Icma.az
close
up
RU
Professor: Zəfər Günü qürurumuzun, birliyimizin və qəhrəmanlığımızın rəmzidir

Professor: Zəfər Günü qürurumuzun, birliyimizin və qəhrəmanlığımızın rəmzidir

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 6 noyabr, AZƏRTAC

Zəfər Günü Azərbaycan tarixinin ən parlaq və qürurverici səhifələrindən biridir. Bu gün xalqımızın qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazılıb. Zəfərimizin beşinci ildönümündə Vətən uğrunda canını fəda edən qəhrəmanlarımızın xatirəsini ehtiramla yad edirik.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai təhsilin pedaqogikası kafedrasının müdiri pedaqoji elmlər doktoru professor Fərrux Rüstəmov bildirib.

Professor qeyd edib ki, 2020-ci ilin 8 Noyabrı xalqımızın tarixində və taleyində möhtəşəm gündür. Həmin gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi, igid əsgər və zabitlərimizin şücaəti, xalqımızın sarsılmaz birliyi sayəsində 30 illik işğala və ədalətsizliyə son qoyulub. Düşmənin illərlə işğal altında saxladığı torpaqlarımız azad edilib, ərazi bütövlüyümüz bərpa olunub. Bu qələbə ilə əsrlər boyu xalqımıza qarşı yönəlmiş planlar alt-üst oldu, 200 illik xülyalar, işğal və genişlənmə siyasəti tarix səhnəsindən silindi. Erməni qəsbkarları tərəfindən xülya kimi irəli sürülən “dənizdən-dənizə” iddiaları Azərbaycan Ordusunun dəmir yumruğu qarşısında tam iflasa uğradı.

Prezident İlham Əliyevin sözləri ilə desək, Azərbaycan Ordusu şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı, xalqımızın iradəsi ilə düşmən üzərində parlaq, tam və mütləq qələbə qazandı. Bu qələbə təkcə hərbi zəfər deyildi – bu, xalqın birliyinin, dövlətin gücünün, ədalətin və haqqın təntənəsi idi.

Vətən müharibəsi dövründə Ali Baş Komandan İlham Əliyev Azərbaycanın haqq səsini dünyaya çatdırdı. Onun dəqiq, məntiqli və qətiyyətli çıxışları yalnız düşməni deyil, beynəlxalq ictimaiyyəti də heyran etdi. Azərbaycan təkcə döyüş meydanında deyil, informasiya cəbhəsində də zəfər qazandı.

Bu gün Zəfərin beşinci ildönümü bir daha göstərir ki, biz bir olduqda, birlikdə olduqda, heç bir qüvvə qarşımızda dayana bilməz.

Zəfər Günü - xalqımızın fədakarlığının və qürurunun, Vətən sevgisinin və qəhrəmanlığının, azadlıq eşqinin və milli birliyinin rəmzidir. Zəfər Günü müstəqil Azərbaycanın gücünü, xalqın sarsılmaz iradəsini, dövlətin əzəmətini simvolizə edən əbədi bir tarixdir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Noyabr 2025 16:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ömrü Sultaninin ölüm xəbəri yayıldı FOTO

20 Dekabr 2025 17:28see295

Nazirlik Qarabağ Toxum şirkətində maliyyə nöqsanı AŞKARLADI

20 Dekabr 2025 16:33see253

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see231

Ermənistanın qapılarını taybatay açmaq “Vaşinqton görüşündən sonra Paşinyan nə edəcəyini bilmir”

20 Dekabr 2025 13:25see226

Avtomobil nəhəngi 37 min avtomobili geri çağırır

20 Dekabr 2025 11:09see174

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see172

Ərzaq bazarında qiymət artımı inflyasiyanı necə üstələyir?

20 Dekabr 2025 11:53see155

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see150

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see149

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see149

Qusarda aztəminatlı ailənin evinin təmirinə göstəriş verildi FOTO

20 Dekabr 2025 20:00see148

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see147

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see143

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see140

Türkiyə gözəli seçildi

20 Dekabr 2025 10:38see140

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see139

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see139

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see138

“Hakimlərin bizə qarşı kobud səhvləri ilə üzləşirik” “Sabah”ın məşqçisi

21 Dekabr 2025 00:31see136

Putindən NATO baş katibinə sərt sözlər: Nə deyirsən, oxuyub yazmağı da bilmirsən?

20 Dekabr 2025 16:19see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri