Icma.az
close
up
RU
Zatulin erməni lobbisinin pulları müqabilində Azərbaycana qarşı düşmənçilik edir Millət vəkili

Zatulin erməni lobbisinin pulları müqabilində Azərbaycana qarşı düşmənçilik edir Millət vəkili

Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Rusiya Dövlət Dumasının MDB ölkələri ilə iş komitəsi sədrinin birinci müavini statusunu daşıyan Konstantin Zatulin MDB Ölkələri İnstitutunun “Lazarev klubu” ilə birgə Moskvada təşkil etdiyi dəyirmi masada Azərbaycanın əleyhinə tarixi saxtalaşdıran, heç bir sərhəd tanımadan yalan və böhtanlar üzərində qurulmuş çıxış edib. Zatulin hərbi cinayətlər törətmiş erməni əsilli şəxslərin Bakıda keçirilən məhkəmə prosesi ilə bağlı əsassız fikirlər səsləndirib. Zatulinin kimliyi Azərbaycan oxucusuna yaxşı bələddir. “erməni sevdalısı” olan, sonradan isə rəsmi İrəvan tərəfindən “qara siyahıya” tuş gələn Zatulin erməni lobbisinin verdiyi pulların müqabilində Azərbaycana qarşı düşmənçilik edir".

Bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib. 

Deputat bildirib ki, nə qədər absurd olsa da, Zatulin erməni cinayətkarların mühakimə olunmasını həm “şəxsi revanş”, həm də “repressiya” adlandırır.

Qeyd edək ki, bu kimi “terminlərdən” istifadə etməsi Zatulini elə birinci addımdaca ələ verir. Revanşizm və repressiya həmin ittiham edilən şəxslərə aid oluna bilməz - həmin şəxslər konkret faktlar üzrə məsuliyyətə cəlb olunublar və hətta onların əksəriyyəti törətdikləri cinayətləri artıq danışmağa, etiraf etməyə başlayıb.
Revanşizm xəstəliyi isə Zatulin və onu “körükləyən” zümrənin tutulduğu mərəzdir - Azərbaycanın haqqa, ədalətə söykəndiyi mövqeyini hədəfə alanlar, 30 ilə yaxın işğal altında qalmış ərazilərin azad olunması ilə barışmayanlar, zatulinlər və ona himayədarlıq edənlər artıq anlayırlar ki, belə çıxışlar əhəmiyyətsizdir. 

İkinci bir tərəfdən, istər istintaq dövründə hətta Zatulindən də üstün ermənipərəst şəbəkələr bir sıra yollarla Azərbaycanın iradəsinə təsir etməyə çalışıb, bu hərbi cinayətkarların bəzilərinin azad edilməsinə nail olmaq istəyib. Fərqli dövlətlərin parlamentləri bu barədə “dinləmələr” təşkil edib, “tövsiyələr” təqdim edib, hətta təhdid ritorikası ilə “qətnamə” belə qəbul edib. Prosesə bir sıra ermənipərəst şəbəkə üzvləri, hətta beynəlxalq PR şirkətləri belə “qoşulmuşdu”. Nəticədə isə, Azərbaycana qarşı aparılan şər-böhtan kampaniyası onların özlərinin ifşasına yol açdı. Erməni lobbisinin “kuklası”na çevrilmiş Zatulin kimilərini dövriyyəyə salmaqla uğur əldə edəcəklərini düşünənlər əslində bu başdan məğlubiyyətlərini elan və etiraf etmiş olurlar. Çünki alət kimi istifadə edilən həmin şəxslərin kimliyi, reputasiyası, erməni puluna alət olmaları bütün ştrixləri ilə ortadadır.

Millət vəkilinin sözlərinə görə, əsas məsələlərdən biri isə, Zatulinin Rusiya Dövlət Dumasında tutduğu vəzifə ilə bağlıdır. Bu məsuliyyətsiz deputatın danışdığı hədyanlar həm də təmsil olunduğu Rusiya dövlətinin qanunverici orqanının məsuliyyətinə çevrilir.  Niyə Dumanın rəhbərləri Zatulinə bu kimi qeyri-hüquqi, dövlətlərarası münasibətlərə xələl gətirən, əsassız fikirlər danışdığı üçün hansısa bir irad bildirmirlər? Ən azından çıxıb Zatulinin bu məsuliyyətsiz davranışının Dumanın və ya Rusiyanın mövqeyi ilə paralellik daşımadığını bəyan etməlidirlər. 

Rusiya Dövlət Duması bununla bağlı mütləq münasibət bildirməlidir. Zatulinin yalanlarının sükutla müşayiət olunması Dumanı da pis vəziyyətdə qoyur. Erməni puluna danışan Zatulinə görə Rusiya Dövlət Dumasıözünün imicinə zərbə vurmamalıdır.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://unikal.az
archiveBu xəbər 02 Mart 2025 19:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see203

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see187

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see159

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see137

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see136

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see129

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see128

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri