan nazirlik və idarəetmə strukturları alternativ hökumət statusu daşımır. Onlar muxtariyyət çərçivəsində fəaliyyət göstərsələr də, mərkəzi hakimiyyətin ayrılmaz hissəsidirlər.

Layihə də muxtariyyətin konstitusion çərçivəsini dəyişdirmir - yalnız idarəçiliyi gücləndirir. Muxtariyyəti ləğv etmək istəyən heç bir qanun nümayəndəliyin statusunu artırmaz, əksinə, azaldar. Vətən müharibəsində Qələbə həm də yeni idarəçilik elementləri gətirdi, Qarabağ və Şərqi Zəngəzurdan kənarda ilk dəfə, Prezidentin Xüsusi nümayəndəlik institutu məhz orada yaradıldı və dövlət idarəçiliyində yeni mərhələ başlandı. İndi sülh gündəliyi ilə regionda tamamilə fərqli geosiyasi reallıq formalaşır. 

Zəngəzur və Orta Dəhliz layihələri, Türk dünyasının inteqrasiyası, yeni logistika marşrutları və regional təhlükəsizlik məsələləri fonunda Naxçıvanın əhəmiyyəti daha da artır, Azərbaycanla coğrafi birliyi sülh müqaviləsinin məntiqi nəticəsi olur”. 

Z.Oruc əlavə edib ki, bir vaxtlar blokada şəraitində yaşayan torpaq gələcək nəqliyyat və iqtisadi layihələrin əsas qovşaqlarından birinə çevrilir:

“Belə bir mərhələdə dövlət idarəçiliyinin çevikliyi, operativ qərarvermə və vahid koordinasiya xüsusi əhəmiyyət daşıyır. Layihə dövlət siyasətinin daha səmərəli icrasına, mərkəzlə bölgə arasında koordinasiyanın gücləndirilməsinə xidmət edir. Naxçıvanda strateji infrastruktur layihəsi həyata keçirilirsə - yol, enerji, logistika - proqramın müxtəlif mərhələlərini ayrı-ayrı nazirliklərlə, idarələrlə koordinasiya etmək lazım gəlir. Əgər yerli nümayəndənin statusu koordinasiyanı təmin etmək üçün kifayət etmirsə, qərar və planın icrası uzanır. 

Prezidentin müəyyən etdiyi vəzifələri yerlərdə həyata keçirən qurumlar və şəxslər çevik qərar qəbul edə bilən, Bakı ilə birbaşa əlaqəli fəaliyyət aparmalıdır. Qanunda təklif olunan dəyişikliyin mahiyyəti ondan ibarətdir ki, Prezidentin səlahiyyətli nümayəndəliyi artıq birinci kateqoriya dövlət orqanı statusu alır, adi inzibati vəzifə şəbəkəsindən çıxarılır, birbaşa prezidentə tabe olan xüsusi vəzifəli şəxslər sırasına keçirilir. 

Layihə idarəçilik iyerarxiyasında xüsusi nümayəndəliyin statusunun gücləndirilməsi və onun cavabdehliyinin artırılmasına xidmət edir. Qarabağda və azad edilmiş torpaqlarda da eyni xüsusi nümayəndəlik institutu fəaliyyət göstərir. Həmin nümayəndələr yeni Vətən quruculuğunun əsas dayaq nöqtələrinə çevrilib. Onlar həm dövlət strukturları ilə, həm də məskunlaşan əhali ilə gündəlik işdə sınaqdan keçirlər.

Aparılan obyektiv sorğuların nəticələri göstərir ki, məskunlaşan əhalinin 56 faizi nümayəndələrin fəaliyyətindən razıdır, 30 faizi isə əsasən razılığını bildirir. Rəqəmlər böyük ictimai etimadın göstəricisidir. 

Qarabağ və azad edilmiş torpaqlarda fəaliyyət göstərən xüsusi nümayəndələr artıq real idarəçilik yükü daşıyırlar. Onlar eyni anda həm infrastruktur bərpasını, həm məskunlaşma prosesini, həm də təhlükəsizlik koordinasiyasını idarə edirlər. 

İnanırıq ki, status ilə məsuliyyətin uyğunlaşdırılması Naxçıvanı daha da gücləndirəcək və ölkəmizin bütün ərazisində vahid, səmərəli dövlət idarəçiliyinin bərqərar olunmasına töhfə verəcəkdir”.

Vilayət Muxtar
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 05 İyun 2026 12:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see402

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see372

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see359

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see300

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see282

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see254

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see253

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see240

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see235

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see230

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see224

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see218

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see217

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see204

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see203

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see195

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see173

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see172

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see172

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri