Icma.az
close
up
RU
Zatulinin Qarabağ “sancısı”

Zatulinin Qarabağ “sancısı”

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qart ermənipərəst Rusiyanı Azərbaycana qarşı sərt tədbirlərə səsləyir

Qarabağ və yenə Qarabağ. Azərbaycan-Rusiya münasibətlərinin hazırkı soyuq məcrasında ortaya Qarabağ münaqişəsi çıxır. Məsələni gündəmə gətirənlər isə Rusiyanın stajlı ermənipərəstləridir. Söhbət, konkret olaraq, ölkənin Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr üzrə Komitəsinin sədr müavini Konstantin Zatulindən gedir.

Görünür, Zatulinə ötən həftə Xankəndidə keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının yüksək səviyyəli toplantısı əməlli-başlı yer edib. Hərçənd, bu məxluq həmişə Azərbaycan əleyhinə hədyanlar yağdırmaqla məşğuldur. Yəni, onun anti-Azərbaycan ritorikası ətrafa üfunət yaymağa hazır durumdadır. Buna görə Zatulinin söylədiklərinə bəlkə reaksiya verməmək olardı. Çünki onun “məqsədi” məlumdur. Ancaq Rusiyanın ictimai fikir industriyasının böyük kəsimi də demək olar, bu düşüncədədir. Deməli, münasibətimiz olmalıdır.

Əlqərəz, K.Zatulin “Moskovskiy komsomolets” qəzetinə müsahibəsində bildirib ki, “biz artıq Bakıya əvvəlki kimi lazım deyilik, çünki Qarabağ münaqişəsi həll olunub”. Sanki Qarabağ məsələsinin həlli Rusiyanın ölkəmizə böyük lütfü imiş. Halbuki, 44 günlük müharibədən sonrakı üç ildə Kremlin bölgədəki separatizmi qorumaq naminə dəridən-qabıqdan çıxdığını gördük. Dəridən-qabıqdan çıxdı, amma bacarmadı. Səbəb sadədir: həm Azərbaycan dövləti qətiyyət və prinsipiallıq göstərdi, həm də Ermənistan hakimiyyəti qərbpərəst kursunu dəyişib Rusiyaya meyillənmədi.

Bəli, Rusiya ermənipərəstləri Qarabağ məsələsindən hazırkı Bakı-Moskva gərginliyi fonunda ikincinin birinciyə qarşı hiddətini körükləmək məqsədi ilə söz açır, bölgənin Rusiyanın Cənubi Qafqaz maraqları baxımından həllediciliyi tezisini gündəmə gətirirlər. Böyük məqsəd Kremli Azərbaycan əleyhinə daha qatı tədbirlərə şirnikləndirməkdir. Onların üzərində dayandıqları başlıca məqam isə ölkəmizin, guya, Qarabağı əldə etdikdən sonra Moskvadan üz döndərdiyinə dair cəfəngiyyatdır. Zatulinə gəldikdə, o, həmişəki kimi, “prosesin” önündədir: “İndi Yekaterinburqda baş verən hadisələr fonunda münasibətlərimizdə növbəti gərginlik yaşanır. Amma bu, sadəcə, bəhanədir, başqa səbəb də tapıla bilər. Azərbaycanın hazırkı kursunun həm subyektiv, həm də obyektiv səbəbləri var. Obyektiv səbəb odur ki, bu gün Bakı üçün Rusiya ilə xüsusi münasibətlərə ehtiyac yoxdur. Əvəzində Azərbaycan İsrail, Türkiyə və Böyük Britaniya ilə xüsusi münasibətlərdədir”.

K.Zatulin hansı nöqtəyə “vurduğunun” fərqindədir. O, fikirlərinin davamında Azərbaycanın Rusiya ilə ticarət-iqtisadi əlaqələrini qabardır və sözlərindən gəlinən qənaət odur ki, Bakı Moskva ilə ticarətdən faydalanır. Amma bu, Azərbaycanın digər məqsədləri qarşısında ikinci plandadır. “Ona görə də indi Bakı Rusiya ilə niyə razılaşmadığını, niyə Ukraynaya dəstək verdiyini izah etmək üçün bəhanələr axtarır”, - deyən Zatulinin Rusiya rəhbərliyinə Azərbaycanla ticarət-iqtisadi əlaqələrdən kənar durmağa çağırış ünvanladığı da aşkardır.

Əlbəttə, Zatulini “sancılandıran” daha böyük məsələ var. Yeri gəlmişkən, haqqında da söz açacağımız bu məsələ Rusiyanın nəinki ermənipərəstlərini, ümumən, ölkənin hakim fikir industriyasını ciddi qayğılandırır və durum əlahiddə Qarabağ seqmentinə malikdir. Beləliklə, Zatulin Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalana biləcəyindən ehtiyatlanır. Yəni, adamın “sancısı” budur. Onun fikirləri sazişin imzalanmasına yol verməmək hayqırtısı kimi səslənir: “Bizdə isə bütün bunlara (sülh sazişi təşəbbüslərinə - red.) göz yumulur. Elə burada sizinlə danışarkən, Paşinyanın Ermənistandan, Əliyevin isə Azərbaycandan təmsil etdiyi ölkələr arasında sülh müqaviləsinin imzalanması üçün son məsləhətləşmələr aparılır və bu, mütləq Qərb platformasında baş verəcək. Ən yaxşısı, ABŞ-da ki, (ABŞ Prezidenti Donald) Tramp yenidən “sülh carçısı” rolunu oynasın və nəhayət Nobel mükafatı alsın”.

Sırf Qarabağ seqmentinə gəldikdə, sərsəm fikirlərini sıralayan K.Zatulin Rusiya rəhbərliyinə 2020-ci ilin 44 günlük müharibəsinə görə də tənqid yağdırıb. Məsələyə hazırda yaşananlar fonunda münasibət bildirən məxluqun sözlərindən belə qənaət formalaşır ki, əgər Rusiya 44 günlük müharibəyə imkan verməsəydi, indi ölkə üçün arzuolunmaz sayılan durum yaranmayacaqdı. “Niyə 2020-ci ildə bu müharibənin qarşısını almadıq? Axı biz Azərbaycanı ciddi şəkildə xəbərdar edə bilərdik ki, güc yolu ilə problemin həllinə icazə verməyəcəyik və onda heç nə baş verməzdi”, - deyən Zatulin əlavə edib ki, Rusiyada bir çoxlarının Qarabağın heç kəsə lazım olmayan yer olduğu fikrini tirajladıqlarını vurğulayıb. O, belə düşüncələrin yanlışlığını qabardıb. Dövlət Duması təmsilçisinin mövqeyi, loru dildə desək, Qarabağ itkisinə görə günahı Rusiya rəhbərliyinin başına vurmaq təəssüratı yaradır. Bu yerdə bir haşiyə çıxaq.

Məlumdur ki, 44 günlük müharibədən sonra Ermənistan Qarabağ dirənişi göstərdi. Rəsmi İrəvan müxtəlif beynəlxalq platformalarda bölgə ermənilərinə beynəlxalq təminat məsələsini tirajladı və çalışdı ki, Qarabağ ayrıca ərazi vahidi kimi qəbul edilsin. Bu, erməni iqtidarının avtonom planı idi. Yəni, məsələnin böyük ölçüdə Rusiya ilə heç bir əlaqəsi olmamışdı.

10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata əsasən Qarabağda sülhməramlı kontingentə malik Rusiya özünü erməni maraqlarının müdafiəçisi statusunda göstərdi. Daha doğrusu, ölkə özünü sülhməramlı ampluasında, baş nazir Nikol Paşinyan administrasiyasına təklif etdi. Amma erməni iqtidarı Qarabağ ritorikası naminə fərqli mətləbə baş vurdu, bölgə ermənilərinə beynəlxalq təminatı prioritet seçdi. Kreml isə 2020-2023-cü illərdə olduqca aciz forma və metodlarla Paşinyan hakimiyyətini Qarabağla əlaqədar başqa “ssenarinin” heç bir fayda verməyəcəyinə inandırmaq istədi.

Əlbəttə, məsələ heç də onda deyil ki, Nikol və komandasının Rusiyaya arxalanmaqdan uzaq durması böyük səhv idi. Şübhəsiz, erməni iqtidarı durumu nəzərə alırdı. Nəzərə alır, Qarabağı rus amili olmadan qazanmaq istəyirdi. Nikolun “tutar qatıq, tutmaz ayran” məntiqinə əsaslanması onun başqa yolunun olmamasından qaynaqlanırdı. O, hər vəchlə çalışırdı ki, Moskvanın Qarabağ xüsusundakı aktivliyini Kremlin öz işi və məqsədi kimi göstərsin. Təxminən belə: Qarabağ sizə lazımdırsa, qoruyun, bizim bölgəni saxlamaq üçün öz oyunumuz var. Oyun alınacaqsa, alınacaq, alınmayacaqsa, heç alınmasın.

Rəsmi İrəvanın Qarabağla bağlı gözləntiləri özünü doğrultmadı. Azərbaycanın 2023-cü ilin sentyabrında gerçəkləşdirdiyi lokal xarakterli uğurlu antiterror tədbirləri 1988-ci ildən start götürmüş “Miatsum” avantürasına son qoydu, böyük ölçüdə 200 illik “erməni kitabı”nı bağladı. Söhbət Rusiyanın “açdığı kitabın” bağlanmasından gedir. Nəticədə Kremlin bölgədəki hərbi mövcudluğu baxımından heç bir səbəb qalmadı və rus sülhməramlıları Azərbaycan ərazilərindən çıxdılar.

Hazırda K.Zatulinin dilə gətirdiyi fikirlər onu deməyə əsas verir ki, Rusiya Qarabağ məsələsinə sırf öz problemi kimi yanaşmalı idi. Halbuki, bunun siyasi formulu yox idi. “Plan” lap əvvəldən erməni amili üzərinə qurulmuşdu. Əlbəttə, Zatulinin boş başı üçün formul anlayışı yoxdur. Ona görə sərsəmləməsini əsaslandırmaq üçün heç bir normal məntiq irəli sürmür. Yalnız bölgənin Cənubi Qafqaz regionu müstəvisindəki əhəmiyyətini qabardır və Kremlin, nəyin bahasına olursa-olsun, Qarabağı tərk etməsinin yolverilməzliyi üzərinə gəlir: “Burada bir çox adam deyirdi: bu (Qarabağ – red.) bizim problem deyil, bu ermənilərin işidir. Beləcə, Cənubi Qafqaz adlanan böyük binadan kiçik kərpic çıxarıldı və hər şey dağıldı. Paşinyan dövründə Ermənistanı itiririk. Amma bunun əvəzində Azərbaycanı qazanmadıq. Hər şey həmin kərpicin çıxarılması ilə başladı”.

K.Zatulin Qarabağ avantürası barədə söz açarkən, çox da uzaq olmayan tarixə baş vurmağı da yaddan çıxarmayıb. Daha doğrusu, öz aləmində, müasir dövrə keçmişin pəncərəsindən baxmağa cəhd göstərib. O, Rusiyanın sabiq rəhbərliyini günahlandıraraq, Kremlin vaxtilə Qarabağdakı artıq canını tapşırmış separatçı rejimi, bir növ, leqallaşdırmaq istiqamətində ciddi addımlar atmadığını vurğulayıb. Qeyd edək ki, bu məxluqun mövcud xüsusdakı fikirləri də rəsmi Moskvanın səhvini başa vurmaq təsiri bağışlayır: “Amma bizdə artıq bir ənənə yaranıb. Hamımızın sevdiyi Yevgeni Maksimoviç Primakov o zaman Dağlıq Qarabağ “prezidenti” olan (Robert) Koçaryanla görüşməkdən imtina edirdi. Bəs niyə Koçaryana belə reaksiya verirdi? Çünki onun fikrincə, Azərbaycan və Heydər Əliyevlə dostluq daha önəmli idi. Bax beləcə, “dostluq etdik”. Nə oldu?!”

K.Zatulinin Rusiyanın hazırkı hakimiyyətini qıcıqlandırmaq, ölkəmizə qarşı körükləmək üçün dilə gətirdiyi daha bir məqam var. Onun sözlərindən gəlinən qənaət budur ki, Moskva Qarabağ itkisinə imkan yaratdı və hazırda Azərbaycan daha çoxuna iddialıdır. Söhbət Zəngəzur dəhlizindən gedir. Zatulin, faktiki olaraq, Kremlin qlobal layihədən kənar qoyulduğu təəssüratı yaradır. O, həmçinin, sözügedən dəhlizin açılması ilə Sünikin, yəni Zəngəzurun da erməni torpağı olmaqdan çıxacağına dair həyəcan təbili çalmağı unutmur.

Sonda onu deyək ki, K.Zatulin kimi qatı ermənipərəstlərin sərsəmləmələri əslində, Rusiyanın Cənubi Qafqaz regionu müstəvisindəki fiaskosunun ayrı-ayrı məqamlarının dilə gətirilməsidir. O zaman meydana sual çıxır: Moskva nə üçün fiasko aqibəti ilə üzləşdi? Hesab edirik ki, sualın çox sadə cavabı var. Rusiya regiona, hadisə və proseslərə yanaşmada ortaya zatulinlərin dar təfəkkürlü baxış bucaqlarından fərqli nə isə çıxarmaq iqtidarında olmadı. Ümid edək ki, Rusiya dövləti, nəhayət, özündə böyüklük tapmağı bacaracaq, zatulinlərin “ayı xidmətlərindən” kənar durub mütərəqqi yol tutacaq. Azərbaycana münasibətdə də həmçinin.

Ə.RÜSTƏMOV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:27
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 İyul 2025 08:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Slutskidən Azərbaycanla bağlı SENSASİON AÇIQLAMA: “Bu, Rusiya üçün ziyanlıdır” KONKRET

07 İyul 2025 14:34see132

Real ın oyunçusu: PSJ ilə yarımfinal əslində ÇL in finalıdır

06 İyul 2025 23:01see128

Dəniz sahilində ACINACAQLI VƏZİYYƏT: Vətəndaşların sağlamlığı təhlükədə

06 İyul 2025 19:51see126

Həkimin təhlükəli xəstə barədə polisə məlumat vermək hüququ olacaq

06 İyul 2025 23:55see125

Enerjinizi tükədən səhər yeməkləri

07 İyul 2025 13:06see121

İnsan beyni qocalıqda da böyüməyə davam edir...

06 İyul 2025 19:54see120

Paşinyan “Hraparak”ı məhkəməyə verdi

06 İyul 2025 19:03see119

Lavrov Braziliyada Araqçi ilə görüşüb İrana endirilən zərbələri pisləyib

06 İyul 2025 22:49see119

Dəyəri 110 min avro olan qiymətli daş: Bu nadir daş yalnız Çexiyada tapılır

07 İyul 2025 04:46see118

Gəncədə qadın sürücü piyadanı vurdu

06 İyul 2025 23:03see118

Yanvarın əvvəlində Sabah ın direktoru əlaqə saxladı və onunla bütün detalları müzakirə etdik

06 İyul 2025 22:12see118

Ucarda ağır qəza: üç nəfər...

06 İyul 2025 19:55see117

Ermənistanda rəhbər şəxslər saxlanıldı

07 İyul 2025 12:52see117

Azərbaycan millisindən ardıcıl ikinci məğlubiyyət

06 İyul 2025 22:12see116

Keyptaunda minlərlə sakin daşqın səbəbilə evsiz qalıb

06 İyul 2025 23:50see115

Peskov Makronu təriflədi: Onun Putinlə danışığı...

06 İyul 2025 17:56see115

İsrailin nümayəndə heyəti Qəzza ilə bağlı danışıqlar üçün Qətərə gəlib KONKRET

06 İyul 2025 22:10see114

Kişi yeməyini suyunu alırsa, daha nə istəyirsən?! Nardaran sakini müasir gəlinləri topa tutdu

06 İyul 2025 23:48see113

Dünyadan köçən yaxşı insanları gözüm dolaraq xatırlayıram Elçin

08 İyul 2025 00:28see113

Gəncədə gənclər arasında bıçaqlanma hadisələri artıb

08 İyul 2025 01:55see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri