Icma.az
close
up
RU
“Zatulinin bütün siyasi fəaliyyəti erməni diasporuna xidmətdən ibarətdir”

“Zatulinin bütün siyasi fəaliyyəti erməni diasporuna xidmətdən ibarətdir”

Icma.az, Moderator.az saytına istinadən bildirir.

Məlum olduğu kimi, Rusiya Dövlət Dumasının MDB ölkələri ilə iş komitəsi sədrinin birinci müavini Konstantin Zatulin Bakıda məhkəməsi gedən erməniəsilli şəxslərə qahmar çıxıb, baş verənləri onlara qarşı repessiya, “şəxsi qisas” kimi dəyərləndirib.

Moderator.az-a açıqlama verən millət vəkili Nəsib Məhəməliyev mövzu ilə bağlı maraqlı fikirlər səsləndirib:

“Zatulinin məhkəmə qarşısında cavab verən separatçıların müdafiəsinə qalxmasında təəccüblü bir şey yoxdur. O, sadəcə erməni diasporası tərəfindən üzərinə qoyulmuş vəzifələri icra edir. Ermənilərin kompakt şəkildə məskunlaşdıqları Soçidən seçilmiş Zatulinin bütün siyasi fəaliyyəti erməni diasporasına xidmətdən, imperialist, şovinist baxışlarına görə digər millətləri aşağılamaqdan ibarətdir. Təsadüfi deyil ki, həmin zat, Azərbaycanla yanaşı Ukraynada, Gürcüstanda, Moldovada, Baltikyanı Respublikalarda, Paşinyan hakimiyyətə gələndən sonra Ermənistanda belə “arzu olunmaz” şəxs elan olunmuşdir. Siyasətlə az-çox maraqlanan hər kəsə bəllidir ki, Zatulinin amalı, Dövlət Dumasında lobbiçilik etməkdən, “lazarev klubu kimi ictimai müstəvilərdə, televiziya kanallarında erməni ideologiyasının, ,, erməni soyqırımının,, təbliğindən ibarətdir.

Zatulinin separatçılarla bağlı səsləndirdiyi fikirlərin heç bir hüquqi əsası yoxdur. Hiss olunur ki, Rusiyadakı diaspora, separatçıların qohum əqrabası, onlardan tələb edirlər ki, məsələni gündəmdə saxlasınlar. Azərbaycan hakimiyyətinə qarşı xaricdən təzyiq kompaniyası başlatsınlar. Zatulin və ətrafına yığdığı daşnaklar göstərmək istəyir ki, xəstə erməni təfəkkürü hələ də ölməyib. ,,arsax” məsələsi yaşayır, gündəmdədir. Burada, Rusiya dövlətinin imicindən söhbət getmir. İndiyə qədər, separatçılar dövlət səviyyəsində müdafiə olunmamışlar. Qatı “ermənipərəst Lazarev” klubu dövlət demək deyil.

Yeri gəlmişkən, bundan əvvəl də, Ruben Vardanyandan 1 million dollar almış, bədnam USAİD-nin rəhbəri Samanta Pauer və digərləri, bu tipli tədbirlər keçirirdi. Aqibətləri bəllidir. Kimin və yaxud hansı təşkilatın terrorçulara açıq və yaxud gizli dəstək verməsindən asılı olmayaraq, separatçılar layiq olduqları cəzalarını alacaqlar. Buna şübhə yoxdur. Kifayət qədər maddi sübutlar, təkzib edilməz faktlar toplanıb. Özünə hörmət edən heç bir dövlət, insanlıq əleyhinə ağır cinayətlər törətmiş, əlləri uşaqların, qadınların, yaşlıların qanına batmış terrorçuların müdafiəsinə qalxmaz. Qalxarsa, deməli onlar da eyni məsuliyyəti daşıyırlar.

Azərbaycan kifayət qədər güclü, iqtisadi cəhətdən özü-özünü təmin etməyi, müdafiə etməyi bacaran dövlətdir. Zatulin kimilərə ancaq, boş-boş danışmaq qalacaq”.

Seymur ƏLİYEV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://moderator.az
archiveBu xəbər 01 Mart 2025 16:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see410

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see259

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see221

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see202

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see177

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see155

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see151

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see150

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see142

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see139

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see138

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see136

Neymar və het trik

04 Dekabr 2025 09:17see135

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see135

Tanınmış şirkətin milyon yarımlıq dələduzluğu işində Hökm oxundu

04 Dekabr 2025 11:29see132

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see130

Juninyo Braziliya çempionu oldu

04 Dekabr 2025 08:20see128

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see128

Hərbçi olmaq üçün 160 sm boy kifayətdir YENİ QƏRAR

04 Dekabr 2025 08:11see128

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri