Zaxarova: NATO Cənubi Qafqaz respublikalarını öz təsir orbitinə çəkməyə davam edir
Icma.az, Apa.az portalına istinadən məlumat yayır.
NATO Cənubi Qafqaz respublikalarını öz təsir orbitinə çəkmək kursunu davam etdirir.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə aprelin 28-də Gürcüstanda 17 ölkənin, o cümlədən Azərbaycan və Ermənistanın iştirakı ilə başlayan NATO komanda-qərargah təlimlərini şərh edərkən deyib.
O, NATO-nun məlum tədbirini Şimali Atlantika alyansının ekspansiyası adlandırıb. "Heç kəsdə illüziya qalmamalıdır ki, Şimal alyansının Cənubi Qafqazdakı hər bir fəaliyyəti təhlükəsizliyin möhkəmlənməsinə deyil, regionda qeyri-stabillik zonası və hərbi gərginlik yaratmağa istiqamətlənib. Blokun əsas məqsədi region ölkələrinin potensial və resursunu kollektiv qərbin maraqları naminə istifadə etməkdir. Ümid edirik ki, adı çəkilən respublikalarda belə tədbirlərdə iştiraka tənqidi yanaşacaqlar".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 06 May 2025 17:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















