Icma.az
close
up
RU
“Şəhidlik həm də Elm Şuşasını fəth etməklə qazanılır!” Zahid Oruc

“Şəhidlik həm də Elm Şuşasını fəth etməklə qazanılır!” Zahid Oruc

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyevin rəhbərliyi ilə şəhid övladları, tələbə və məktəblilərlə görüş keçirilib.

Redaktor.az xəbər verir ki, tədbirdə çıxış edən Milli Məclisin deputatı Zahid Oruc ali məktəblərə qəbul olunan gənclərin, xüsusilə şəhid ailələrinin övladlarının əldə etdiyi uğurların böyük mənəvi əhəmiyyət daşıdığını bildirib.

Deputat qeyd edib ki, şəhidlərin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda göstərdiyi fədakarlıqla onların qardaş və bacılarının elm və təhsil sahəsində qazandıqları uğurlar eyni dövlətçilik idealına xidmət edir.

“Şəhidlərin apardıqları mübarizə ilə onların qardaş və bacılarının elm və təhsil sahəsində qazandıqları uğurlar eyni dövlətçilik idealına xidmət edir: Azərbaycanın güclü, firavan və gələcəyinə özü sahib olan dövlət kimi yaşasın”, – deyə Zahid Oruc vurğulayıb.

O bildirib ki, Vətən müharibəsindən sonra Azərbaycanda yeni nəsil formalaşıb. Bu nəslin nümayəndələri Qarabağı işğal altında görməyib və artıq Şuşanı azad edilmiş Azərbaycanın zəfər rəmzi kimi öyrənirlər.

Zahid Oruc çıxışında Azərbaycanın elm və təhsil tarixindən də danışıb. O, Nəsirəddin Tusi, Yusif Məmmədəliyev, Lütfi Zadə, Xudu Məmmədov və Azad Mirzəcanzadə kimi alimlərin Azərbaycan elminə verdiyi töhfələri xatırladıb.

Deputat diqqətə çatdırıb ki, 2026/2027-ci tədris ili üzrə xaricdə təhsilə dair Dövlət Proqramının əhatə dairəsinə 33 ölkənin 231 nüfuzlu ali təhsil müəssisəsində 4121 proqram daxil edilib. Onun sözlərinə görə, 500 Azərbaycan gənci Dövlət Proqramının təqaüdçüsü adını qazanıb və onların 155-i dünyanın ən nüfuzlu ilk 10 universiteti sırasında yer alan ali məktəblərdə təhsil alacaq.

Zahid Oruc bildirib ki, Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri əldə edilmiş hərbi-siyasi Zəfəri elm, texnologiya və intellektual inkişaf sahəsində yeni nailiyyətlərlə davam etdirməkdir.

“XXI əsrin Azərbaycan gənci qarşısına daha böyük məqsədlər qoymalıdır: yeni bilik yaratmaq, beynəlxalq elmi jurnallarda dərc olunmaq, patent almaq, texnologiya yaratmaq, qlobal şirkət qurmaq, dövlət idarəçiliyində yeni həllər təklif etmək, Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasında iştirak etmək, Azərbaycanın dünyada intellektual nüfuzunu artırmaq”, – deputat deyib.

O, çıxışında Nobel mükafatı laureatı Əziz Səncərin Qarabağ müharibəsində şəhid olan Azərbaycan əsgərləri ilə bağlı fikirlərinə də toxunub. Zahid Orucun sözlərinə görə, Səncərin yanaşması gənclər üçün mühüm mesajdır: Vətən uğrunda göstərilən fədakarlıqla elm sahəsində əldə edilən böyük uğurlar eyni milli məqsədə xidmət edir.

Deputat xüsusilə şəhid övladlarının qarşısında dayanan mənəvi missiyanı vurğulayıb. O bildirib ki, bir çox şəhid gənc universitetdə oxumaq, peşə sahibi olmaq, ailə qurmaq və övlad böyütmək arzularını həyata keçirə bilmədən Vətən uğrunda canından keçib.

“Şəhid ailəsinin övladının qazandığı hər bir uğurun fərqli mənəvi çəkisi var. Onlar ata və analarının, ailələrinin və bütövlükdə Vətənin keşiyində məhz elm və təhsil səngərində döyüşmək missiyasını qəbul edirlər”, – Zahid Oruc qeyd edib.

O əlavə edib ki, müasir dövrdə dövlətlərin gücü yalnız ərazi və təbii sərvətlərlə ölçülmür. Süni intellekt, biotexnologiya, kvant texnologiyaları, kibertəhlükəsizlik, robototexnika, yeni materiallar və digər yüksək texnologiyalar dövlətlərin əsas rəqabət imkanlarına çevrilir.

Zahid Oruc gəncləri əldə etdikləri təhsil və bilikləri Azərbaycanın inkişafına yönəltməyə çağırıb. Onun sözlərinə görə, əsgərin azad etdiyi əraziləri mühəndis qurmalı, həkim vətəndaşın sağlamlığını qorumalı, müəllim yeni nəsil yetişdirməli, iqtisadçı inkişaf modelini formalaşdırmalı, memar isə azad edilmiş ərazilərdə müasir şəhərlər yaratmalıdır.

Deputat çıxışının sonunda şəhid övladlarına müraciətlə bildirib ki, onların qazandığı hər bir uğur Vətən qarşısında mühüm xidmətə çevrilə bilər.

“Qəhrəman oğul və qızlarımızın ala bilmədiyi diplomları qazanmaq, görə bilmədikləri şəhərləri qurmaq, çata bilmədikləri elmi zirvələri fəth etmək və nəhayət, həyata keçirə bilmədikləri arzuları yeni nəslin imkanlarına çevirmək yeni millət quruculuğunun əsas idealıdır”, – deyə Zahid Oruc vurğulayıb.

O, çıxışını “Şəhidlik həm də Elm Şuşasını fəth etməklə qazanılır!” sözləri ilə yekunlaşdırıb.

T.İSMAYIL

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 09 Sentyabr 2026 16:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see285

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see266

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see250

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see248

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see235

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see229

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see228

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see227

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see227

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see224

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see221

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see220

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see216

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see215

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see204

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see201

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see198

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see195

Spotify bu ölkədə bağlanır

28 Noyabr 2026 00:43see191

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri