Icma.az
close
up
RU
Zatulinin dilindən Bakıya ismarış Putinin özünə bağışlaya bilmədiyi iki “səhv”

Zatulinin dilindən Bakıya ismarış Putinin özünə bağışlaya bilmədiyi iki “səhv”

Turkstan.az saytından alınan məlumata görə, Icma.az bildirir.

(Zatulin Xocalı qatili Robert Köçəryanın kitabının təqdimat mərasimində)

Rusiya Dumasının MDB işləri, Avrasiya İnteqrasiyası və Həmvətənlərlə İş Komitəsinin sədr müavini, erməniyönlü deputat Konstantin Zatulinin son açıqlaması böyük səs-küyə səbəb olub. Belə ki, o, Azərbaycanın Rusiyanın müttəfiqi olmadığını və Kremlin buna uyğun yanaşma nümayiş etdirilməli olduğunu bəyan edib.

Zatulinin bu fikirləri Rusiyanın rəsmi mövqeyi hesab edilə bilərmi? Azərbaycan Rusiyadan səslənən bu kimi təxribatlara necə cavab verəcək?

Globalinfo.az-a danışan politoloq Rəşad Bayramov deyib ki, Konstantin Zatulin hər zaman anti-Azərbaycan və ermənipərəst mövqe sərgiləyib:

“Onun hər fürsətdə Azərbaycan əleyhinə bəyanatlarla çıxış etdiyini, Rusiyanın ictimai fikrində ölkəmiz əleyhinə mövqeni təbliğ etdiyini hər kəs bilir. Odur ki, indi də onun Rusiya-Azərbaycan münasibətlərinə dair baxışları, Azərbaycanın Rusiyadakı ayrı-ayrı təşkilatlarının bağlanması ilə bağlı çağırışlarında təəccüblü nəsə yoxdur.

Amma məsələ burasındadır ki, bu dəfə anti-Azərbaycan bəyanatları təkcə Zatulin tərəfindən səsləndirilmir. Rusiyanın hakim “Yedinaya Rossiya” partiyasını təmsil edən deputatları Nikolay Valuyev, Yevgeni Popov, Andrey Pinçuk və digərlərinin də çıxışları Zatulindən fərqlənmir. Odur ki, indi bu kampaniyanın arxasında Kremlin dayandığı şübhə doğurmur. Kremlə yaxınlığı ilə seçilən media quruluşlarında ölkəmiz əleyhinə aparılan kampaniyanın ardınca Zatulin və onun kimilərin bu cür mövqe ortaya qoyması təsadüfi ola bilməz”.

Politoloqun sözlərinə görə, bütün bunlar Rusiyanın imperiya təfəkküründən qurtula bilmədiyini, şovinist və ermənipərəst mövqedən çıxış etdiyini göstərir:

“Rəsmi Moskva Zatulin və onun kimilərin timsalında Azərbaycanın vurulan təyyarəsinə reaksiyasını və “Rus Evi”nin bağlanması məsələsindəki öz haqlı mövqeyində israr etməsini həzm edə bilmir.

Rəşad Bayramov

Zatulin açıq şəkildə deyir ki, Azərbaycan Rusiyanın müttəfiqi sayıla bilməz və Moskva müvafiq cavab addımları atmalıdır. Halbuki Zatulin özü də kifayət qədər yaxşı bilir ki, müttəfiqlik münasibətlərinə xələl gətirən tərəf biz deyilik. Hər zaman istənilən dövlətlə münasibətlərdə səmimi olmuşuq və indiyə qədər Rusiya ilə imzalanmış sənədlərdə nəzərdə tutulan heç bir öhdəlikdən geri çəkilməmişik. Müttəfiq kimi hərəkət etməyən, qonşularına və müttəfiqlərinə yuxarıdan aşağı baxan, şantaj yolu tutaraq nəyəsə nail olacağına ümid edən Rusiyadır”.

R.Bayramov vurğulayıb ki, Rusiya ona arxa çevirən Ermənistana kifayət qədər loyal mövqe sərgiləyir:

“Ermənistanda Rusiya televiziyalarının yayımının dayandırılmasına, rus məktəblərinin bağlanmasına, bu ölkənin öz mövcudluğunu borclu olduğu Rusiyanı satmasına, KTMT tədbirlərini boykot etməsinə, ABŞ-la birgə hərbi təlimlərinə və strateji tərəfdaşlıq haqqında sənəd imzalamasına, Avropa İttifaqına üzvlük proseduruna başlamasına səssiz qalan, bütün imkanları ola-ola Ermənistana təzyiq etməyən Rusiyanın indi Azərbaycana qarşı hücuma keçməsi əslində bu ölkənin yüzillər boyu həyata keçirdiyi siyasətin davamıdır.

Amma Rusiya unudur ki, biz artıq daim güzəştə gedən ölkə deyilik və bu şəkildə rəftara da göz yummaq niyyətimiz yoxdur. Əgər Moskva həqiqətən də müttəfiqlik münasibətlərinə sadiq olduğunu iddia edirsə, onda ilk növbədə Zatulin və onun kimilərin ağzını yummalı və Azərbaycanın haqlı tələblərini qəbul edərək üzr istəməlidir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:66
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 10 Fevral 2025 17:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see213

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see196

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see179

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see166

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see155

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see153

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see152

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see134

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see130

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri