Icma.az
close
up
RU
Zəfər milli qürurumuzun və birliyimizin zirvəsi oldu

Zəfər milli qürurumuzun və birliyimizin zirvəsi oldu

Icma.az, Ses qazeti saytına istinadən bildirir.

Azərbaycan xalqı tarix boyu öz iradəsi, mətinliyi və mübarizliyi ilə seçilmişdir. 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər isə milli qürurumuzun və birliyimizin zirvəsi oldu. Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin göstərdiyi misilsiz qəhrəmanlıq yalnız torpaqlarımızın işğaldan azad edilməsi ilə yekunlaşmadı, eyni zamanda ölkəmizin beynəlxalq arenada nüfuzunu daha da möhkəmləndirdi.

Bu qələbənin simvolu olan Zəfər Parkı Bakının ən gözəl guşələrindən birində inşa edilərək bu nailiyyətin əbədiyaşarlığını təsdiqləyir. Prezident İlham Əliyev parkın açılış mərasimində çıxış edərək Zəfər tağı və abidənin əhəmiyyətini vurğuladı. 44 metrlik tağ və hər biri qələbənin bir gününü təmsil edən 44 sütun yalnız memarlıq baxımından deyil, həm də milli yaddaşımızı gələcək nəsillərə çatdıran bir irsdir. Burada tərtib ediləcək Zəfər Muzeyi isə xalqımızın qələbə tarixinin canlı şahidinə çevriləcəkdir.

Prezident İlham Əliyev çıxışında 44 günlük müharibənin yalnız hərbi əməliyyat olmadığını, həm də xalqımızın mətin iradəsinin, əyilməz ruhunun, birliyinin təntənəsi olduğunu vurğuladı. “Bu Qələbə bizimlə əbədi olacaq,” – deyən Prezident bildirdi ki, Azərbaycan xalqı və dövləti artıq qalib statusunda yaşayır və bu status gələcək uğurlarımızın təməlidir.

Eyni zamanda, dövlətimizin inkişafında əsas rol oynayan xalq-iqtidar birliyi və vətənpərvərlik ruhu Zəfərin qazanılmasının təməl daşları oldu. İndi Azərbaycan qalib dövlət olaraq regionda sülhün və təhlükəsizliyin qarantıdır. Torpaqlarımız işğaldan azad edildikdən sonra Qarabağda həyata keçirilən bərpa və quruculuq işləri, o cümlədən keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtması, tarixi ədalətin bərpasını təcəssüm etdirir.

Zəfər Parkının açılışı ilə Azərbaycan xalqı bir daha dünyaya öz gücünü, iradəsini və qələbəyə sarsılmaz inamını nümayiş etdirdi. Bu park yalnız şəhərimizin memarlıq üslubuna yeni nəfəs gətirmir, həm də qəhrəmanlıq ruhumuzu əks etdirən simvolik bir məkan olaraq tarixi mirasımızın ayrılmaz hissəsinə çevrilir.

Fəsli Nəbiyev

YAP Gənclər Birliyinin sədr müavini

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 16 Noyabr 2024 13:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see357

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see239

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see203

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see190

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see180

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see177

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see170

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see167

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see161

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see158

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see154

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see153

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see152

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see150

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see141

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see138

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see134

Kamavinqanın 2026 planı “Real” üçün əsas prioritetdir

29 Dekabr 2025 02:36see132

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see131

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri