Icma.az
close
up
RU
Zaur Paşayev: “Pley inlərdə kimin güclü, kimin zəif olduğu bilinəcək” MÜSAHİBƏ

Zaur Paşayev: “Pley inlərdə kimin güclü, kimin zəif olduğu bilinəcək” MÜSAHİBƏ

Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Quba”nın basketbolçusu Zaur Paşayevin İdman.biz-ə müsahibəsi

- Aprelin 2-də Azəbaycan Basketbol Liqasında “Ordu” ilə matçınız var. Müntəzəm mövsümün son oyunundan gözləntiləriniz nələrdir?

- Həmişə olduğu kimi indi də meydana qələbə üçün çıxacağıq. Çalışacağıq ki, uğurlu çıxış edib növbəti mərhələyə keçək.

- Hazırda çempionatın B qrupunun turnir cədvəlində son sıralardasınız. Sizcə, pley-in yarışlarında fərqli performans göstərə biləcəksiniz?

- Axırıncı sıralarda olmağımıza baxmayaraq, hələ də şansımız var. “Ordu” ilə iki oyun keçirəcəyik. Əgər bu oyunlarda qələbə qazana bilsək, növbəti mərhələyə keçəcəyik. Orada da fikrimcə, “Neftçi” ilə düşəcəyik. Bir sözlə, hələ də mükafatçılar sırasında yer almaq şansımız var. Çalıçacağıq ki, ilk “beşlik”də qalaq. Pley-inlər başlayanda isə bəlli olacaq ki, kim güclüdür, kim zəif. Çempionat oyunlarında vəziyyət bir qədər başqadır. Burada elə komandalar var ki, iki oyunçusu zədələnib, ona görə iki matç dalbadal uduzub. Belə məqamlar da ümumi gedişata ciddi təsir edir.

- Çempionatın ümumi durumunu dəyərləndirsəniz hansı klubları fərqləndirərdiniz?

- Məlum məsələdir ki, çempionatın ən güclüləri “Sabah”, “Neftçi” və “Naxçıvan”dır. Ümumilikdə, hazırkı çempionatın səviyyəsi yüksəkdir.

- Uzun illər milli komandanın şərəfini qorumuş bir oyunçu kimi yığmamızın hazırki durumu haqqında nə deyə bilərsiniz?

- Milli komandanın hazırkı durumunun yaxşı olduğunu düşünürəm. Demək olar ki, basketbolçularımızın hamısı yüksək səviyyədə oynayırlar. 10-12 il Azərbaycanda basketbolun olmamağı cavan oyunçuların çoxunun məşq etməməsi, başqa işlərdə çalışması kimi səbəblər son dövrlərə qədər öz təsirini göstərib. Ancaq indi vəziyyət xeyli dəyişib. İki-üç ildən sonra yığmamız tamam başqa cür olacaq. 18 yaşlı uşaqlar da böyüyüb yığmaya dəvət alacaqlar. Məncə, hər şey çox yaxşı olacaq.

- Məşqçiliklə bağlı planlarınız nələrdir?

- Bu mövsümün sonuna kimi oynayım, görüm nədir, nə deyil. Hələ də oynayıram, qaçıram, hər oyun 15-20 xal yığıram. Məncə, bir il də oynaya bilərəm. Yekun qərarımı mövsümün sonu verəcəm.

Aytac Sahəd
İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 29 Mart 2025 15:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see359

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see241

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see235

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see194

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see179

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see174

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see165

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see164

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see158

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see157

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see153

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see143

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see143

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see141

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see140

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see137

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see136

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see136

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see135

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri