Icma.az
close
up
RU
Ordumuz qədər dilimizdən də qorxurlar Zahid Oruc

Ordumuz qədər dilimizdən də qorxurlar Zahid Oruc

Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İranın elm nazirinin (Hüseyn Simayi Sərraf – red.) Azərbaycanda məktəblərdə aparılan geyim islahatlarına münasibətdə verdiyi açıqlama onların dini və siyasi təmsilçilərinin ölkəmiz əleyhinə mövqelərindən əsla fərqlənmədi. Başa düşüləndir ki, sözügedən dini-klerikal idarəçilik sistemi bütün təsisatlarda özünün güclü təsirini formalaşdırıb və bu sistemdən kənarda hansısa nazirin fərqli açıqlama verməsi də gözlənilən deyil.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Zahid Oruc deyib.

“Lakin ən başlıca məsələ hazırkı dövrdə qalib Azərbaycanın obrazının qonşu İranda doğurduğu reaksiyalardır. Təcavüzə uğramış ərazilərimiz, yaşadığımız humanitar faciələr, qaçqın və məcburi köçkünlərimizin problemləri həmin dövlətlərdə əhalini milli azadlıq ideyalarından yayındırmaq və onlara təsir göstərmək üçün bir alətə çevrildi. Bu proseslərdən ideoloji mənada maksimum dərəcədə istifadə edirdilər. Deyirdilər ki, sizin apardığınız mübarizənin sonu da ağır nəticələnəcək. Çünki baxın, Azərbaycan buna görə ciddi itkilər yaşayır.

Qızlarımızı İrana dəvət edən qüvvələr on illərdir ki, əslində, oradakı azərbaycanlıların minimum hüquqlarını belə təmin etmirlər. Xatırlayırsınızsa, ötən il Ali Baş Komandan İlham Əliyev ADA Universitetində keçirilən beynəlxalq forumda bu məsələlərə geniş yer ayırmışdı. O, bəyan etmişdi ki, nə üçün orada erməni məktəbləri olduğu halda, milyonlarla azərbaycanlı övladı üçün ana dilində təhsil təmin edilmir? Nədən narahatdırlar?

Çünki başa düşürlər ki, bilik və elmlə zənginləşmək bizim qardaş və bacılarımızın siyasi hüquqları uğrunda mübarizəyə qalxacağı, daha da güclənəcəyi, cəmiyyət həyatına nüfuz edəcəyi və hakimiyyətin hazırkı yürütdüyü siyasəti ilə razılaşmayacağı deməkdir.

Açıq demək lazımdır ki, Ordumuz qədər dilimizdən də qorxurlar. Əlli milyondan artıq azərbaycanlının eyni dildə danışması, vahid fikir və ideya ətrafında çıxış etməsi bir çoxlarını narahat edir.

Biz bilməliyik ki, iranlı nazir övladlarımızı ora xoş məramla dəvət etmir. O düşünür ki, gələcəkdə həmin övladlar hüquqsuz cəmiyyətin bir parçasına çevriləcək, dini hakimiyyəti müdafiə edən şəxslərə çevriləcəklər. Onların dindar, mühafizəkar və öz hüquqlarını təmin edə bilməyən insanlar kimi formalaşması hədəflənir. Təhsil bəhanəsi ilə regional gərginlik yaradılır”, - deputat bildirib.

Zahid Orucun sözlərinə görə, Vətən müharibəsindəki qələbədən sonra Azərbaycanın geosiyasi gücündən, nüfuzundan və imkanlarından İran narahatdır:

“Bu şəraitdə səfirliyimizə qarşı hücum baş verdi. İranın müəyyən dairələri Xankəndi, Xocalı və Xocavənd istiqamətlərindəki erməni separatizmini qoruyub saxlamağa cəhd göstərirdilər. Lakin bu cəhdlər nəticə vermədi və Azərbaycan ərazi bütövlüyünü təmin etdi.

Bütün bunlara baxmayaraq, həmin qüvvələr regionda gərginliyi qoruyub saxlamağa çalışırlar. Bu baxımdan, iranlı nazirə verilən cavab (Elm və Təhsil Nazirliyinin bəyanatı – red.) düzgündür və adekvatdır. Bu mövqeyi bütün hakimiyyət institutlarının qarşısında da qaldırmalıyıq. İranda yaşayan soydaşlarımızın elementar hüquqları ilə bağlı məsələləri gələcək dövrdə strateji istiqamət kimi müəyyənləşdirməli, 50 milyon azərbaycanlının vahid vətən duyğusunu milli ideologiya səviyyəsində gücləndirməyə çalışmalıyıq.

Minillərdir ki, dövlətimiz və torpaqlarımız kimi, dilimiz də təzyiqlərə məruz qalıb. Çalışmalıyıq ki, İranda yaşayan soydaşlarımız da tariximizi, keçmişimizi, birlikdə keçdiyimiz yolu mənəvi və siyasi baxımdan yadda saxlasınlar. Bunun üçün mədəni tədbirlər, rəqəmsal layihələr, kitablar və dərsliklər vasitəsilə mümkün qədər vahid elektron platformalar yaratmalı, ədəbiyyatımızı və ortaq keçmişimizi əhatə edən resursları geniş şəkildə təqdim etməliyik.

Eyni zamanda, soydaşlarımızın hüquqlarının qorunmasına xüsusi diqqət yetirməliyik. Düşünürəm ki, bu istiqamətdə də Azərbaycanda müxtəlif media quruluşları, partiyaların bu məsələlərə davamlı münasibəti, o cümlədən parlamentdən daimi açıqlamalar verilməkdədir”.

Zahid Oruc Azərbaycan dini dövlət olmadığını diqqətə çatdırıb:

“Biz müsəlman ölkəsiyik, lakin islam dövləti deyilik. Təəssüflər olsun ki, siyasi islamı möhtəkirlik alətinə çevirən, onu ideologiya kimi dünyada guya özünün təmsilçisi kimi təqdim edənlər, əksinə, dinin böyük, müqəddəs dəyərlərini zərbə altına qoyurlar. İranın siyasəti Azərbaycan dilinin və kimliyinin, islamın sülh idealı kimi təqdim olunmasının qarşısını alır.

Biz fərqindəyik ki, bəzi vətəndaşlarımızın müqəddəs duyğularından, səmimi istəklərindən və etiqadlarından müxtəlif dairələr istifadə etməyə çalışır. Müsbət haldır ki, bu proses artıq müəyyən formada tənzimlənməkdədir. Ölkə daxilindəki vəziyyət sabitləşir. Amma məktəb strateji platformadır. Milləti və dövləti quran bir sistemdir, mühüm bir institutdur.

Məktəbi mübarizənin, müharibənin hədəfində saxlamaq xarici dairələrin niyyətidir. Onlar düşünürlər ki, bizim qələbəmizə gedən yol məktəblərimizdən keçib. Hətta yüksək bilik göstəricisi olmayan şagirdlər Vətən müharibəsindən sonra yüksək bal topladılar, ən yüksək qiymətləri əldə etdilər. Belə bir şanlı tarix salnaməsi o qüvvələri qorxudur. Qədimdəki kimi, o insanları hüquqsuz vəziyyətdə saxlamaq üçün addımlar atırlar.

Ancaq Azərbaycan bundan sonra da öz idealları ilə davam edəcəkdir və hesab edirəm ki, bu, bizim tərəfdarlarımızın sayını qat-qat artıracaqdır. Azərbaycanlı kimliyi ilə qürur duyanların sayı çoxalacaqdır”.

Məqalə Azərbaycan Respublikası Media və Yayım Şurasının maliyyə dəstəyi ilə “dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://axar.az
archiveBu xəbər 27 Oktyabr 2026 16:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see455

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see340

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see287

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see281

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see239

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see238

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see234

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see231

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see224

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see224

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see219

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see218

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see216

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see215

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see208

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see199

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see188

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see174

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see174

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri