Zəfər Günü münasibətilə Cənubi Koreyada təntənəli tədbir keçirilib
Icma.az bildirir, Xalq qazeti portalına istinadən.
8 Noyabr - Zəfər Günü Seulda təntənəli tədbirlə qeyd edilib.
Koreya Respublikasındakı səfirliyimizin təşkilatçılığı ilə keçirilmiş tədbirdə Koreyanın dövlət qurumlarının, siyasi, iqtisadi, elmi, mədəni dairələrinin, Seulda fəaliyyət göstərən diplomatik korpusun, Koreya mətbuatının və Azərbaycan diasporunun təsmilçiləri, eləcə də bu ölkədə təhsil alan tələbələrimiz iştirak ediblər.
XQ xəbər verir ki, tədbirdə nitq söyləyən Azərbaycanın Koreya Respublikasında fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov 44 günlük Vətən müharibəsində qazandığımız şanlı zəfərin qeyd olunduğu günün Azərbaycanın Ermənistanın əsassız ərazi iddialarından irəli gələrək işğal, qətliam və etnik təmizləməyə məruz qaldığı ədalətsizliyə son qoyulmasını və beynəlxalq hüququn qələbəsini simvolizə etdiyini vurğulayıb. Bu yolda Azərbaycan xalqının polad iradə və fövqəladə qəhrəmanlıq nümayiş etdirdiyini bildirib, ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban verənlərin əziz xatirəsini yad edib.
Ramin Həsənov qeyd edib ki, bu zəfər işğala son qoymaqla yanaşı, 2023-cü ildə uğurlu anti-terror tədbirlərilə Azərbaycanın bütün ərazilərində suverenliyini bərpa etməsinə yol açıb. Həmçinin ədalətin bərpa olunması ilə regionda davamlı sülhün bərqərar olması üçün yaxşı imkan yaranıb. Diplomat Ermənistanla 30 ildən çox davam edən münaqişənin başa çatmasından sonra Azərbaycanın irəli sürdüyü beş prinsip əsasında aparılan sülh danışıqlarının gedişatı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tarixi Vaşinqton səfərində əldə edilmiş razılaşmalar, sülh sazişinin imzalanması üçün Ermənistanın atmalı olduğu addımlar barədə məlumat verib.
Ramin Həsənov həmçinin Ermənistanın işğalı zamanı viran edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpası, məcburi köçkünlərin geri qayıtması, torpaqlarımızın minalardan təmizləməsi, itkin düşmüş soydaşlarımızın taleyinə aydınlıq gətirilməsi, Ermənistandan qovulmuş azərbaycanlıların hüquqlarının bərpası kimi çağırışları qeyd edib.
Tədbir Azərbaycan və koreyalı musiqiçilərin Azərbaycanın korifey bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı ilə davam edib.
Eləcə də Koreyada təhsil alan azərbaycanlı təbələr tərəfindən milli rəqslərimiz ifa edilib.
Tədbirdə o cümlədən Azərbaycanın Vətən Müharibəsində şanlı qələbəsini əks etdirən foto-şəkillər nümayiş etdirilib, qonaqlara ölkəmizə dair çap materialları təqdim olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 05 Noyabr 2026 12:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















