Icma.az
close
up
RU
Zəfər Ordusunun 5 ci bayramı

Zəfər Ordusunun 5 ci bayramı

Yeniazerbaycan saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu gün 44 günlük Vətən müharibəsində ərazi bütövlüyünü, 23 saatlıq lokal xarakterli antiterror tədbirlərində Qarabağda suverenliyini tam təmin etmiş müstəqil Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd olunur. Artıq beş ildir ki, Müzəffər Silahlı Qüvvələrimizin bayramını qalib xalq kimi qeyd edirik və Ordumuzun misilsiz şücaətləri sayəsində qazanılan zəfərlərin qürurunu yaşayırıq.

Hazırda  dünyada reallıqlar fərqlidir. İzlənən proseslər onu deməyə əsas verir ki, artıq beynəlxalq təşkilatlar öz missiyalarını yerinə yetirmirlər, hüquqa məhəl qoyulmur, güc mərkəzləri heç nədən çəkinmədən ikili standartlardan çıxış edirlər. Sanki dünya üzrə cəngəllik dövrünə qayıdış baş verir. Belə bir şəraitdə güclü ordu, özünümüdafiə qabiliyyətinin artırılması milli dövlətlər üçün vacib şərt qismində çıxış edir. Azərbaycanın nümunəsində biz həm Ordunun tamam fərqli keyfiyyətlərə malik olmasını, həm də dövlətin Silahlı Qüvvələrin daha da möhkəmlənməsinə davamlı şəkildə diqqət göstərdiyinin şahidi oluruq.

Bütün hərbi əməliyyatlar beynəlxalq humanitar hüquqlara uyğun aparılıb

Qalib Azərbaycan Ordusunun ən mühüm üstün keyfiyyət fərqlərindən biri aparılan bütün hərbi əməliyyatlar zamanı  beynəlxalq humanitar hüquqlara tam şəkildə əməl etməsidir. Əvvəla onu deyək ki, Azərbaycan heç vaxt öz qonşularına qarşı ərazi iddiaları irəli sürməyib və bizim qatılmaq məcburiyyətində qaldığımız Birinci və İkinci Qarabağ müharibələri ölkəmiz üçün ədalətli müharibələr idi. Çünki respublikamız təcavüzə məruz qalmışdı, ərazilərimiz işğal edilmişdi. Azərbaycan dövləti və xalqı işğal faktı ilə heç vaxt barışmadı. Biz Prezident İlham Əliyevin rəhbərliyi ilə addım-addım böyük Qələbəyə doğru irəlilədik və istəyimizə üç onillikdən sonra çatdıq.

Bununla belə, ərazilərimizin azad edilməsini qarşıya bir nömrəli vəzifə kimi qoyan Azərbaycan Ordusu heç vaxt mülki əhalini və infrastrukturu, yaşayış məntəqələrini, sosial obyektləri hədəf kimi seçməyib. Məlumdur ki, İkinci Qarabağ müharibəsində ağır məğlubiyyət acısı yaşayan Ermənistan hərbi birləşmələri bunun qisasını cəbhə xəttindən uzaqda yerləşən  şəhər və kəndlərimizə ağır artilleriya zərbələri endirməklə çıxmağa çalışırdılar. Ermənistan rəhbərliyi Gəncəyə, Bərdəyə, Tərtərə və digər yaşayış məntəqələrinə raketlərin atılması ilə bağlı göstəriş vermişdi. Təəssüf ki, atılan böyük dağıdıcı gücə malik bombalar mülki insanların həyatını itirməsinə, infrastrukturun, yaşayış evlərinin dağılmasına səbəb oldu. Azərbaycanın Silahlı Qüvvələri isə bütün bunların cavabını döyüş meydanında verdi. Ordumuzun zərbələri o qədər sarsıdıcı oldu ki, cəmi 44 günün tamamında düşmən tamamilə kapitulyasiyaya məruz qaldı.

Lokal xarakterli antiterror tədbirləri çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarıldı. Burada hərbçilərimizin peşəkarlığını və qəhrəmanlığını xüsusi vurğulamaq lazımdır. Əməliyyat başlamazdan əvvəl bütün hərbi birləşmələrimizə ciddi tapşırıq verilmişdi ki, aparılan antiterror tədbirləri nəticəsində Qarabağ bölgəsində yaşayan erməni əhalisi zərbə altına düşməməlidir və mülki əhali qorunmalıdır. Azərbaycanın Müdafiə Nazirliyi yaşayış yerlərinin yaxınlığında atəş vasitələrinin Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən yerləşdirilməsini nəzərə alaraq ərazidə olan mülki əhalini hərbi obyektlərdən kənar durmağa və Ermənistan silahlı qüvvələrinin birləşmələrinə dəstək olmamağa çağırdı. Bu barədə mobil SMS xidməti vasitəsilə Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinə məlumat göndərildi. Eyni zamanda səsgücləndirici texniki vasitələrlə əhali xəbərdar edilir və məlumat vərəqələri paylanılırdı. Aparılan əməliyyatlar zamanı Azərbaycan Respublikasının qanunlarına və beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq  təhlükəsizliyinə zəmanət verilən inzibati, sosial, təhsil, tibbi, dini və digər obyektlərin mühafizə və müdafiəsi təşkil olundu. Qadınlar, uşaqlar, qocalar, habelə fiziki məhdudiyyətli şəxslər və xəstələrə lazımi tibbi və digər yardımlar göstərildi.

Daha güclü Ordu quruculuğu

İlk baxışda elə təsəvvür yarana bilər ki, müharibə başa çatıb və daha Silahlı Qüvvələrin gücləndirilməsinin prioritetliyi arxa plana keçib. Ancaq yox! Biz yuxarıda hazırda dünyada cərəyan edən təhlükəli proseslərə diqqət çəkdik. Digər tərəfdən isə Ermənistanda İkinci Qarabağ müharibəsinin və 23 saatlıq lokal xarakterli antiterror tədbirlərinin nəticələrini qəbul etməyən qüvvələr var. Ermənistanda həm iqtidarda, həm də müxalifət daxilində olan həmin qüvvələr revanşizm əhval-ruhiyyəsindədirlər və çox aqressiv çağırışlar edirlər. Digər tərəfdən, N.Paşinyan iqtidarı müxtəlif manipulyasiyalara əl atmaqla bölgəyə davamlı sülhün gəlməsinə əngəllər yaradır. “Sülh sazişini imzalamağa hazırıq” deyən rəsmi İrəvan eyni zamanda silahlanma yolu tutub. Sual olunur: Əgər Ermənistan sülh açıqlamalarında səmimidirsə, onda nə üçün Hindistandan, Fransadan ardıcıl olaraq silahlar alınır? Bu silahların Azərbaycana tuşlana biləcəyinə heç bir şübhə yoxdur.

Bu kimi reallıqlar fonunda Azərbaycan üçün  postmüharibə mərhələsində də çağırışlardan biri Ordunun daha da gücləndirilməsi ilə bağlıdır. Beləliklə, müharibə başa çatsa da, Silahlı Qüvvələrin döyüş hazırlığının yüksək səviyyədə saxlanılması yenə də öz prioritetliyini saxlayır.

Postmüharibə dövründə Ordumuzun gücləndirilməsi müxtəlif istiqamətlərdə həyata keçirilir. Cari ilin dövlət büdcəsində milli təhlükəsizlik və hərbi xərclər üçün 8,4 milyard manat vəsait ayrılması nəzərdə tutulub. Vəsaitlərin böyük bir hissəsi Ordunun maddi-texniki təchizatının davamlı olaraq möhkəmləndirilməsinə yönəldilir. Silahlı Qüvvələrimiz İkinci Qarabağ müharibəsində XXI əsrin müharibəsini apardı. Döyüşlərdə yeni yanaşmaların, innovasiyaların tətbiqi və əlbəttə ki,  şəxsi heyətin yüksək vətənpərvərliyi böyük Qələbəni təmin etdi.  Azərbaycan postmüharibə dövründə ordu quruculuğunu İkinci Qarabağ müharibəsinin təcrübəsini nəzərə almaqla həyata keçirir. Silahlı Qüvvələrin müasir tələblərə cavab verən silah-sursatla təminatı yenə də əsas vəzifələrdən biridir.

Azərbaycanın müdafiə potensialının gücləndirilməsində digər mühüm istiqamət struktur islahatlarını əhatə edir. Burada ilk növbədə NATO daxilində ikinci ən güclü orduya sahib olan Türkiyənin təcrübəsinə istinad edilir. Məsələn, postmüharibə dövründə  bir sıra yeni silahlı birləşmələr, o cümlədən komando birlikləri yaradılıb və proses davam edir.  Komando birlikləri istənilən hərbi vəzifəni icra etməyə qadirdir, çevikliyi ilə fərqlənir.

Hərbiçilərin sosial müdafiəsi diqqət mərkəzində

Azərbaycanda  hərbçilərə sosial qayğının artırılması ordu quruculuğunda həmişə üstün istiqamətlərdən biri kimi dövlətin diqqət mərkəzində olub. Azərbaycan hərbçiləri yüksək peşəkarlığa malikdirlər, eyni zamanda onlara vətənpərvərllik, dövlətə, xalqa sadiqlik ruhu hakimdir. Dövlətimiz də bunu hər zaman yüksək dəyərləndirir. Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlar əsasında hərbiçilərin maaşları davamlı olaraq artırılır, onlar üçün nəzərdə tutulan sosial dəstək tədbirlərinin əhatə dairəsi genişləndirilir. Deyə bilərik ki, bu proses artıq davamlı hal alıb. 2025-ci ildən icrasına başlanan sayca beşinci sosial islahat paketinə uyğun olaraq, Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət keçən qulluqçularının aylıq vəzifə maaşları yanvar ayının 1-dən artırılıb. Eləcə də bir sıra dövlət orqanlarında xüsusi hərbi rütbəsi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə maaşlarında artımlar edilib, Müdafiə Nazirliyinin mülki işçilərinin də aylıq vəzifə maaşları 20 faiz artırılıb. Ümumiyyətlə, büdcənin sosial xərclərinin strukturunda hərbi qulluqçuların sosial təminatı başlıca yerlərdən birini tutur, onların əməkhaqları, pensiya və təqaüdlərinin artrırılması istiqamətində ardıcıl addımlar atılır, aylıq vəzifə maaşlarına müəyyən əlavələr ödənilir.

Hərbi qulluqçulara şamil edilən sosial tədbirlərin daha bir təzahürü onların güzəştli ipoteka proqramından daha üstün qaydada yararlanmalarıdır. Dövlət onlara bir sıra güzəştlər verməklə yanaşı, İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına güzəştli şərtlərlə ev alan zabit və gizirlərin kreditinin faizini özü qarşılayır ki, bu da sosial qayğının daha bir nümunəsidir. Ötən il Prezident İlham Əliyevin imzaladığı müvafiq fərmana əsasən, “Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələrində təhsil almış hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə dövlət tərəfindən maliyyə dəstəyi göstərilməsi Qaydası” təsdiq edilib. Yeni qaydalar xüsusi təyinatlı təhsil müəssisələrində təhsil almış hərbi qulluqçulara İpoteka və Kredit Zəmanət Fondu tərəfindən verilən güzəştli ipoteka kreditlərinə dövlət dəstəyini əhatə edir. Dövlətin ipoteka güzəştlərindən 2024-2025-ci tədris ilindən başlayaraq dövlətlərarası müqavilə əsasında xarici ölkələrin xüsusi təyinatlı təhsil müəssisələrində təhsil alan və məzun olduqdan sonra Azərbaycan Ordusunda 5  təqvim ili zabit və ya gizir  kimi həqiqi hərbi xidmət keçən Azərbaycan hərbi qulluqçuları da istifadə edə biləcəklər.

Dövlət vəsaiti hesabına mənzil təminatı  hərbiçilərin sosial müdafiəsinin gücləndirilməsi siyasətinin mühüm bir istiqamətini təşkil edir. Bu proqram Prezident İlham Əliyevin “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli fərmanına uyğun olaraq həyata keçirilir. İndiyədək bəhs olunan sənədin icrası çərçivəsində Azərbaycan Ordusunun 20 il və daha çox qüsursuz xidmət etmiş 4167 nəfər hərbi qulluqçusunun dövlət vəsaiti hesabına mənzillərlə təminatı həyata keçirilib və proses bundan sonra da davam etdiriləcək.

Mübariz ABDULLAYEV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:308
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 26 İyun 2025 10:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Putin Rusiyadakı yanacaq böhranında yeni bir “günahkar” tapdı..?

24 Avqust 2026 18:13see427

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see338

Azər Qəribovun evində toy olacaq Foto

24 Avqust 2026 23:49see335

Matçın favoriti “Sabah”dır Hapoel in baş məşqçisi

24 Avqust 2026 19:21see269

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see266

Xırdalan Bakı qatarının hərəkət cədvəli niyə dəyişib? Açıqlama

24 Avqust 2026 19:16see230

Atabank ın dövlətə 200 min borcu qalıb İDDİALAR ONU DEYİR Kİ...

25 Avqust 2026 00:15see216

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see207

Məşhur idmançı 4 ay ərzində 33 dəfə cərimələndi

25 Avqust 2026 01:20see205

Dünyanın ən gözəl qızının indiki halı FOTOLAR

24 Avqust 2026 20:41see197

Çox şanslı olacaq BÜRCLƏR Onların xüsusi dövrü BAŞLAYIR

25 Avqust 2026 00:02see188

London derbisində beş qol: Çelsi Fulhem ə qalib gəlib VİDEO

25 Avqust 2026 01:19see184

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see178

Məsud Pezeşkian Asim Munirlə görüşdü

25 Avqust 2026 00:45see178

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see173

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see173

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see170

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see168

İt burnunu dişlədi, müalicə olunmasa çürüyəcək VİDEO

25 Avqust 2026 00:52see166

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri