Icma.az
close
up
RU
Zatulinin erməni, Trampın diktator sevgisi...

Zatulinin erməni, Trampın diktator sevgisi...

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Nurəddin İSMAYIL

Azərbaycana qarşı qərəzli, düşmən münasibəti ilə tanınan RF Dövlət Dumasının deputatı K.Zatulinin insanlıq əleyhinə bir sıra qatı cinayətlər törətmiş, əlləri xalqımızın qanına bulaşan və bu gün ədalət məhkəməsi kürsüsünə çıxarılan erməni separatçılarının “repressiya qurbanı” olması ilə bağlı səsləndirdiyi bədnam bəyanat diqqətsiz qalmamalıdır.

K.Zatulinin zaman-zaman xalqımızın əleyhinə obyektivlikdən uzaq, nifrətdən yoğrulan qərəzli çıxışları Rusiya mediasında mütəmadi olaraq yer alır. Ermənilərdən çox erməni kimi davranan bu tip, bu gün Azərbaycanda məhkəməsi qurulan şəxslərin ən qatı cinayətlərdə əli olduğunu, iyirminci əsrin ən dəhşətli faciəsi sayılan Xocalı soyqırımında bilavasitə iştirak etdiklərini bildiyi halda, öz bəyanatında onları “repressiya qurbanı” adlandırması, onlara azadlıq tələb etməsi siyasi həyasızlığın son həddidir.

İkinci Qarabağ müharibəsindən sonra Paşinyan hakimiyyətinin ifrat tənqidçisi olmasından dolayı Ermənistan rəsmiləri tərəfindən arzuolunmaz şəxs elan edilməsi onun tükənməyən erməni sevgisini müvəqqəti səngitsə də, adam məlum təyyarə qəzası ilə bağlı Rusiya ilə Azərbaycan arasında yaranmış nisbi gərginlikdən köklənərək əvvəlki ampluasında çıxışlar etməyə başlayıb.

Bir neçə gün öncə ABŞ Prezidenti ilə Ukrayna Prezidenti arasında baş tutan görüş və bu görüşdə Trampın və onun vitse-prezidentinin Zelenski ilə heç bir diplomatik normaya sığımayan qaydada rəftarı dünya ictimaiyyəti tərəfindən ciddi narazılıqla qarşılanıb. İşğalçı, diktator Putini öz adı ilə çağırmaqdan çəkinən Trampın öz xalqının azadlığı, suverenliyi uğrunda ləyaqətlə mübarizə aparan Zelenskiyə “diktator” deməsinin, onu zorla təslimçi sülhə sürükləməsinin nə qədər məntiqsiz olduğu göz qabağındadır və bu fakt bir zamanlar özünü dünyada demokratiyanın qoruyucusu kimi tanıdan ölkənin adına ləkə olmaqdan başqa bir şey deyil.

Qeyd olunmalıdır ki, Rusiya ilə Ukrayna arasında yaranmış hərbi konfliktin Rusiyaya verilən hədsiz güzəştlər hesabına həll edilməsi nəinki postsovet məkanına daxil olan ölkələr, həmçinin Avropanın özünün təhlükəsizliyi üçün ciddi təhdid yaradır. Ukrayna məsələsi təkcə bir ölkənin məsələsi deyil və bu cür president əsrlər boyu demokratiyaya diş qıcayan diktaturanın daha qorxunc formada baş qaldırmasına yol açır. ABŞ Prezidentinin hadisələrə merkantil maraqları çərçivəsində yanaşması, bölgə və dünya üçün təhlükə mənbəyi olan, insan azadlığını, ölkələrin ərazi bütövlüyünü təhdid edən Putun rejiminə boyun əyməsi qınanmalı, bütün tərəqqipərvər qüvvələr, azadlıqsevər insanlar Ukrayna xalqının haqlı mübarizəsinə dəstək verməlidir.

Tramp administrasiyasının aşkar şəkildə Ukraynaya arxa çevirməsindən, tarix boyu Rusiya şovinizmindən başı bəlalar çəkən azadlıqsevər bir xalqı yenidən Putin rejiminin ağuşuna atmasından sonra Avropa dövlətlərinin dərhal yığışaraq Ukrayna ilə bağlı Londonda zirvə görüşünü keçirmələri və bu görüşdə iştirak edən dövlətlərin Ukraynanın Rusiya işğalına qarşı mübarizəsində Ukraynaya dəstək nümayiş etdirməsi, ona bundan sonra da hər cür maddi, mənəvi, hərbi-siyasi yardım göstərmələri barədə təşəbbüslər göstərməsi müsbət dəyərləndirilməlidir.

Eyni zamanda Azərbaycan hakimiyyəti də uzun müddət işğaldan əziyyət çəkən, onun acılarını yaşayan ölkə olaraq bu məsələdə Ukrayna ilə həmrəy olmalı, qardaş Türkiyənin Ukraynanın suverenliyi, ərazi bütövlüyü ilə bağlı sərgilədiyi prinsipial mövqeni bimənalı şəkildə müdafiə etməlidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 07 Mart 2025 17:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see331

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see323

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see312

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see299

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see296

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see265

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see254

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see252

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see234

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see233

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see232

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see227

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see216

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see214

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see197

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see186

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see176

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see170

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see165

Rəşad Mahmudov: Struktur dəyişiklikləri səhiyyə siyasətinin məntiqi davamıdır

19 Oktyabr 2026 20:17see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri