Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Instagram da yeni funksiya

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu MÜBARİZƏNİ DAYANDIRDI

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

Zamanın çağırışlarının milli tribunası

Zamanın çağırışlarının milli tribunası

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İctimai-siyasi və tarixi zərurətdən yaranan Yeni Azərbaycan Partiyası ötən 33 ildə dövlət müstəqilliyimizin möhkəmləndirilməsində inkişafa, sabitliyə, tərəqqiyə xidmət edən milli məqsədlərin reallaşdırlmasında böyük xidmətlər göstərib. Ümumxalq partiyasına çevrilən Yeni Azərbaycan Partiyası öz sıralarında cəmiyyətin bütün təbəqələrindən olan insanları birləşdirən avanqard siyasi qüvvədir.

Dövlət müstəqilliyinin ilk illərində mövcud siyasi partiyalar ölkənin milli maraqlarını, təhlükəsizliyini qorumaq əvəzinə, hakimiyyət uğrunda mübarizə aparırdılar. Buna görə də ölkə daxilində hərc-mərclik, xaos, ciddi böhran yaranmışdı. Azərbaycanı düşdüyü bu bəladan, məhv olmaq təhlükəsindən xilas etmək üçün Azərbaycan xalqının görkəmli ziyalıları, tanınmış insanlar ümummilli lider Heydər Əliyevə müraciət etdilər.

Zəngin dövlətçilik təcrübəsinə malik olan, öz xalqına, dövlətinə dərindən bağlı olan Ulu öndər özü də belə partiyanın yaradılmasına ehtiyac olduğunu görürdü. Ona görə də, tanınmış 91 nəfər ziyalı 1992-ci il 16 oktyabr tarixində dünya miqyaslı siyasət və dövlət xadiminə müraciət etdi: “Sizdən xahiş edirik ki, yaranan Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verəsiniz. Azərbaycanın bütün bölgələrindən bizim təşkilat komitəsinə daxil olan minlərlə şifahi və yazılı vətəndaş təkliflərinə əsaslanaraq belə bir qənaətə gəlirik ki, yaratmaq istədiyimiz Yeni Azərbaycan Partiyasına bu gün rəhbərlik etməyə qadir olan yeganə mütləq Lider Siz ola bilərsiniz. Yalnız bu halda yaranmaqda olan partiya öz qarşısına qoyduğu məqsədə çatar. Respublikanın bütün zümrələrdən olan xalq kütləsini öz ətrafında birləşdirərək Azərbaycanın siyasi, iqtisadi həyatında mövcud olan boşluğu doldurar, dövlət quruculuğu işlərində öz layiqli töhfəsini verə bilər. Son söz olaraq bildirilirdi ki, Azərbaycan Sizin sözünüzü gözləyir”.

Ulu öndər Heydər Əliyev cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi. Yeni Azərbaycan Partiyasının yaradılmasının 5-ci ildönümü münasibətilə keçirilən təntənəli yığınacaqdakı nitqində Prezident Heydər Əliyev demişdir: “91-lər”in mənə müraciətindən əvvəl ondan bir xeyli vaxt Sirus Təbrizli böyük bir məqalə dərc etmişdir ki, biz Heydər Əliyevi Azərbaycana, Bakıya özümüz dəvət etməliyik. Mən o məqaləni də oxudum, onu çox hörmətlə qarşıladım, qəbul etdim. Ancaq o məqalə də mənim fikrimi dəyişmədi. Nəhayət, Azərbaycanda vəziyyətin get-gedə ağırlaşdığını, çətinləşdiyini görərkən və bu partiyanın yaranması ilə əlaqədar mənə müraciət edən ziyalıların, respublikanın tanınmış adamlarının – ölkəmiz, xalqımız, torpağımız üçün ürəyi həqiqətən yanan adamların iztirabını duyarkən, onların xalqımız, ölkəmiz üçün bir iş görmək arzusunu hiss edərkən mən tədricən belə bir partiyanın yaranmasına kömək etməyə razılığımı verdim. Sonra mənə “91-lər”in müraciəti gəldi və mənim müraciətə cavabım oldu”.

Beləliklə, AXC-Müsavat cütlüyünün yaratdıqları təzyiqlərə baxmayaraq, 1992-ci il noyabrın 21-də Naxçıvanda 550 nəfərin iştirakı ilə Yeni Azərbaycan Partiyası təsis olundu. Çoxlu sayda təzyiqlərə baxmayaraq, qısa müddətdə insanlar Yeni Azərbaycan Partiyasına üzv olmağa başladılar. Bu barədə Ulu öndər demişdir: “Bu partiyaya hər kəs öz könülü, vicdanı, qəlbi ilə gəlməlidir. Hamı bilsin ki, bu partiya saflıq, saf mənəviyyat üzərində qurulmuş bir partiyadır. Bu partiya Azərbaycanın tarixi köklərinə, milli–mənəvi dəyərlərinə söykənən, ümumbəşəri dəyərlərdən bəhrələnən ümumxalq partiyasıdır. Azərbaycanın bütün vətəndaşlarının partiyasıdır. Yeni Azərbaycan Partiyası daim yaşayacaq və Azərbaycan vətəndaşlarının istək və arzularını əks etdirən böyük bir təşkilat olacaqdır”.

Müxalifət partiyası kimi yaranan Yeni Azərbaycan Partiyası iqtidara gəldikdən sonra digər siyasi partiyalara qanunlar əsasında fəaliyyət göstərməyə əlverişli şərait yaratdı. Ömrünü öz xalqına və dövlətinə xidmətə həsr edən ümummilli lider Heydər Əliyevin Yeni Azərbaycan Partiyasına rəhbərlik etməsi partiyamıza olan inam və dəstəyi artırdı. Qısa müddətdə ümumxalq partiyasına çevrilərək müstəqil Azərbaycanın inkişafını təmin etdi.

Ulu öndər vaxtilə demişdir: “Azərbaycan dünyaya Günəş kimi doğacaq!”. Həqiqətən, bu gün ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyada bir Günəş kimi parlayır. Ümummilli lider Heydər Əliyevin siyasi kursunun uğurlu davamçısı, Prezident İlham Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyası öz fəaliyyətini müvəffəqiyyətlə davam etdirir.

YAP lideri İlham Əliyev partiyanın VI qurultayında demişdir: “Yeni Azərbaycan Partiyası ölkəmizdə aparıcı siyasi qüvvədir. Partiyamızın ideyaları, siyasəti xalq tərəfindən dəstəklənir. Partiyamızın sıraları genişlənir və çox sevindirici hal ondan ibarətdir ki, gənclər partiyaya üz tuturlar: Gənclərin axını partiyamızın gələcək inkişafı üçün də əsas şərtlərdən biridir”.

Prezident İlham Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyası tamamilə yeni keyfiyyət mərhələsində inkişafını davam etdirir. Üzvlərinin əksəriyyəti gənclərdən ibarət olan Yeni Azərbaycan Partiyası nəinki Cənubi Qafqazın, eləcə də yaxın coğrafiyanın ən güclü, mütəşəkkil, yüksək intellektual potensiala malik olan siyasi qüvvədir. Yeni Azərbaycan Partiyası nəinki qələbələr qazanan, eyni zamanda, bu qələbələri uzun müddət qoruyub saxlamağı bacaran nadir partiyalardandır. Bu qələbələrin əsasında isə, hər şeydən öncə, azərbaycançılıq, vətənsevərlik, varislik, konstruktiv əməkdaşlıq, vətəndaş həmrəyliyi və sosial ədalət dayanır.

Yeni Azərbaycan Partiyası öz lideri İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da möhtəşəm zəfərlərə imza atacaq. Bu gün Yeni Azərbaycan Partiyası Azərbaycanın aparıcı siyasi qüvvəsidir. Ölkəmizdə sabitliyin və təhlükəsizliyin təmin olunmasında, inkişafında, torpaqlarımızın işğaldan azad edilməsində, yeni infrastrukturların yaradılmasında, Qarabağımızın dirçəldilməsində Yeni Azərbaycan Partiyasının misilsiz xidmətləri, böyük rolu var.

Ulu öndər Heydər Əliyev xaos və anarxiyadan, dövlətçiliyin itirilməsi təhlükəsindən xilas edib tərəqqi yoluna çıxardığı Azərbaycan hazırda Yeni Azərbaycan Partiyasının sədri Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edən, yeniləşən, müasirləşən ölkəyə çevrilib. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan “Dəmir yumruq” əməliyyatı nəticəsində işğal altında olan torpaqlarımız azadlığa qovuşdu, ərazi bütövlüyümüz bərpa olundu.

Qarşıda bizi daha böyük hədəflər gözləyir. Bu hədəflərə çatmaq üçün Prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşərək Heydər Əliyev ideyalarını gələcək nəsillərə ötürməliyik. Heydər Əliyev siyasəti uğurlu və xoşbəxt gələcəyimizin əsas təminatçısıdır. Ulu öndər Heydər Əliyev ideyalarını əsas götürərək Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyev yürütdüyü müstəqil siyasəti ilə ölkəmizi daha da işıqlı gələcəyə aparır.

Sultanəli QURBANOV,
ADPU-nun dosenti

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:203
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 21 Noyabr 2025 00:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see609

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see429

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see312

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see299

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see272

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see246

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see227

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see217

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see215

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see205

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see196

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see196

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see196

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see194

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see187

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see182

İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu MÜBARİZƏNİ DAYANDIRDI

28 Oktyabr 2026 02:20see176

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see166

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see166

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri