Zaqatalada pul daşıyan maşınla Niva toqquşdu; 1 ölü, 7 yaralı var SON DURUM FOTO
Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ötən gün Zaqatala rayonunun Muxax kəndi ərazisində bir nəfərin ölümü, yeddi nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsində xəsarət alanların son vəziyyətləri açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, xəsarət alanlardan bir nəfərin (qadın cinsli) vəziyyəti ağır qiymətləndirilir
"Martın 13-də, saat 14:50-də Zaqatala rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində aralarında iki azyaşlı olmaqla yeddi nəfər (ikisi qadın, beşi kişi) bədənin müxtəlif dərəcəli travmaları diaqnozu ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Zərərçəkənlərə zəruri tibbi yardım göstərilib. Onlardan bir nəfər (kişi cinsli) artıq ambulator müalicə üçün evə buraxılıb.
Beş nəfərin (ikisi azyaşlı olmaqla) vəziyyəti qənaətbəxş qiymətləndirilir və müalicələri davam etdirilir. Xəsarət alanlardan bir nəfərin (qadın cinsli) vəziyyəti ağır qiymətləndirilir və müalicəsi Reanimasiya şöbəsində davam etdirilir.
Qeyd edək ki, hadisə nəticəsində bir nəfərin isə (kişi cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb", - deyə məlumatda vurğulanıb.(oxu.az)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 14 Mart 2025 15:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















