Icma.az
close
up
RU
Gənclər Kitabxanasından Mir Cəlal Paşayevin xairəsinə ehtiram ifadəsi

Gənclər Kitabxanasından Mir Cəlal Paşayevin xairəsinə ehtiram ifadəsi

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

XX əsr Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş görkəmli yazıçı, ədəbiyyatşünas, professor Mir Cəlal Paşayevin anadan olmasının 118-ci ildönümü tamamlandı. Bu münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında görkəmli alimin həyat və yaradıcılığından bəhs edən “Dövrün mənzərəsini ədəbiyyatımızda canlandıran böyük ziyalı” adlı biblioqrafik icmal hazırlanıb.

Kitabxanadan 525.az-a bildirilib ki, təqdim olunan vəsaitdə Mir Cəlal haqqında rəsmi sənədlərin tam mətni, layiq görüldüyü mükafatlar, görkəmli şəxslərin onun haqqında söylədikləri dəyərli fikirlər yer alıb. Bu materialda akademik Nizami Cəfərovun “Mir Cəlal, yaxud ədibin idealları”, professor Şirindil Alışanlının “XX əsr ədəbiyyatının Mir Cəlal fenomeni” adlı məqalələrin tam mətni də verilib.

Vəsaitdə alimin müəllifi olduğu və Azərbaycan, türk, rus dillərində nəşr edilən “Füzuli sənətkarlığı”, “Ədəbiyyatda romantizm”, “XX əsr Azərbaycan ədəbiyyatı”, “Mirzə Ələkbər Sabirin sənət dünyası”, “İki rəssam”, “Azərbaycanda ədəbi məktəblər”, “C.Məmmədquluzadə realizmi haqqında” kimi 50-dən çox kitabın qısa annotasiyası və biblioqrafik təsviri var. Biblioqrafik icmalda görkəmli ədib haqqında qələmə alınan “Mir Cəlalın yaradıcılıq aləmi”, “Mir Cəlalın fikir dünyası”, “Mir Cəlalın milli idealları”, “Mir Cəlalın aforizmləri”, “Əbədiyaşar professor Mir Cəlal Paşayev” kimi kitablar, dövri mətbuatda və məcmuələrdə çıxan məqalələrin siyahısı da sərgilənir.
Biblioqrafik icmal kitabxananın rəsmi saytında yerləşdirilib.
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:141
embedMənbə:https://525.az
archiveBu xəbər 30 Aprel 2026 22:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see382

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see341

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see335

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see328

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see328

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see326

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see307

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see304

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see282

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see270

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see262

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see260

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see255

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see253

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see249

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see236

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see216

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see212

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see203

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri