Icma.az
close
up
RU
Ermənilər Qarabağa qayıdır? Bakıya qarşı yeni hiylə

Ermənilər Qarabağa qayıdır? Bakıya qarşı yeni hiylə

Icma.az, Turkstan.az portalına istinadən məlumat verir.

Azərbaycan Ordusunun cəhənnəmlik etdiyi oyuncaq rejimin “təhlükəsizlik şurası”nın keçmiş “katibi” Vitali Balasanyan təzədən xortlayıb. Azərbaycan türməsinin “darıxdığı” bu qatil Rusiya prezidenti Vladimir Putinə açıq məktubla müraciət edərək, ondan ermənilərin Qarabağa qayıdışı üçün kömək istəyib.

Müharibə canisi bu il faşist Almaniyası üzərində qələbənin 80-ci ildönümünü xatırladaraq, “erməni xalqının da böyük və ümumi qələbəyə öz qəhrəmanlıq töhfəsini verdiyini” və guya həmin müharibədə iştirak eləmiş hayların 90 min nəfərinin “artsax”dan olduğunu iddia edib. Halbuki o vaxt (1941-1945) Qarabağda uşaqlı-qadınlı-qocalı heç o qədər erməni yaşamayıb.

“Bu gün Qarabağ erməniləri öz tarixi vətənlərindən məhrumdur. Hesab edirik ki, bu ədalətsiz prosesi rus xalqı və Rusiya dövləti dəyişdirə bilər. Əsrlər boyu Rusiya imperiyası dəfələrlə erməni xalqına öz tarixi vətənində öz kimliyini və dövlətçiliyini qoruyub saxlamaq imkanı verib”, - deyə Balasanyan hiyləgərcəsinə Putinin ürəyinə girməyə çalışıb...

Erməni canisinin təlaşı anlaşılandır. Qarabağdan könüllü getmiş bir ovuc əhalinin geri dönüşü ildən-ilə çətinləşir. Məlumatlara görə, onların əhəmiyyətli bir hissəsi artıq üçüncü ölkəyə çıxıb gedib. Bu isə separatçılıq üçün ciddi “xammal” çatışmazlığı deməkdir.

Üstəlik, razılaşdırılmış sülh sənədi layihəsində rəsmi İrəvanın ciddi cəhdlərinə rəğmən, Qarabağın heç “Q”-sı da yoxdur. Yəni orada separatçı ünsürlərin qayıdışı ilə bağlı hər hansı bənd, öhdəlik mövcud deyil. Bakı haqlı olaraq, məsələni Qərbi azərbaycanlıların Ermənistana geri dönüş hüququ ilə birgə baxılması tələbi şəklində qoyur - 50:50-yə, “güzgü prinsipi” üzrə...

Rusiyanın “Qafqaz qaraçıları”nın Qarabağda, digər qədim Türk torpaqlarında nə vaxt, necə və hansı məqsədlə yerləşdirdiyi də bəlli. Həmçinin, çörəyi dizi üstdə olan bu bədnam toplumun “xilaskar” rusa, Rusiyaya nankorluğu da eləcə.

Amma xain qəbilə heç cür anlamaq istəmir ki, başına gələn bunca faciə-müsibətlərin tək səbəbi məhz qapıbir qonşuları qoyub uzaq havadarlara bel bağlamasıdır. Daha betəri, sonuncuların əlində qonşulara qarşı uzun illər alət, maşa rolu oynamasıdır...

Putinə müraciətə gəlincə, yəqin ki, o, Qarabağı tərk etmiş icma ilə bağlı nəsə etməyə çalışacaq. Ancaq ermənilərə “plutonik” sevgisinə görə yox, sırf Rusiyanın imperialist maraqlarına görə. Yeri gəlmişkən, Putin bu günlərdə ilk dəfə öz evini mediaya göstərib. Və orada kimin portreti olsa yaxşıdır? O nə Leninindir, nə də Stalinin, III Aleksandrındır! Aydın oldumu?

O ki qaldı ermənilərin nə vaxtsa Qarabağa dönüşünün mümkünlüyünə, dünyanı bezdirmiş həyasız məxluqat üçün təkrarlamaqda fayda var. Əvvəla, Azərbaycan artıq banan ölkəsi, sərhəd qapımız da “karvansara qapısı” deyil. Bakı qayıdışın əsas şərtlərini çoxdan bəyan edib. Bundan ötrü xüsusi portal da yaradılıb.

Öncə könüllü köç edənlərin içindən ağır cinayət törətməyənlər və həqiqətən Qarabağda doğulanlar konstitusiyamızı tanımalı, bayrağımızın altından keçməlidirlər, buna paralel, təhlükəsizlik qarantını hansısa başqa dövlətdən və ya beynəlxalq təşkilatlardan yox, Azərbaycandan istəməlidirlər. Cinayət törədənlərin isə ən yaxşı halda yeri Şuşa həbsxanası ola bilər...

Azərbaycanın beynəlxalq hüquqdan və ilahi ədalətdən doğan bu legitim şərtlərini nə Putin, nə də Tramp dəyişə bilər. Yaxşı olar, haylar bunu qulaqlarında sırğa eləsinlər!

Rusiya prezidenti erməniləri Qarabağa qaytaran idisə, onların getməsini əngəlləyərdi. Putinə yox, Azərbaycan Prezidentinə yalvarın, tövbə edin ki, bəlkə bir şey alına... /musavat.com/

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 02 May 2025 13:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see328

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see322

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see321

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see305

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see304

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see287

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see287

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see283

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see270

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see249

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see240

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see235

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see234

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see234

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see227

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see224

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see202

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see201

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri