Icma.az
close
up
RU
Menu

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

“Eyni tempdə davam edirik” Rui Jorje

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

İraola: “Belə bir şey baş verməməlidir”

Zamanı aşan söz Mir Cəlal Paşayevin yaradıcılığına həsr olunmuş elmi bədii tədbir

Zamanı aşan söz Mir Cəlal Paşayevin yaradıcılığına həsr olunmuş elmi bədii tədbir

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 15 may, AZƏRTAC

Mayın 15-də Azərbaycan Dillər Universitetində (ADU) görkəmli ədib və ictimai xadim, professor Mir Cəlal Paşayevin yaradıcılığına həsr olunmuş “Zamanı aşan söz” adlı elmi-bədii tədbir keçirilib. Görüş Mir Cəlal Paşayevin həyat və yaradıcılığını əks etdirən videoçarxın nümayişi ilə başlayıb.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən ADU-nun rektoru, akademik Kamal Abdulla bugünkü görüşün böyük mənəvi əhəmiyyət daşıdığını bildirib. Mir Cəlal Paşayevin tələbəsi olduğunu xüsusi vurğulayan rektor böyük ədəbiyyatşünas alimlə bağlı xatirələrini bölüşüb. Bildirilib ki, Mir Cəlal Paşayevin istər pedaqoji fəaliyyəti, istərsə də bədii yaradıcılığı və elmi-publisistik dünyagörüşü əsl örnəkdir. Onun ədəbi-elmi irsi bu gün də istər tələbələrin, müəllimlərin, eləcə də bütün ictimaiyyətin bəhrələndiyi diqqətəlayiq mənbədir. Mir Cəlal Paşayev pedaqoji fəaliyyətində olduğu kimi, bədii əsərlərində də şəxsiyyətin formalaşması məsələlərinə, obraz yaradıcılığına xüsusi diqqət verirdi. Ədibin qələmə aldığı bədii nümunələr oxucunun gözü qarşısında real həyat hadisələrini əks etdirməklə yanaşı, onu humanist düşüncələrə, hisslərə kökləyir. Mir Cəlal Paşayevin istər mənalı ömür yolu, istərsə də bədii əsərlərində qoyduğu ideyalar xalqın həyat amalı, devizidir.

Daha sonra Mir Cəlal Paşayevin qızı - Bakı Dövlət Universitetinin Rus ədəbiyyatı tarixi kafedrasının müdiri, professor Ədibə Paşayeva çıxış edərək atasının xatirəsinə göstərilən ehtirama görə universitet rəhbərliyinə və tədbir iştirakçılarına təşəkkürünü bildirib. Mir Cəlal Paşayevin zəngin həyat və yaradıcılıq yolundan danışan natiq bildirib ki, ədib həyatda qazandığı bütün uğurlara yalnız öz zəhməti, iradəsi və istedadı hesabına nail olub. Mir Cəlal Paşayevin həyat fəlsəfəsi, insanlara humanist münasibəti, Vətənə, xalqa bağlılığı övladları üçün örnək olub. Onun övladları, nəvələri bu gün də həmin yolu – Vətənə xidmət yolunu ləyaqətlə davam etdirirlər.

Tədbirdə çıxış edən ADA Universitetinin kommunikasiya və rəqəmsal media ixtisasının müəllimi Şəfəq Mehrəliyeva Mir Cəlal Paşayevin çoxşaxəli elmi və bədii fəaliyyətindən bəhs edərək, onun nəsr yaradıcılığını Azərbaycan ədəbiyyatının inkişafında mühüm mərhələ kimi səciyyələndirib. Bildirilib ki, Azərbaycan dilinin incəliklərinə dərindən bələd olan ədibin zəngin elmi-bədii yaradıcılığı daim elmi ictimaiyyətin, oxucuların diqqət mərkəzində olub. Tanınmış pedaqoq və elm xadimi olan Mir Cəlal Paşayev klassik və müasir ədəbiyyata dair elmi əsərləri, bədii kitabları, pedoqoji fəaliyyəti ilə yeni ədəbi nəslin yetişməsində, yüksəkixtisaslı kadrların formalaşmasında mühüm rol oynayıb.

Daha sonra Azərbaycanda Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti Fuad Məmmədov, ADU-nun Azərbaycan ədəbiyyatı kafedrasının müdiri akademik Muxtar İmanov və ADU-nun magistratura tələbələri çıxış edərək Mir Cəlal Paşayevin zəngin elmi-bədii irsinin əhəmiyyətindən danışıblar. Bildirilib ki, ədəbin zəngin yaradıcılıq fəaliyyəti öz bədii-publisistik və elmi mahiyyəti ilə XX əsr Azərbaycan ədəbiyyatının ən görkəmli nümunələrindəndir. Öz aktuallığını müasir dövrdə də qoruyan yazıçının bir-birindən maraqlı hekayələri, roman və povestləri bədii ədəbiyyatımızda özünəməxsus yer tutur.

Tədbir zamanı tələbələrin ifasında mahnılar ifa olunub, Mir Cəlal Paşayevə həsr olunmuş şeir səsləndirilib, ədəbin “Bir gəncin manifesti” romanından səhnələşdirilən bir parça nümayiş olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 May 2026 17:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see348

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see329

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see309

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see303

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see301

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see292

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see284

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see270

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see268

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see254

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see249

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see244

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see239

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see231

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see227

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see224

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see224

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see219

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see214

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see209
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri