Icma.az
close
up
RU
Zəfər Günü Xətai rayonunda qeyd edildi FOTO VİDEO

Zəfər Günü Xətai rayonunda qeyd edildi FOTO VİDEO

Pravda.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Noyabrın 8-də Xətai rayonunda Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 noyabr-Zəfər Gününə  həsr olunmuş  konsert proqramı təşkil olunub.

Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Milli Məclisin deputatları Vüqar Rəhimzadə, Pərvanə Vəliyeva, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələrinin, qazilər, C. Naxçıvanski adına Azərbaycan Hərbi Liseyin kursantları, ziyalılar və sakinlərin qatıldıqları tədbirdə əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, institutun hərbi orkestrinin ifasında Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.

Tədbirdə qeyd olunub ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin böyük cəsarəti və əzmkarlığı sayəsində Vətən müharibəsində Azərbaycan Ordusu möhtəşəm Qələbə qazanıb. Vurgulanıb ki, bu günlərdə bütün şəhidlərimizin qisasının alındığı o şərəfli və qürurlu günləri yaşayırıq. Artıq üç rəngli bayrağımız 30 il işğal altında qalan torpaqlarımızın hər qarışında dalğalanmaqdadır. Bu möhtəşəm qələbə Ali Baş Komandan İlham Əliyevin siyasi və hərbi iradəsi, igid vətən oğullarımızın qəhrəmanlığı və xalqımızın birliyi nəticəsində əldə olunub. Həmçinin, Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı dilədi, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Silahlı Qüvvələrimizin qəhrəman əsgər və zabitlərinə minnətdarlıq ifadə edilib.

Sonra isə Respublikanın tanınmış mədəniyyət və incəsənət nümayəndələrinin iştirakı ilə bədii-musiqili proqram təqdim edildi. İncəsənət ustalarının ifasında vətənpərvərlik mövzusunda bir-birindən maraqlı ifalar izləyicilərə təqdim olundu.

Tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanan Zəfər konserti zamanı səhnədə quraşdırılmış ekranda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı tarixi Zəfərlə bağlı Xətai Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış film nümayiş etdirildi.

Sonda atəşfəşanlıq təşkil olundu.

Konsert proqramından sonra şəhid ailələri və qazilər üçün ziyafət təşkil olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://pravda.az
archiveBu xəbər 09 Noyabr 2024 11:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail İran a saldırdı üst düzey komutanlar ve bilim insanları öldürüldü tesisler vuruldu

13 İyun 2025 08:45see187

Bu 6 peşədə işləyənlər diqqətli olsun Xərçəng riskini artırır

11 İyun 2025 22:00see143

Sənədsiz evlərin bir çoxu kənd təsərrüfatı torpaqlarında tikilib Komitə sədri

12 İyun 2025 13:24see135

İsrail İrana zərbələr endirib: generallar həlak olub Tehran qisas vəd etdi

13 İyun 2025 08:31see130

İrana “önləyici zərbə” endirilib

13 İyun 2025 07:52see121

Azərbaycan şahmatçısının Münhendə dördüncü qələbəsi

12 İyun 2025 10:25see120

Dəniz xiyarlarında aşkar olunan şəkər xərçəngə qarşı perspektivli vasitə kimi qiymətləndirilib

12 İyun 2025 08:17see120

Tehran bu gecə... Video

13 İyun 2025 05:51see119

“Qarabağ”da üç vida Əsas futbolçular getdi+Rəsmi

11 İyun 2025 22:13see118

Putin: Rusiya həqiqəti və ədaləti müdafiə edir

12 İyun 2025 14:35see117

Beynəlxalq Əmək Təşkilatı: dünyada 137 milyon uşaq əməyə cəlb olunub

12 İyun 2025 08:41see117

Çindən olan 92 yaşlı nənə hər gün 200 təkan edir...

12 İyun 2025 23:07see117

Bu kadrlar Bakıdakı uşaq bağçasında çəkilib Video

13 İyun 2025 02:40see116

Fransa şirkəti ilə alüminium sənayesi üzrə əməkdaşlıq müzakirə olunub

12 İyun 2025 22:19see115

Uşaq düşərgələri bahalaşdı, biletlər yoxa çıxır Ailələr çıxılmaz vəziyyətdə

11 İyun 2025 18:41see115

İstanbulda zəzlələ olub 3,5 bal gücündə

12 İyun 2025 06:45see114

Fikrət Sadığın anadan olmasının 95 ci ildönümü qeyd olundu Fotolar

11 İyun 2025 20:40see114

G7 liderləri fikir ayrılığı səbəbindən sammitdən sonra ayrı ayrı bəyanatlar verəcəklər

13 İyun 2025 01:28see114

İsrail Təbrizi vurdu VİDEO

13 İyun 2025 08:33see114

Gələcəkdə yazılmış kitab

12 İyun 2025 09:16see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri