“Bu qələbəyə ehtiyacımız vardı” Zaur Həşimov
Icma.az bildirir, Qol.az portalına istinadən.
“Şəfa”nın baş məşqçisi Zaur Həşimov Misli Premyer Liqasının 13-cü turunda “İmişli”yə 3:1 hesabı ilə qalib gəldikləri oyunu şərh edib.
QOL.az xəbər verir ki, mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında deyib ki, bu qələbəyə ehtiyacları var idi:
“Futbolçular əllərindən gələni etdilər. Şükür ki, bunun qarşılığını aldılar. İlk hissədə üstünlüyə malik idik, iki qol vurduq, amma standart vəziyyətdən qol buraxdıq. İkinci hissədə mübarizə apardıq. Əks-hücumdan üçüncü qolu vurduq. Layiqli qələbə qazandıq. Müdafiədə minimum səhvə yol verdik. Komanda xarakter və böyük istək nümayiş etdirdi”.
Z.Həşimov oyundan əvvəl klub rəhbərliyi ilə görüşməsi və onların dəstəyini hiss edib-etməməsi ilə bağlı sualı da cavablandırıb:
“Tez-tez görüşlərimiz olur, müxtəlif məsələləri müzakirə edirik. Əlbəttə, nəticələri yaxşılaşdırmaq üçün mənə yenidən dəstək göstərildi”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 27 Noyabr 2026 17:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















