Icma.az
close
up
RU
Zəfər diplomatiyası: Cənubi Qafqazda yeni mərhələnin başlanğıcı

Zəfər diplomatiyası: Cənubi Qafqazda yeni mərhələnin başlanğıcı

Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

Prezident İlham Əliyevin ABŞ-ın paytaxtı Vaşinqtona işgüzar səfəri Azərbaycan diplomatiyasının Zəfər səhifələrindən biri kimi tarixə düşüb. Bu səfər ölkəmizin beynəlxalq siyasi arenada nüfuzunu və mövqeyini daha da gücləndirməklə yanaşı, regionda uzunmüddətli sülhün təmin olunması istiqamətində yeni perspektivlər açıb. Prezident İlham Əliyevin liderliyi ilə aparılan sülh Azərbaycanın xarici siyasətinin qətiyyətlə və uğurla davam etdiyini bir daha təsdiqləyib. Həmin səfər Azərbaycan üçün regional sabitliyin və dayanıqlı inkişafın təminatı baxımından əhəmiyyətli dönüş nöqtəsidir.

Səfərin ən mühüm və diqqətçəkən hadisələrindən biri Azərbaycan, Ermənistan və ABŞ liderlərinin iştirakı ilə Vaşinqtonda keçirilən tarixi Sammit olub. Bu görüşün yekununda Azərbaycan və Ermənistan liderləri, ABŞ Prezidenti isə şahid qismində Birgə Bəyannaməni imzalayıblar. Bəyannamə Azərbaycanın uzun illər ərzində irəli sürdüyü sülh təşəbbüsünün beynəlxalq səviyyədə geniş dəstəklə qarşılandığını və rəsmən qəbul olunduğunu nümayiş etdirir. Sözügedən sənəd həm regionda sülhün bərqərar olması üçün vacib siyasi çərçivədir, həm də gələcək qarşılıqlı anlaşmanın əsasını təşkil edir. Həmçinin, sənəddə “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” layihəsinin paraflanması da mühüm dönüş nöqtəsi kimi əksini tapıb. Bu razılaşma imzalanmaq və ratifikasiya olunmaq üçün əlavə tədbirlərin görülməsini tələb edir.
Vaşinqton Sammitində, həmçinin ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının fəaliyyətinin rəsmən dayandırılması qərara alınıb. Hər iki ölkənin xarici işlər nazirləri tərəfindən imzalanan ATƏT-in fəaliyyətdə olan sədrinin ünvanına birgə müraciət məktubu bu mexanizmin fəaliyyətinin bağlanmasını rəsmiləşdirib. Minsk Prosesi uzun illər sülh danışıqlarının əsas platforması olmasına baxmayaraq nəticə verməmiş, artıq əvəzinə vaxtilə yeni və effektiv mexanizmlərin tətbiqi tələb olunub. Bu qərar regionda sülhün və stabilliyin təminatı üçün yeni mərhələnin başlanğıcıdır.
Bundan başqa, “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” adlı xüsusi nəqliyyat və əlaqə layihəsi Ermənistan ərazisində həyata keçiriləcək. Həmin layihə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını təmin etməyi hədəfləyir və ABŞ tərəfindən dəstəklənir. Bu marşrut regionda nəqliyyat və iqtisadi əlaqələrin inkişafında mühüm rol oynayacaq, həmçinin dövlətimizin ərazi bütövlüyünün daha da möhkəmləndirilməsinə töhfə verəcəkdir.
Səfər çərçivəsində Azərbaycan ilə ABŞ arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi məqsədilə mühüm sənədlər imzalanıb. Vaşinqtonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumunun imzalanması buna nümunədir. Həmin qrupun fəaliyyəti enerji, ticarət, tranzit, süni intellekt, rəqəmsal infrastruktur, müdafiə, təhlükəsizlik və terrorla mübarizə kimi prioritet sahələrdə qarşılıqlı əməkdaşlığı gücləndirməyə yönəlib. Bu, Azərbaycan və ABŞ arasında ikitərəfli əlaqələrin daha sistemli və uzunmüddətli şəkildə inkişaf etdirilməsi üçün vacib addımdır. Strateji İşçi Qrupunun fəaliyyəti iki ölkənin müxtəlif sahələrdə sinerji yaratmasını, həm iqtisadi, həm də təhlükəsizlik sahəsində əməkdaşlığı dərinləşdirməsini təmin edəcək.
ABŞ Prezidenti Donald Tramp 1992-ci ildən qüvvədə olan və Azərbaycan-ABŞ münasibətlərində məhdudlaşdırıcı rol oynayan Azadlığa Dəstək Aktının 907-ci düzəlişinin tətbiqinin dayandırılması barədə Sərəncam imzalayıb. Bu qərar Azərbaycan diplomatiyası üçün böyük əhəmiyyət daşıyır və iki ölkə arasındakı münasibətlərin inkişafında yeni mərhələ açır. Həmin addım iki ölkə arasında etimad və strateji əməkdaşlığın möhkəmlənməsinə güclü stimul verir.
Səfər çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə ABŞ-ın ExxonMobil korporasiyası arasında “Əməkdaşlıq haqqında Memorandum” imzalanıb. Sənəd ölkəmizdə həm ənənəvi, həm də qeyri-ənənəvi enerji mənbələrinin daha səmərəli istifadə olunmasına yönəlmiş əməkdaşlıq perspektivlərini özündə ehtiva edir və iki şirkət arasında əlaqələrin möhkəmlənməsinə xidmət edir. Bu memorandum Azərbaycanın enerji sektorunun inkişafı və diversifikasiyası istiqamətində atılan mühüm addımdır və ölkənin enerji təhlükəsizliyinin artırılması üçün yeni imkanlar yaradır. Həmçinin, bu əməkdaşlıq beynəlxalq investisiyaların cəlb olunmasına və dövlətimizin enerji resurslarının dünya bazarlarında daha effektiv idarə olunmasına şərait yaradır.
Beləliklə, Prezident İlham Əliyevin Vaşinqtona işgüzar səfəri ölkəmizin regional və qlobal miqyasda nüfuzunun möhkəmlənməsinə, sülh və əməkdaşlıq proseslərinin irəliləməsinə, həmçinin strateji tərəfdaşlıqların dərinləşməsinə geniş imkanlar açıb. Azərbaycan Zəfər diplomatiyasının yeni səhifəsi kimi qeyd olunan bu hadisə dövlətimizin və regionun gələcək inkişafına mühüm töhfə verəcək. Bu uğur ölkəmizin beynəlxalq arenada mövqeyini gücləndirməklə yanaşı, həm də regionda sülhün və sabitliyin təmin edilməsində əsas rol oynayacaqdır.

Heydər Əsədov
Milli Məclisin deputatı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:35
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 11 Avqust 2025 15:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəza sərhəddən 5 km aralıda baş verib FOTOLAR

11 Noyabr 2025 18:06see217

Adil Kərimli və dostları Mədəniyyət Nazirliyini niyə bu vəziyyətə salıb?

10 Noyabr 2025 20:28see149

Qəzaya uğrayan təyyarə ilə bağlı maraqlı məlumatlar KONKRET

12 Noyabr 2025 11:42see141

Gürcüstan Azərbaycan vətəndaşlarını ölkədən çıxardı

11 Noyabr 2025 16:11see140

Bazar yanır SON DƏQİQƏ

10 Noyabr 2025 22:37see137

MLS klubu Neymarı baş ağrısı kimi qiymətləndirdi transferdən imtina etməsinin səbəbi

11 Noyabr 2025 00:14see137

Paris: Zəfər Günü Qürur, Yaddaş və Qələbə Ritmləri

11 Noyabr 2025 04:40see134

Zaqatala sakinin meyiti idarə etdiyi avtomobildə aşkarlanıb

10 Noyabr 2025 23:06see130

Nəfəs kimiləri müğənnicikdir

11 Noyabr 2025 06:06see127

Saatlı Uşaq Musiqi Məktəbinin III sinif şagirdi diplomant adını qazanıb

11 Noyabr 2025 13:47see127

Məktəbdə uşaqlara inək südü əvəzinə "balıq südü" verilir

11 Noyabr 2025 08:56see127

Əvvəlcə Arnar, sonra Abbasov

11 Noyabr 2025 11:26see126

“Tofaş”la avtoxuliqanlıq etdi, videosunu sosial şəbəkədə paylaşdı

11 Noyabr 2025 03:54see125

Xankəndi dən növbəti darmadağın VİDEO

10 Noyabr 2025 22:51see123

Hava KƏSKİN DƏYİŞİR? Bu ərazilərdə temperatur 3 dərəcəyə ENƏCƏK

11 Noyabr 2025 12:19see122

Qəzaya düşən C130 ABŞ generallarının istəyi ilə yaradılıb TARİXÇƏ

11 Noyabr 2025 19:20see121

Qazaxıstanda AZAL təyyarəsinin qəzaya uğradığı yerdə abidə ucaldılacaq

10 Noyabr 2025 19:41see120

Mançini Qətər klubuna keçməyə razılıq verdi

10 Noyabr 2025 23:11see119

DYP Bakı Qazax yolundakı tıxacla bağlı məlumat yaydı Son vəziyyət belədir

11 Noyabr 2025 03:53see118

Lavrov qərarı açıqladı: Moskva geri addım atır?

11 Noyabr 2025 20:11see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri