Icma.az
close
up
RU
Zamanın sirri: başqa planetlərdə ilin və günün müddəti nə qədərdir?

Zamanın sirri: başqa planetlərdə ilin və günün müddəti nə qədərdir?

Reyting.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.


Tədqiqatçılar zamanın sirri, vaxt barədə, eləcə də başqa planetlərdə bir ilin Yer kürəsindəki il ilə fərqi haqqında maraqlı faktlar açıqlayıblar.

Təqdim edilən materiallardan məlum olur ki, Merkuri planetində bir ilin müddəti cəmi 88 Yer günü qədərdir. Bu isə Günəş sistemindəki bütün planetlər arasında ən qısa bir dövr hesab olunur.
Neptunda bir il 165 Yer ilinə bərabərdir.
Elm adamları belə böyük fərqin hansı səbəbdən baş verdiyini izah etməyə çalışıblar.
Alimlərin fikrincə, bütün planetlər Günəş ətrafında tam orbitini tamamlamaq üçün müxtəlif vaxt tələb edir. Məlum olduğu kimi, Günəş sistemindəki bütün planetlər yalnız Günəşin ətrafında deyil, həm də öz oxları ətrafında fırlanmaqla, durmadan hərəkət edirlər. Planetdə bir gün onun öz oxunun ətrafında tamam fırlanması üçün lazım olan vaxt, bir il isə planetin Günəş ətrafında tam fırlanma müddətidir.

Reyting.az xəbər verir ki, tədqiqatçılar müxtəlif planetlərdə bir ilin nə qədər olması ilə bağlı astronomik siyahı da tərtib ediblər:
Merkuri - 88 Yer günü.
Venera - 225 Yer günü.
Yer - 365 (366) gün.
Mars - 687 Yer günü.
Yupiter - 4331 Yer günü və ya 12 Yer ili.
Saturn - 10,747 Yer günü və ya 29,4 Yer ili.
Uran - 30.589 Yer günü və ya 84 Yer ili.
Neptun - 59.800 Yer günü və ya 165 Yer ili.
Bu fərqlərin əsas izahı məşhur elm adamı İohann Keplerin dünyada ilk dəfə tərtib edilmiş planetlərin hərəkəti qanunlarındadır. Onun üçüncü qanununa görə, belə bir nəticə çıxır ki, bir planetin Günəş ətrafında fırlanmasına sərf etdiyi vaxt onun mərkəzi ulduzdan uzaqlığı ilə birbaşa bağlıdır. Günəşdən də daha uzaq olan planetlərin orbitləri çox uzundur və nisbətən daha yavaş hərəkət edirlər ki, bu da Günəşin onların üzərindəki cazibə qüvvəsinin məsafə artdıqca zəifləməsinə səbəb olur. Bunun əksinə olaraq, Günəşə yaxın olan planetlər daha sürətli hərəkət edir və daha da güclü cazibə qüvvəsi hiss edirlər.
Bundan əlavə, xatırlarmaq lazımdır ki, planetlərin orbitləri tamamilə mükəmməl deyil, çünki onların demək olar, hamısı ellips formasına malikdirlər. Bu göstərici isə onların orbit boyunca daima hərəkət sürətlərinin dəyişmələri anlamına gəlir. Üstəlik, alim Keplerin ikinci qanununa görə, planet Günəşə yaxınlaşdıqda sürəti artır, uzaqlaşdıqda isə yavaşlayır.

Maraqlıdır ki, Yupiter və Saturn kimi qaz nəhəngləri, eləcə də buz nəhəngləri olan Uran ilə Neptun da öz oxları ətrafında Yer planetlərindən (Yer, Mars, Venera və Merkuri) daha sürətli fırlanırlar. Bu fakt isə göstərir ki, həmin planetlərdə bir sutka 24 saatdan az davam edir. Ancaq bütün bunlara baxmayaraq, onların illəri onlarla və yüzlərlə Yer ili qədər davam edə bilər.
Alimlər hesab edirlər ki, planetlərin fırlanma sürəti qismən onların Günəşi əhatə edən protoplanetar diskdən necə əmələ gəlməsindən asılıdır. Bununla belə, nəhəng planetlərin niyə sürətli fırlanma sualı hələ də açıq qalır.
Günəş sisteminin planetlərindəki günün uzunluğu da maraqlı təqdimatdır. Fərqli planetlərdə isə bir günün neçə müddət ərzində davam etməsi tablosu belədir:
Merkuri - 176 Yer günü.
Venera - 243 Yer günü.
Yer - 23,9 saat.
Mars - 24,6 saat.
Yupiter - 10 saatdan azdır.
Saturn - 10 Yer saat 33 dəqiqə.
Uran - 17 saat 14 dəqiqə.
Neptun - təxminən 16 Yer saatı.
Oqtay QORÇU

Ana səhifəyə dön


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://reyting.az
archiveBu xəbər 11 Yanvar 2025 10:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see325

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see316

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see299

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see284

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see238

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see233

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see229

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see225

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see215

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see214

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see207

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see206

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see201

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see199

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see198

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see189

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see172

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see171

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see168

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri