Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

A Seriyası: 19 illik rekord təkrarlandı

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Trans Xəzər Beynəlxalq nəqliyyat marşrutu Orta dəhliz

Trans Xəzər Beynəlxalq nəqliyyat marşrutu Orta dəhliz

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

“Şərq-Qərb” nəqliyyat dəhlizinə daxil olan marşrutlardan ikincisi – Qazaxıstan üzərindən olan marşrut bir çox parametlərinə görə daha cəlbedici idi. Bu marşrut üzrə daha təkmil prosedurların hazırlanması, vahid gömrük yanaşmalarının tətbiq edilməsi və digər önəmli işlər üçün bu dəhliz üzrə hüquqi bazanın yaradılmasına ehtiyac vardı. Buna görə də 2014-cü ildə Azərbaycan, Qazaxıstan və Gürcüstanın təşəbbüsü ilə bu ölkələrlə yanaşı, Ukrayna və Türkiyə dəmir yolu, gəmiçilik və liman administrasiyalarının iştirakı ilə Orta Dəhliz yaradıldı. Hazırda bu dəhliz həm də Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TXBNM) olaraq ifadə edilir.

Çin, Qazaxıstan, Azərbaycan – Xəzər dənizi, Türkiyə – Qara dəniz və Avropanı birləşdirən Orta dəhliz və yaxud TXBNM yaradıldığı gündən bəri mütəmadi olaraq bütün parametrlər baxımından genişləndirilməkdə davam edir.

2016-cı ildə Bakıda Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun operator şirkətlərinin iştirakı ilə keçirilən yığıncağında Trans-Xəzər Beynəlxalq Nəqliyyat Konsorsiumu yaradıldı. Bu marşrutun idarə olunması və inkişaf etdirilməsi yaradılmış Konsorsiumun üzvləri tərəfindən həyata keçirilməkdədir.

Coğrafiyası

Dəhliz hazırkı (2024) mərhələsində 10-a yaxın ölkəni birbaşa əhatə edir. Bu marşrutun ətrafında isə 4.5 milyard insanın yaşadığı 60-a yaxın ölkə yerləşir. Buranın nəqliyyat imkanlarından 15-dən çox ölkənin yükdaşıma şirkətləri istifadə edir.

Göründüyü kimi, kifayət qədər geniş coğrafiyanı əhatə edən Orta Dəhliz Çin–Qazaxıstan sərhədindən başlayaraq, Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən, daha sonra isə Azərbaycan, Gürcüstan, Türkiyə ərazisindən keçərək Avropaya qədər geniş bir ərazini əhatə edir. Avropa ilə Asiyanı birləşdirən ən qısa və rahat marşrut sayılan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi Çindən Türkiyəyə, oradan da Avropa ölkələrinə və əks istiqamətdə yükdaşımaların həyata keçirilməsinə xidmət göstərir.

Hazırda Orta Dəhliz vasitəsilə yüklər Avropaya iki istiqamət üzrə nəql edilir. Onlardan biri Gürcüstanın Poti və Batumi limanları vasitəsilə, digəri isə Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan Bakı–Tbilisi–Qars dəmir yolu vasitəsilə yerinə yetirilir. Bu istiqamət Orta Dəhliz vasitəsilə yükdaşımaların xərclərini aşağı salaraq tranzit əməliyyatlarının həcminin artırılmasına xidmət edir.

Digər bir marşrut – “Lapis-Lazuli” (Lazurit) marşrutu üzrə tranzit və nəqliyyat əməkdaşlığına dair Əfqanıstan–Türkmənistan–Azərbaycan–Gürcüstan–Türkiyə arasında beştərəfli saziş 2017-ci il noyabrın 15-də Aşqabadda imzalanıb. Sənəddə iştirakçı ölkələrin nəqliyyat infrastrukturlarının (avtomobil, dəmir yolu və dəniz) modernləşdirilməsi, həmçinin gömrük rəsmiləşdirilməsi qaydalarının asanlaşdırılması nəzərdə tutulur. Saziş razılıq əldə edən tərəflərin ərazisindən yüklərin fasiləsiz daşınmasına, nəqliyyatın tranzit hərəkəti ilə bağlı məsələlərin və prosedurların sadələşdirilməsinə şərait yaradır, nəqliyyat vasitələrinin, yüklərin və sərnişinlərin təhlükəsizliyini təmin edir.

“Bir pəncərə” prinsipi

Orta Dəhlizin cəlbediciliyinin artırılması üçün keçirilən tədbirlərdə səsləndirilən təkliflərin, müzakirələrin nəticəsi olaraq, 2023-cü ilin əvvəlindən başlayaraq nəticəyönümlü işlərə start verildi. Belə ki, Trans-Xəzər Beynəlxalq Şərq–Qərb Orta Dəhlizi boyu “bir pəncərə” prinsipindən istifadə etməklə tranzit gömrük prosedurunun sadələşdirilməsi layihəsi üzrə çoxtərəfli görüş keçirildi. Azərbaycan tərəfi təşəbbüsü ələ alaraq Trans-Xəzər Tranzit Portalını hazırladı. Orta Dəhliz boyunca “bir pəncərə” prinsipindən istifadə etməklə rəqəmsal həllər əsasında tranzit gömrük prosedurlarının sadələşdirilməsi, yük və nəqliyyat vasitələrinin sərhədkeçmə proseslərinin sürətləndirilməsi mexanizminin hazırlanaraq reallaşdırılması məqsədilə təşkil edilən həmin görüşdə Azərbaycanın gömrük xidmətinin mütəxəssisləri tərəfindən Portalın tərəfdaşları üçün təqdimat keçirildi.

Portal mal və nəqliyyat vasitələrinin bir bəyannamə əsasında dəhliz boyu hərəkətinə, məlumatların elektron qaydada mübadiləsinə, əvvəlcədən təqdim edilən gömrük tranzit bəyannaməsinin tranzit sənədi kimi istifadəsinə imkan yaratdı. Həmçinin portal gömrük xidmətlərinin asanlaşdırılmasını və səmərəliliyinin artırılmasını, risklərin təhlili əsasında gömrük nəzarəti formalarının tətbiqi barədə qərar qəbul edilməsini, gömrük nəzarəti nəticələrinin mübadiləsini şərtləndirdi.

“Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat”

mövzusunda beynəlxalq konfrans. Bakı, 2022

Perspektiv: parlaq gələcək

Orta Dəhlizin perspektivlərinə dair gözləntilərin böyük əksəriyyəti infrastrukturla bağlıdır. Belə ki, dəhliz boyu dar boğazların aradan qaldırılması təmin edilməlidir.

Azərbaycanın bu istiqamətdə öz aktiv fəaliyyəti ilə yol infrastrukturunun şaxələndirilməsi üçün tədbirləri davamlı olaraq icra edəcəyi şübhəsizdir. 2023-cü il ərzində bu dəhliz üzrə aparılan işlər fasiləsiz davam etdi. İlin sonuna doğru isə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunda pilot layihə olaraq blokçeyn texnologiyası tətbiq edilməyə başladı.

Dəhlizin perspektivlərinə dair əminliklə söyləmək olar ki, getdikcə Orta Dəhlizlə daha çox yük daşınacaq. Dəhlizin birbaşa üzərində yerləşən Gürcüstan, Azərbaycan, Qazaxıstan və Özbəkistan da daxil olmaqla, bütün ölkələr bu dəhlizin genişləndirilməsində maraqlıdır. Perspektivdə yüklərin Türkiyədən sonra keçəcəyi Bolqarıstan, Macarıstan, Serbiya və digər Avropa ölkələrinin bu dəhlizə və dəhliz prinsiplərinə tədricən inteqrasiya olunacağını nəzərə alsaq, Orta Dəhlizin parlaq gələcəyinin olduğunu deyə bilərik.

Qeyd: “Şərq-Qərb” nəqliyyat dəhlizinin perspektivlərinə dair təqdim edilmiş geosiyasi amillərdən doğan müsbət nəticələr həm də Orta Dəhlizin perspektivlərinə tam olaraq şamil edilir.

Eldəniz Əmirov,

iqtisadçı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:295
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 21 İyun 2025 12:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see668

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see439

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see401

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see285

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see279

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see275

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see249

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see244

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see231

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see224

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see220

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see219

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see213

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see212

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see209

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see198

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see198

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see195

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see190

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri