Icma.az
close
up
RU
Zəfər marşrutu: Orta dəhliz və yeni reallıqlar mövzusunda təqdimat keçirilib

Zəfər marşrutu: Orta dəhliz və yeni reallıqlar mövzusunda təqdimat keçirilib

Reyting.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) ilə Bakı Slavyan Universitetinin (BSU) birgə təşkilatçılığı ilə “Zəfər marşrutu: Orta dəhliz və yeni reallıqlar” mövzusunda tədbir keçirilib.
Reyting.az
xəbər verir ki, İİTKM-in icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlının elmi rəhbərliyi ilə ərsəyə gələn “Orta dəhliz” kitabının təqdimatı olub.
Tədbirdə Milli Məclisin deputatları, ictimai xadimlər, universitetin profesor-müəllim heyəti və digər qonaqlar iştirak ediblər.
Açılış nitqi ilə çıxış edən BSU-nun rektoru Anar Nağıyev Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında qəhrəman şəhidlərimizin igidliyi sayəsində əldə olunan Zəfərin 5 illiyi münasibətilə tədbir iştirakçılarını təbrik edib. O, Zəfərin əldə edilməsindən sonrakı dövrdə ölkəmizin siyasi-iqtisadi sahədə qazandığı nailiyyətlərdən danışıb, Azərbaycanın qlobal arenada yeni reallıqlar yaratdığını, artıq dünyada söz sahibi olan ölkəyə çevrildiyini diqqətə çatdırıb. Rektor “Orta Dəhliz: Cari reallıqların təhlili və perspektivlərin dəyərləndirilməsi” adlı kitabın əhəmiyyətindən bəhs edərək, nəqliyyat-tranzit imkanlarının genişləndirilməsinin müasir dövr üçün əhəmiyyətini vurğulayıb.
İİTKM-in icraçı direktoru Vüsal Qasımlı iştirakçıları qarşıdan gələn Zəfər Günü münasibətilə təbrik edib, əldə olunan qələbənin iqtisadi əsasları barədə məlumat verib. Professor sosial-iqtisadi inkişafın prioritetlərinə toxunaraq bildirib ki, müasir dünyada dövlətlərin üstünlüklərindən biri çoxtərəfli nəqliyyat-kommunikasiya çıxışlarının olmasıdır. Bu mənada olduqca əlverişli coğrafi mövqedə yerləşən Azərbaycan sistemli, ardıcıl və uğurla reallaşdırılan islahatlarla regionda rolunu daha da möhkəmləndirir. Nəqliyyat-tranzit sahəsində qazanılan uğurlar həm də infrastruktur quruculuğu, koordinasiya, rəqəmsallaşdırma, paralel olaraq, maarifləndirmə, təbliğat və tanıtım fəaliyyəti ilə bağlıdır.
İİTKM-in İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) və Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) İnstitutu ilə tərəfdaşlığı nəticəsində ərsəyə gələn “Orta dəhliz: mövcud reallıqlar və gələcək perspektivlər” adlı kitabda Azərbaycanın beynəlxalq nəqliyyat marşrutlarında strateji rolu hərtərəfli tədqiq olunub. 10 ölkədən 22 alimin müəllifliyi ilə ingilis dilində çap olunan bu dəyərli nəşrdə Avropa İttifaqı üçün Orta Dəhlizin enerji dəhlizi kimi perspektivləri, Azərbaycan, Qazaxıstan, Özbəkistan və Türkmənistanla əməkdaşlıq imkanları, eləcə də Aİ-nin Cənubi Qafqaz və Mərkəzi Asiya strategiyası kontekstində enerji əlaqələrinin gücləndirilməsi məsələləri xüsusi yer tutur.
V. Qasımlı bildirib ki, kitabda Orta Dəhlizin potensial imkanlarının reallaşdırılması üçün regional ticarətin təşviqi, özəl sektorun fəal iştirakı və bütün infrastruktur sahələrinin sinxron inkişafı tövsiyə olunur.




Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://reyting.az
archiveBu xəbər 05 Noyabr 2025 10:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see258

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see249

FT: “AK nin təşəbbüsünün qatili Corca Meloni olub”

19 Dekabr 2025 15:39see247

Nazirlik Qarabağ Toxum şirkətində maliyyə nöqsanı AŞKARLADI

20 Dekabr 2025 16:33see219

Avtomobil nəhəngi 37 min avtomobili geri çağırır

20 Dekabr 2025 11:09see160

Türkiyə Super Liqası: Antalyaspor səfərdən xalsız döndü

20 Dekabr 2025 02:06see152

Çexiya təşəbbüsü davam edəcək...

20 Dekabr 2025 04:22see150

Fotoqraflar nadir qurbağaların ölümünə səbəb oldular FOTO

19 Dekabr 2025 18:05see146

Məhkəmə Hüquq Şurasının nümayəndə heyəti Albaniyada təcrübə səfərində olub

19 Dekabr 2025 18:52see145

Ərzaq bazarında qiymət artımı inflyasiyanı necə üstələyir?

20 Dekabr 2025 11:53see142

Neftçi Yevlaxa yola düşdü

19 Dekabr 2025 19:11see140

Özbəkistan Azərbaycanla tarixi filmlər istehsalına başlayır “Dirik tarix” layihəsi

19 Dekabr 2025 17:14see139

KİV: Pentaqon ardıcıl səkkizinci ildir KONKRET

20 Dekabr 2025 00:35see136

La Liqa: “Valensiya” və “Malyorka” sülhlə ayrılıblar

20 Dekabr 2025 02:06see136

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see135

Cüdo Federasiyasının icraçı vitse prezidenti: “Bizim üçün əsas göstərici təkcə medal sayı deyil” MÜSAHİBƏ

19 Dekabr 2025 22:32see134

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see134

Saçların daha sürətli uzanmasını təmin edən TƏBİİ YAĞLAR

20 Dekabr 2025 02:36see134

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see133

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri