Icma.az
close
up
RU
Zəbt olunan torpağına daxil olmaq istədi, döyüdülər, sonra isə şərləyib həbs etdirdilər… MASALLI SAKİNLƏRİ 10 İLDİR HAQSIZLIQLA ÜZLƏŞDİKLƏRİNİ DEYİRLƏR

Zəbt olunan torpağına daxil olmaq istədi, döyüdülər, sonra isə şərləyib həbs etdirdilər… MASALLI SAKİNLƏRİ 10 İLDİR HAQSIZLIQLA ÜZLƏŞDİKLƏRİNİ DEYİRLƏR

Hurriyyet portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı şəhəri, Binəqədi rayonu, R.Allahverdiyev küçəsi, döngə 7, ev 4-də yaşayan Şükürov Əlvan Əliheydər oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Qəzetimiz vasitəsilə Prezident İlham Əliyevə, eləcə də Baş Prokorurluğa, Ədiliyyə Nazirliyinə, Məhkəmə Hüquq Şurasına və digər aidiyyəti qurumlara müraciət edən Ə.Şükürov Masallı Rayon Məhkəməsinin hakimi Elşən Təbrizoviçdən şikayətçidir:

“Cənab Prezident!

Diqqətinizə çatdırım ki, Masallı Rayon Məhkəməsinin hakimi Elşən Təbrizoviç Çevik Polis Alayının təqaüddə olan əməkdaşı Sabit Əliyevi bu ilin Novruz bayramı axşamı qondarma itihamla (C.M 221.3-ci maddə) həbs etdi.

İstintaq tərəfindən irəli sürülən ittiham aktına əsasən, guya, Sabit Əliyev 10.09.2023-cü il saat 17 radələrində Masallı rayonu, Qəzvinoba kəndində “ictimai asayişi kobud surətdə pozub, ətrafdakı şəxslərə açıq hörmətsizlik edib, zor tətbiq edib”. İddia olunur ki, “Sabit Əliyev hadisə yerinə gələməkdə məqsədi birbaşa zərəçəkənlərı alçaldıb söymək olub””.

Şikayətçinin sözlərindən belə aydın olur ki, S.Əliyev Qəzvinoba kəndindəki ona məxsus torpaq sahəsinin giriş hissəsinə qohumu Əliyeva Xədcənin və digər ailə üzvlərinin dəmir darvaza qoymasına etiraz edib. Ona görə ki, həmin darvaza onun torpaq sahəsinə daxil olmasına maneə yaradıb. Bu səbəbdən, tərəflər arasında münaqişə yaranıb və ittiham aktına əsasən, “xuliqanlıq edən Sabit Əliyev qohumu Xədicə Əliyevaynı itələyib, onun qızı Sevil Şükürovaya isə bədən xəsarəti yetirib”.

Şikayətşi Şükürov Əlvan Əliheydər oğlu isə iddia edir ki, ümumiyyətlə, S.Əliyev kimsəyə qarşı kobudluq etməyib. Onun sözlərinə görə, hadisə yerində olan video-görüntülər də bunu təsdiq edir:

“Birincisi, hadisə yerinin video-görüntüsündən də aydın olur ki, ətrafda maraqlı tərəflərdən başqa, heç kəs yoxdur. Yəni hadisə yeri “ictimai yer” deyil. Küçədə bir adam belə, yoxdur. İnsanlar kənddən şəhərə köçüb. Təkcə bu hal Sabit Əliyevə qarşı cinayət tətbiqinin qisas məqsədli, qərəzli olduğunu təsdiq edir. Başqa sözlə, bu hal yoxdursa, deməli, döymə, söymə, evi dağıtma kimi davranış xuliqanlığın tərkibini yaratmır.

İkincisi, Sabit Əliyev munaqişə zamanı bir dəfə belə, kimsəyə əl qaldırmayıb. O, başa düşüb ki, ona “torba tikməyə” çalışırlar.

Üçüncüsü, video-görüntüdən də bəlli olur ki, S.Əliyev kiməsə zərər verməyə deyil, öz zəbt olunan həyətinə daxil olmağa cəhd edir. Demək, onun məqsədi yalnız pozulmuş mülkiyyət hüququnun bərpasına yönəlib. Zəbt olunmuş həyətində qanunsuz tikilmiş evin pəncərəsindəki şüşəni sındırmağı və ya  dəmir darvazanı açmağı həmin evi tikən şəxslərin “mülkünə ziyan vurmaq” kimi qəbul etmək olmaz. Çünki mülkiyyət qanununa əsasən, cinayət yolu ilə əldə olunanlar mülkiyyət sayıla bilməz.

Odur ki, 10 il ərzində Xədicə Əliyeva və onun qızlarının cinayət əməllərinin qarşısını almayan, əksinə, bundan bəhrələnən hüquq mühafizə orqanları özləri məsuliyyətə cəlb olunmalıdır.

Digər tərəfdən, video-görüntüdə də aydın şəkildə əks olunur ki, Xədicə Əliyeva və qızları Sabit Əliyevə qarşı törətdikləri qanunazidd, zorakılıq əməlləri zamanı, özlərini qəsdən yıxaraq xəsarət almışlar.

Dövlət orqanlarının indiyədək Sabit Əliyevin və ailəsinin pozulmuş hüquqlarını bərpa etmədiyi bir yana, hadisə yerində ona qarşı olunan zorakılıqlara da göz yumulub. Hansı ki, prokorurun himayə etdiyi dörd nəfərdən ibarət mutəşəkkil qrup Sabit Əliyevi şərləyərək, qarşılarında “diz çökməyə məcbur edib”.

Yeri gəlmişkən, bu şəxslər “şəhid ailəsi” statusundan bəhrələnib, rayon ərazisində bütün imtiyazları əldə edib, ən səmərəli torpaqları ələ keçiriblər. Onlar rayon və kənd sakinlərini şantaj edir, torpaqlarını zəbt edir. Hətta öz qardaşlarını belə şərləyərək evdən qovub, onu qucağındakı uşağıyla döyüb həbs etdirib. Bu şəxslər əllərində gəzdirdikləri benzinlə müvafiq qurumları “özlərini yandırmaqla” şantaj edir, beləliklə istədiklərini əldə edirlər. İki dəfə muhakimə olsa da, heç bir nəticə çıxarmayıblar. Nəticədə, Növruz bayramı gecəsi bu dörd nəfərin saxta itthamı əsasında hakim Elşən Təbrizoviç Sabit Əliyevi həbs edib”.

Əlvan Şükürov deyir ki, əslində, Sabit Əliyev zərərçəkən şəxsdir, çünki qarşı tərəfin hücumuna məruz qalıb və bunu təsdiq edən görüntülər var: “Hadisənin video-görüntüsündən aydın olur ki, 10.09.2023-cü il, saat 17 radələrində Sabit Əliyev bir-neçə yaxın qohumu ilə Qəzvinoba kəndindəki üzərində sahibliyi, istifadə və mülkiyyət hüququ olan həyətinə daxil olmağa cəhd edir. Bu zaman həmin torpağı zəbt edərək, oraya dəmir darvaza qoymuş, ev tikmiş Sevil Şükürova digər iki qohumu ilə Sabit Əliyevə yaxınlaşıb, nəlayiq söyüşlərlə, zor tətbiq etməklə, ona mane olmağa çalışıb. Hadisə zamanı ittham olunan tərəf bir dəfə belə, kimsəyə əl qaldırmayıb, söyüş söyməyib. Əksinə, Sevil Şükürova və digər qrup üzvləri hadisənin əvvəlindən axırına kimi S.Əliyevi döyməyə, söyməyə davam ediblər.

Masallı hüquq muafizə orqanları rəhbərlərinin günahı ucbatından, bu rayonda 10 ilə yaxındır ki, məlum dörd nəfərdən ibarət qrup sakinlərin hüquqlarını pozur. İndiyədək 70-ə yaxın məhkəmə prosesi keçirilib, insanlar məhkəmə yollarında zülm çəkib. Hətta yaşlı insanların evləri gecə yarısı dəfələrlə daşa tutulub, onların mulkiyyəti oğurlanıb. Heç də təsadüf deyil ki, Sabit Əliyevin əmisi də bu kimi dəhşətlərə dözməyərək, ürəyi partlayıb.

Xədicə Əliyeva və digər qrup üzvlərinin törətdikləri cinayət əməlləri ilə bağlı dəfələrlə şikayət olunsa da, hər dəfə cinayət işinə başlanılmasından imtina qərarı verilib.

Bu baxımdan, “Hürriyyət” qəzeti vasitəsilə cənab Prezidentdən və digər aidiyyəti qurumların rəhbərlərindən xahiş edirik ki, Sabit Əliyevin haqsız yerə həbs olunması və Xədicə Əliyeva və digər qrup üzvlərinin qanunsuz əməlləri ilə bağlı araşdırma aparılması üçün müvafiq qurumlara tapşırıq verilsin. Biz, nəhayət ki, Masallı rayonu, Qəzvinoba kəndində ədalətsizliklərə son verilməsini istəyirik”.

Hazırladı: Jalə FAMİLQIZI

Hurriyyet.az

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.

Qeyd: Foto Sabit Əliyevə məxsusdur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:58
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 27 Mart 2025 11:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see208

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see206

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see192

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see175

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see175

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see149

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see149

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see148

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see142

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see139

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri