Icma.az
close
up
RU
Zəfər nəsli Qarabağa qayıdır: Gənclər yalnız döyüşmədi, indi də qurur

Zəfər nəsli Qarabağa qayıdır: Gənclər yalnız döyüşmədi, indi də qurur

Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi;  


Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə "Böyük Qayıdış" Gənclər Təşkilatı tərəfindən icra edilən "Qayıdış Könüllüləri" Proqramı icra olunmaqdadır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən işlərə gənc nəslin, xüsusilə də kökləri bu torpaqlara bağlı olan gənclərin daha geniş cəlb olunması çağırışına uyğun olaraq başladılan "Qayıdış Könüllüləri" proqramı mühüm məqsədləri özündə ehtiva edir.

Proqramın əsas məqsədi, işğaldan azad olunmuş ərazilərdə könüllülük fəaliyyətini dəstəkləmək, əslən həmin bölgələrdən olan gənclərin öz doğma torpaqlarında yenidənqurma və bərpa işlərində, eləcə də bölgənin zəngin tarixi-mədəni irsinin təbliğində iştirakını təşviq etmək və "Böyük Qayıdış" prosesinə töhfə verməkdir. Proqrama işğaldan azad olunmuş rayonlardan olan 18-29 yaş arası hər bir gənc təhsil səviyyəsindən asılı olmayaraq müraciət edə bilər. Könüllü qruplarda təmsil olunmaq üçün gənclər ardıcıl olaraq müsahibə, baza təlimləndirmə kursu və imtahan mərhəsinə cəlb olunurlar. Təlimlər əvvəlcədən müəyyən edilmiş peşəkar təlimçilər tərəfindən “Könüllülük fəaliyyətinin əsasları”, “Könüllü xidmətin təşkili”, “Gənclərin ideoloji hazırlığı”, “Yumşaq bacarıqlar”, “Psixoloji inkişaf”, “Liderlik və natiqlik bacarıqları” və “Minalardan qorunma qaydaları” mövzularında həyata keçirilir. Təlimlərin keçirilməsində məqsəd gənclərin könüllülüyün prinsip və dəyərləri, könüllülük kodeksi, vətəndaşlar və xarici qonaqlarla ünsiyyət qaydaları, tapşırıqların yerinə yetirilməsi və subordinasiya, peşəkar fəaliyyətlərdə emosiyaların idarəolunması, situasiyalardan çıxış yolları, effektiv ünsiyyət, Azərbaycan Gənclər siyasətinin prioritetləri, həmçinin təhlükəsizlik qaydaları haqqında bilik və bacarıqlarının artırılmasıdır. Proqrama cəlb olunan könüllülər Prezidentin işğaldan azad edilmiş ərazilərdə müvafiq xüsusi nümayəndəliklərinə müxtəlif fəaliyyət istiqamətləri üzrə dəstəyin göstərilməsində, işğaldan azad olunmuş ərazilərdə mütəmadi olaraq keçirilən tədbirlərin təşkilində, həmçinin buraya səfər edən yerli və xarici qonaqlarla işləyirlər. Bərpa və yenidənqurma işlərinə, qayıdışa hazırlıq və məskunlaşmaya könüllü dəstəyinin göstərilməsinə cəlb olunurlar. Hazırda proqram çərçivəsində “Şuşa Könüllüləri”, “Ağdam Könüllüləri”, “Zəngilan Könüllüləri”, “Füzuli Könüllüləri” və “Laçın Könüllüləri qrupları formalaşdırılıb. Növbəti mərhələdə digər işğaldan azad olunmuş inzibati ərazi vahidlərinə uyğun olaraq könüllü qruplarının yaradılması planlaşdırılır. 

Məlumat üçün bildirək ki, "Qayıdış Könüllüləri" Proqramı çərçivəsində “Şuşa Könüllüləri” qrupu 2022-ci ildə formalaşdırılıb. Müsahibə, müxtəlif mövzularda baza təlimləndirmə kursunu və imtahan mərhələsini uğurla başa vuran Şuşa könüllüləri aktiv fəaliyyətə başlayıblar. Həmçinin, Şuşada uzunmüddətli fəaliyyətə cəlb olunan ilk könüllü qrupu üçün xüsusi olaraq “Şuşa Bələdçilik Məktəbi” və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda “Muzeylərdə ekskursiya işinin təşkili” mövzusunda peşəkar təlimlər keçirilib. Proqram çərçivəsində ilk könüllü qrup Şuşada yerləşdirilib, şəhər ərazisi ilə və burada fəaliyyət göstərən müvafiq dövlət qurumları ilə tanış edilib. Şuşada fəaliyyətə başlayan könüllülər şəhər ərazisində müxtəlif könüllü fəaliyyətlərinə, yeni açılmış muzeylərdə bələdçilik xidmətinin göstərilməsinə, o cümlədən mütəmadi olaraq Şuşada keçiriləcək tədbirlərin təşkilində iştiraka, buraya səfər edən yerli və xarici qonaqlarla işə, bərpa və yenidənqurma işlərinə, qayıdışa hazırlıq və məskunlaşmaya dəstəyə, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyində və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsində müxtəlif fəaliyyət istiqamətləri üzrə könüllü dəstəyin göstərilməsinə cəlb olunurlar. Həmin ildə “Ağdam Könüllüləri” qrupu da formalaşdırılıb. Ağdam könüllüləri bu günə qədər bir sıra fəaliyyətlərin birbaşa iştirakçısı və təşkilatçısı olublar. Könüllülər fərdi inkişaf təlimlərində, komanda quruculuğu fəaliyyətlərində, Ağdam rayonunda keçirilən ağacəkmə aksiyalarında, “Milli Şəhərsalma Forumu”nda, Xocalı faciəsinin 31-ci ildönümünə həsr olunmuş “Unudulmayan tarix” adlı anım tədbirində, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş yaşıllaşdırma aksiyasında və bu kimi Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə keçirilən mötəbər tədbirlərin təşkilində fəal iştirak ediblər, ümumi koordinasiya işlərinə cəlb olunublar. Ağdam könüllüləri mütəmadi olaraq Ağdam şəhərinə, Qarabağ iqtisadi rayonu ərazisində bərpa olunan ilk kəndə - Ağdərə rayonunun Talış kəndinə və böyük turizm potensialı olan Suqovuşan qəsəbəsinə səfərlər ediblər. Burada aparılan bərpa-quruculuq işləri və yaradılan şəraitlə tanış olublar. Könüllülər tərəfindən Talış kəndində yaşayan uşaq, yeniyetmə və gənclər üçün bir sıra müxtəlif məzmunlu, maraqlı tədbirlər keçirilib. Proses son dövrlərdə daha da sürətlənib. Həm təşkilati baxımdan, həm də gənclərin könüllülük fəaliyyətinə marağı baxımından proqram yeni mərhələyə qədəm qoyur. Gənclər arasında proqramda iştirak etmək üçün artan maraq layihənin davamlılığını və ictimai əhəmiyyətini bir daha təsdiqləyir. “Qayıdış Könüllüləri” təkcə könüllü proqramı deyil, eyni zamanda, Azərbaycanın azad olunmuş ərazilərində həyatın yenidən bərpası, gənclərin vətənə bağlılığının gücləndirilməsi və milli həmrəyliyin möhkəmləndirilməsi baxımından əhəmiyyətli bir platformaya çevrilib. 


Millət vəkili Vüqar Bayramov "Şərq"ə deyib ki, "Böyük Qayıdış" praktik olaraq nəsil baxımından bütün vətəndaşlarımızı, əhalinin bütün yaş qruplarını əhatə edir. Deputat bildirib ki, bu gün Qarabağ və Şərqi Zəngəzurda məskunlaşan sakinlər içərisində gənclərimizin sayı kifayət qədər çoxdur:

 "Bu da nəticə etibarı ilə gənclərin Qarabağ və Şərqi Zəngəzurda daimi məskunlaşmasında, həm də praktiki baxımdan işlə təminatında xüsusi rola malik olmasından xəbər verir. Bu kontekstdən keçmiş məcburi köçkün olan gənclərin Qayıdış prosesində aktiv iştirakı müşahidə olunur. Eyni zamanda digər vacib məqamlardan biri bütövlükdə ölkəmizdə gənclərin bu istiqamətdə çalışması, milli-vətənpərvər ruhda yetişməsi ilə bağlı proqramların hazırlanması, layihələrin icra olunması, maarifləndirici tədbirlərin keçirilməsidir. "Böyük Qayıdış" prosesinə gənclərin sövq edilməsi vacibdir. Çünki gənclərin bir çox sahədə aktivliyi göz önündədir. 44 günlük Vətən müharibəsində Zəfəri bizə yaşadanlar da məhz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi dövründə yetişmiş gənc nəsil idi. Gənclərin Zəfərin əldə edilməsində rolu böyükdür. İndi də həmin gənc nəsil işğaldan azad edilmiş torpaqlarımıza qayıdış və məskunlaşma prosesində də fəal şəkildə iştirak edirlər. Sözsüz, bütün gənclərimizin bu istiqamətdə səfərbərliyi və daha fəal olması arzulanandır".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://sherg.az
archiveBu xəbər 25 İyul 2025 10:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see1978

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see215

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see192

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see180

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see156

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see150

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see145

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see140

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see139

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see135

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see135

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see134

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see133

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see133

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see129

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see129

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see127

Əsl insan beynindən hazırlanan kompüterlər gəlir

08 Dekabr 2025 03:04see127

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see126

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri