Icma.az
close
up
RU
Zəfər muzeyindən yeni GÖRÜNTÜLƏR

Zəfər muzeyindən yeni GÖRÜNTÜLƏR

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan Prezidenti İlham Əliyevin “Bakı şəhərində Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında” Sərəncamından irəli gələrək Zəfər muzeyinin tərtibat işləri aparılır. Muzeyin şanlı zəfərimizin 5-ci ildönümündə açılışı nəzərdə tutulub.

Modern.az xəbər verir ki, Zəfər muzeyi Heydər Əliyev Fondu tərəfindən hazırlanmış dizayn-konsepsiyaya əsasən formalaşdırılır. 

Muzeydə Ermənistan-Azərbaycan münaqişəsinin tarixi, Ümummilli Lider Heydər Əliyevin sovet dövründə və müstəqillik illərində bölgənin inkişafı və ölkənin ərazi bütövlüyünün bərpası istiqamətində həyata keçirdiyi siyasətə dair materiallar əks olunacaq.

Həmçinin Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpası, Vətən müharibəsində Ordumuzun göstərdiyi qəhrəmanlıq xüsusi vurğulanacaq. Muzey ekspozisiyaları müxtəlif interaktiv təqdimatlarla müşayiət olunaraq ziyarətçilərə əyani və təsirli şəkildə təqdim ediləcək.

Muzeyin konsepsiyası, burada yaradılacaq bölmələr həmçinin 44 günlük Vətən müharibəsindəki bəzi strateji əhəmiyyətli hərbi əməliyyatların interaktiv təqdimatı ziyarətçilərə Qarabağın tarixi, münaqişənin ilk günündən başlayaraq zəfərlə nəticələnən şanlı yol barədə dolğun təsəvvür formalaşdıracaq və bu tarixi prosesləri yenidən yaşamağa imkan verəcək.

Muzeydə Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa və yenidənqurma işlərini, bölgənin sürətli dirçəlişini əks etdirən xüsusi bölmə də təqdim olunacaq.

Qeyd edək ki, Prezidentin Sərəncamına əsasən 2024-cü il noyabrın 8-də  Zəfər parkının açılışı olub.  Parkın girişində 44 günlük Vətən müharibəsinin rəmzi kimi hündürlüyü 44 metr, sütunlarının sayı 44 olan Zəfər tağı inşa edilib.

Parka keçid hissəsində 8 Noyabr – Zəfər Gününü əks etdirən memorial abidə ucaldılıb. Eyni zamanda şəhidlərimizin xatirəsini yaşatmaq məqsədilə parkın ərazisində Zəfər muzeyi inşa olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:172
embedMənbə:https://modern.az
archiveBu xəbər 01 Sentyabr 2025 12:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Putin Rusiyadakı yanacaq böhranında yeni bir “günahkar” tapdı..?

24 Avqust 2026 18:13see358

Paşinyan üçünü təsdiqlədi, birinin adını çəkmədi “Ermənistan əraziləri deyil”

24 Avqust 2026 14:49see267

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see262

Azər Qəribovun evində toy olacaq Foto

24 Avqust 2026 23:49see254

Xırdalan Bakı qatarının hərəkət cədvəli niyə dəyişib? Açıqlama

24 Avqust 2026 19:16see222

Dam örtükləri seçərkən ən çox edilən 6 səhv

24 Avqust 2026 13:10see222

Matçın favoriti “Sabah”dır Hapoel in baş məşqçisi

24 Avqust 2026 19:21see208

Ceyhun Bayramov: Bakı və Daşkənd arasında əməkdaşlıq dinamikası artır

24 Avqust 2026 13:23see192

Məşhur idmançı 4 ay ərzində 33 dəfə cərimələndi

25 Avqust 2026 01:20see189

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see184

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see171

London derbisində beş qol: Çelsi Fulhem ə qalib gəlib VİDEO

25 Avqust 2026 01:19see171

Dünyanın ən gözəl qızının indiki halı FOTOLAR

24 Avqust 2026 20:41see167

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see163

Çox şanslı olacaq BÜRCLƏR Onların xüsusi dövrü BAŞLAYIR

25 Avqust 2026 00:02see162

Neft 1 dollardan çox ucuzlaşıb

24 Avqust 2026 08:09see159

Azərbaycanın SOCAR şirkəti Özbəkistanda yanacaqdoldurma məntəqələri şəbəkəsi açmağı planlaşdırır

24 Avqust 2026 13:22see157

Məsud Pezeşkian Asim Munirlə görüşdü

25 Avqust 2026 00:45see157

Polşa ordusu üçün minlərlə “Piorun” zenit raket kompleksi alacaq

24 Avqust 2026 07:23see155

Qazaxıstan seçkiləri: “Ədalət” 71,8% səslə liderdir

24 Avqust 2026 07:53see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri