Zaqatalada yük maşını vurduğu 66 yaşlı qadın ölüb
Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Zaqatalada yük maşını vurduğu 66 yaşlı qadın ölüb.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun Zaqatala şəhər ərazisindən keçən hissəsində baş verib.
Xarici dövlətə məxsus iritonnajlı yük maşını Qax rayonu istiqamətində hərəkətdə olarkən yolun hərəkət zolağında olan piyada - Zaqatalanın Faldarlı kənd sakini 1960-cı il təvəllüdlü Firəngiz Səlim qızı Məmmədovanı vurub.
Yük avtomobili qadının aşağı ətraflarının üstündən keçib. F. Məmmədova ağır vəziyyətdə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusunda əməliyyat blokuna alınıb. Həkimlərin səyinə baxmayaraq, o, əməliyyatdan bir qədər sonra ölüb.
Faktla bağlı araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 17 Oktyabr 2026 15:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















