Zaur Həşimov: Bu oyun göstərdi ki, Qarabağ istənilən rəqiblə mübarizə apara bilər
Icma.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"İlk növbədə "Qarabağ"ı möhtəşəm qələbə münasibətilə təbrik edirəm. Lissabondakı oyun futbol tariximizə qızıl hərflərlə yazılacaq matç oldu". Bu sözləri Sport24.az-a açıqlamasında Zaur Həşimov deyib.
Veteran futbolçu "Qarabağ"ın Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda "Benfika" üzərində səfərdə qazanılan 3:2 hesablı qalibiyyətdən danışıb:
"Benfika"nın ilk dəqiqələrdə pressinq edib tez qol vurmağa cəhd edəcəyi gözlənilən idi. Onlar startda iki qol vuraraq buna nail oldular. Təmsilçimiz bundan sonra toparlandı və öz oyunu ilə meydanda diqtə etməyə başladı. Futbolçuların yüksək motivasiyası, cəsarəti "Qarabağ"ın qələbəsində böyük rol oynadı. "Benfika"nın böyük azarkeş ordusuna, hesabda 2 top geridə düşməsinə baxmayaraq, Ağdam təmsilçisi geridönüş edə bildi. Bundan sonra baş tutacaq görüşlərdə rəqiblər "Qarabağ"a daha ciddi yanaşacaqlar. Amma bu oyun göstərdi ki, "Qarabağ" istənilən rəqiblə mübarizə apara bilər".
Qeyd edək ki, "Qarabağ" Liqa mərhələsində növbəti oyununu oktyabrın 1-də Bakıda Danimarka təmsilçisi "Kopenhagen"ə qarşı keçirəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 18 Sentyabr 2025 12:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















