Icma.az
close
up
RU
Zamana və məkana sığmayan böyük Zəfər ŞƏRH

Zamana və məkana sığmayan böyük Zəfər ŞƏRH

Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

27 sentyabr Azərbaycan tarixində yeni dövrün başlanğıcı kimi qalacaq. Bir müddət sonra biz tarixi dövrdə yaşadığımızı, bu dövrə şahidlik etdiyimizi daha yaxşı dərk edəcəyik. Müasir Azərbaycan vətəndaşı tariximizin ən parlaq dönəminə şahidlik etdiyi üçün çox xoşbəxtdir. Həmin tarix 27 sentyabrdır. 27 sentyabr hüznlə kədərin qarışdığı gündür. Hər bir xalq öz qəhrəmanları ilə yadda qalır. Həmin gündə başlayan müharibə bizə yeni dövrün qəhrəmanlarını tanıtdı. 27 sentyabr erməni faşizmi üzərində qələbənin təməlinin qoyulduğu tarixdir. Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi sayəsində bəşəriyyət üçün təhlükəli olan azğın bir düşməni cilovlamağı bacardı. Erməni faşizminin məğlubiyyəti bölgədə birgəyaşayışın, sülh və əmin-amanlığın təməlini qoyan mühüm siyasi hadisədir. İnsanlıq düşməni olan bu azğın adamları zərəsizləşdirdiyi üçün bəşəriyyət Azərbaycan Ordusuna minnətdar olmalıdır. Azərbaycan xalqı Vətən müharibəsində qazandığı qələbə ilə qonşu dövlətlərin və xalqların sülh şəraitində yaşamasına böyük töhfə vermiş oldu. İlanın başı əziləndən sonra o təhlükəli olmur. Biz ilanın başını əzib zəhərli dişini çıxarmaqla müasir dünyaya çox böyük yaxşılıq etmiş olduq. Buna görə də, Anım Günü kimi qeyd etdiyimiz 27 sentyabr təkcə Azərbaycanın deyil, dünyanın siyasi tarixinə qızıl hərflərlə həkk olundu.
Azərbaycanın hərb tarixində Vətən müharibəsi və ya “Dəmir Yumruq Əməliyyatı” kimi adlandırılan 44 günlük müharibə özünəməxsus xüsusiyyətləri ilə müasir müharibənin nümunəsi kimi dünyanın aparıcı hərbi təhsil çüəssisələrində öyrənilir. Əks-hücum əməliyyatı müharibə tarixi üçün bir çox yeniliklərə imza atdı. Bir çox xarici ölkələrin hərbi ekspertləri, hərbi institutları müharibəni təhlil edərək öz ölkələri üçün dərslər çıxardı.
Tarixi Zəfərimizi, suverenliyimizin tam bərpasını bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib. Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq 27 sentyabrın ölkəmizdə Anım Günü, 20 sentyabrın Dövlət Suverenliyi Günü kimi qeyd olunması özündə bütün məqamları ehtiva edir.
Bu gün bölgədə, o cümlədən Azərbaycan-Ermənistan münasibətlərində gündəliyi formalaşdıran tərəf də Azərbaycandır. Dünya mövcud olduqca bu tarixlə qürur duyacaq, onu öz müqəddəs qanları ilə yazan şəhidlərimizi sonsuz hörmət və ehtiramla anacağıq.

Nəbi Hacıyev

YAP Sabunçu rayon təşkilatının məsləhətçisi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:77
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 25 Sentyabr 2026 12:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see353

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see345

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see281

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see277

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see274

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see270

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see266

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see265

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see251

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see226

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see217

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see217

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see216

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see215

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see212

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see211

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see209

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see208

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see207

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri