Icma.az
close
up
RU
Menu

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

“Eyni tempdə davam edirik” Rui Jorje

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

İraola: “Belə bir şey baş verməməlidir”

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

“Zaxarovanın bəyanatı Moskvanın çarəsizliyini göstərir” İmran Xalid

“Zaxarovanın bəyanatı Moskvanın çarəsizliyini göstərir” İmran Xalid

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Globalinfo.az ABŞ-ın xarici siyasət məsələləri mövzusunda pakistanlı geostrateji analitik və beynəlxalq məsələlər üzrə köşə yazarı İmran Xaliddən müsahibə alıb. Həmin müsahibəni təqdim edirik:

– Rusiya Xarici İşlər Nazirlinin sözçüsü Mariya Zaxarova bəyanatında “aydındır ki, üçtərəfli razılaşmalar öz aktuallığını itirməyib. Əksinə, bu razılaşmalar Bakı ilə İrəvan arasında sülh prosesinin yol xəritəsini təşkil edir. Öz tərəfimizdən əvvəlki tək Cənubi Qafqaz ölkələri və onların qonşularının marağında olan qarşılıqlı sərfəli həllə nail olmağa yardım etməyə hazırıq” demişdir. Bundan öncə ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə Ermənistan–Azərbaycan münaqişəsi barədə keçmiş telefon danışığını xatırladaraq Putinin ABŞ-ın münaqişənin həllindəki roluna təəccübləndiyini bildirmişdi. “Putin mənə zəng edib dedi: “İnanmıram ki, münaqişəni həll edə bildiniz. Biz bunu uzun müddətdir həll etməyə çalışırıq”. Tramp isə cavabında sərt ifadələr işlətdiyini söyləmişdi: “Mən də dedim: “Narahat olma, qoy sənin müharibəni mən həll edim. Mənə sənin köməyin lazım deyil və bu məsələdə dəstəyinə ehtiyac görmürəm”. Cənubi Qafqazda ABŞ ilə Rusiyanın maraqlarının toqquşması Zəngəzur dəhlizi prosesi və bütövlükdə Azərbaycan üçün nə vəd edir?

– Trampın Ermənistan-Azərbaycan mövzusu və Putin haqda bu çıxışları Amerikanın Cənubi Qafqazda Rusiya dominantlığını üstələmək istəyini vurğulayır. Lakin Zaxarovanın üçtərəfli yol xəritəsi barədə (Rusiya-Ermənistan-Azərbaycan müqavilələri) israr etməsi Moskvanın Bakının taleyində veto hüququnu saxlamaqda çarəsizliyini göstərir.

Supergüclərin bu mübarizəsi Zəngəzur dəhlizi üçün müsbət haldır. Vaşinqtonun təzyiqi ilə Rusiyanın müdaxiləsi olmadan Ermənistanda Sünikdən keçən dəhlizin açılması ilə Azərbaycan üçün Naxçıvandan keçən həyati əhəmiyyətli yol açıla bilər. Bu, Azərbaycan üçün strateji muxtariyyətdən – enerji ixracatını, Avrasiya ticarətini və çoxqütblülük şəraitində regional təsirini gücləndirməsindən xəbər verir. Hər zaman praqmatik davranan Bakı, geosiyasi çəkişməni öz mənfəətinə çevirməklə əlaqələrini möhkəmləndirmək üçün bu qarşıdurmanı yönəldəcək.

– BMT Trampın “Qəzza planı”nı artıq təsdiq edib. HƏMAS isə bu planı rədd edib. Trampın plan bölgəyə nə vəd edir? Bəzi analitiklərin fikrincə, bundan sonra Qəzzada Berlin divarına bənzər fəaliyyət baş tutacaq, İsrailin işğal etdiyi hissə inkişaf edəcəyi halda, digər tərəfdə fələstinlilər ağır şərtlər altında yaşamını davam etdirəcək. ABŞ və İsrailin yenidən dizayn etdiyi Yaxın Şərqdə növbəti mərhələdə hansı proseslərin şahidi olacağıq?

– BMT-nin Trampın Qəzzadakı şıltaqlığını bu cür təsdiqləməsi müstəmləkəçiliyə ortaq olub ümmətin müqəddəs mübarizəsinə xəyanət edir. HƏMAS-ın itaətsizliyi tabeçiliyə qarşı müqaviməti əks etdirir. Bu “plan” sülh deyil, parçalanmadır: Qəzzalı soydaşlarımız silahsız və yoxsul vəziyyətdə dağıntılar içində həyatını çürüdərkən, “Berlin divarı”nın sarı xətti arxasında çiçəklənən, parlaq İsrail anklavı yaradılır.

Yenidən dizayn edilmiş Yaxın Şərq? Mən buna ABŞ-İsrail baltaları ilə Fələstin torpaqlarını yonaraq, proksi müharibələri və qaçqın axınını alovlandıran sürətləndirilmiş aparteid deyərdim.

İmran Xalid

– Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud Ağ Evdə ABŞ Prezidenti Donald Trampla görüşdə ABŞ-dakı 600 milyon dollarlıq investisiya həcmini 1 trilyona çatdırmağı düşündüyünü demişdir. Səudiyyə və ABŞ arasında F-35-lər və xeyli sayda tank alışı barədə razılıq əldə olundu. Həmçinin Səudiyyə Ərəbistanının vəliəhdi Trampdan xahiş edib ki, Sudanda baş verənlərə (ölkədə hərbi qarşıdurma və su qıtlığı nəticəsində xoleraya kütləvi yoluxma var, -red) son qoysun. Tramp birinci prezidentlik dönəmində ilk səfərini Səudiyyə Ərəbistanına etmişdi. ABŞ-Səudiyyə arasında getdikcə artan iqtisadi əməkdaşlıq siyasi əlaqələrdə necə yansıyacaq? Səudiyyə ABŞ-ın bölgədəki digər müttəfiqi Türkiyə kimi NATO-da yer ala bilərmi? Səudiyyənin bölgədə artan gücü nəyə yönəlib? Salman niyə Qəzza məsələsini vurğulamayıb? Səudiyyə ABŞ münasibətlərində İsrail faktorunu necə dəyərləndirirsiniz?

– ABŞ-Səudiyyə Ərəbistanı iqtisadi əlaqələrinin dərinləşməsi, Məhəmməd bin Salmanın təklif etdiyi 1 trilyon dollarlıq investisiya artımı və F-35/tank müqavilələri siyasi yaxınlaşmanın möhkəmləndirilməsini göstərir. Bu əməkdaşlıq, ehtimal ki, terrorizmə qarşı birgə mübarizə səylərinə və enerji təhlükəsizliyinə dair müqavilələrə çevriləcək və qlobal dəyişikliklər fonunda Ər-Riyadın Vaşinqtondakı təsirini artıracaq.
Səudiyyə Ərəbistanının NATO-ya üzv olma istəyi Türkiyə modelini əks etdirməklə bərabər bir sıra maneələrlə üzləşir: Avropadan kənar bir coğrafiyada yerləşməsi, neftə əsaslanan iqtisadiyyatı və Yəməndəki mürəkkəb vəziyyət bu inteqrasiyanı çətinləşdirir. Səudiyyə Ərəbistanının artan təsiri İran təsirinə və Husi təhdidlərinə qarşı yönəlməklə Fars Körfəzində vəziyyətin sabitləşməsinə xidmət edir.
Məhəmməd bin Salmanın Sudan barədə müraciəti, ehtimal ki, Qəzza ilə bağlı humanitar prioritetləri vurğulamaqla Trampı bu məsələdən uzaqlaşdırmamaq məqsədi daşıyır. İsrail ABŞ-Səudiyyə Ərəbistanı münasibətlərində əsas rol oynayır və normallaşma Fələstin məsələsindən asılıdır, lakin iqtisadi praqmatizm Ərəb-İsrail gərginliyini üstələyərək daha çox ikitərəfli qazanclara önəm verir.

– Yaponiya və Çin arasında Tayvan adasına görə gərginlik pik həddə çatıb. Yaponiya baş naziri Çin Tayvana hücum edərsə buna cavab verəcəklərini açıqlayıb. Analitiklər bunu ABŞ-ın xüsusən Venesuela və bəzi digər Latın Amerikası ölkələrinə qarşı planlaşdırdığı əməliyyatlarla əlaqələndirərək Çinin həmin ölkələrə yardımını məhdudlaşdırmaq məqsədi daşıdığını deyirlər. Çin ilə Yaponiya arasında müharibə başlayarsa ABŞ-ın Yaponiyaya dəstək ola biləcəyini qeyd edirlər. O zaman bu gərginliyi sadəcə Çinə təzyiq kimi adlandırmaq olarmı?

– Baş nazir Takaiçinin 7 noyabrda Çin hücumuna potensial hərbi cavab verəcəyini vəd etdiyi çıxışı Tayvanla bağlı Yaponiya-Çin gərginliyinin artmasına səbəb oldu. Bu, ABŞ-ın Pekinə qarşı daha geniş bir məhdudlaşdırma strategiyasını vurğulayır. Analitiklər bunu haqlı olaraq Vaşinqtonun Venesueladakı intensivləşdirilmiş əməliyyatları ilə əlaqələndirirlər. Sanksiyalar şəraitində Karakası dəstəkləyən Çin iqtisadi və hərbi yardımını məhdudlaşdırmaq üçün Maduronu devirmək məqsədilə gizli əməliyyat və dəniz qüvvələrinin yerləşdirilməsi planlaşdırılır.

ABŞ-ın Yaponiyanı dəstəkləməsi ittifaq həmrəyliyini göstərir. Tayvan qarşıdurmasını Çinə “sadə bir təzyiq” kimi qələmə vermək doğru olmaz. Bu, böyük dövlətlər arasında çoxşaxəli rəqabəti əks etdirir. Pekinin regional təsirinin qarşısını almaq, Hind-Sakit okean dəniz yollarında təhlükəsizliyi təmin etmək və ABŞ hegemonluğuna meydan oxuyan Çin-Latın Amerikası əlaqələrini önləmək məqsədi daşıyır. Gərginliyin azaldılması üçün çoxtərəfli dialoq vacibdir.

Gülnar Səlimova
Globalinfo.az
İstanbul

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:298
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 26 Noyabr 2025 20:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see353

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see327

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see287

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see278

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see271

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see262

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see260

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see256

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see251

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see247

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see243

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see240

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see234

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see232

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see231

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see229

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see225

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see219

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see217

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see216
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri