Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Məşhur bir hiylə paltaryuyan maşınınıza zərər verə bilər

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

İlhamə Quliyeva müsahibə verdi və ağladı

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

Lavrovun müavini Azərbaycan səfiri Rəhman Mustafayevlə görüşüb

Roma nın Raspadori planı

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

“Hansısa sahədə ödənişli fəaliyyət göstərmək insanı avtomatik olaraq nə ekspert edir, nə də ekspertlikdən çıxarır”

Zəfər paradı Azərbaycanın hərbi gücünün növbəti nümayişi oldu

Zəfər paradı Azərbaycanın hərbi gücünün növbəti nümayişi oldu

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat yayır.

8 Noyabr – Şanlı Zəfərin beşinci ildönümü münasibətilə Bakıda keçirilən hərbi parad Azərbaycanın müharibədə qazandığı qələbənin simvolu olmaqdan əlavə, həm də ölkənin artan beynəlxalq hərbi-diplomatik əlaqələrinin nümayişi kimi qiymətləndirilməlidir.
Paradda ənənəvi müttəfiqlər – Türkiyə və Pakistanın ali nümayəndə heyətləri ilə yanaşı, bir sıra digər ölkələrin də yüksək rütbəli hərbi rəhbərlərinin iştirakı diqqət çəkib. Tədbirdə Slovakiyanın baş nazirin müavini və müdafiə naziri Robert Kalinak, Səudiyyə Ərəbistanının müdafiə nazirinin müavini Xalid bin Salman, Serbiyanın Baş Qərargah rəisi Milan Moysiloviç, Qırğızıstan və Qazaxıstanın müdafiə nazirləri, eləcə də, Özbəkistanın müdafiə nazirinin müavini yer alıb.
Bu fakt Azərbaycanın həm Qərb, həm də Şərq ölkələri ilə balanslı təhlükəsizlik siyasəti apardığını göstərir. Regional və qlobal səviyyədə müxtəlif hərbi strukturlarla əməkdaşlığın genişlənməsi Bakının etibarlı tərəfdaş kimi mövqeyini gücləndirir.
Zəfər paradı bu mənada təkcə hərbi güc nümayişi yox, həm də Azərbaycanın çoxşaxəli diplomatik kursunun bariz təzahürü idi. Parad eyni zamanda Bakının yeni güc mərkəzinə çevrildiyini də bütün dünyaya göstərdi. Azərbaycan-Türkiyə-Pakistan üçbucağı həm regionun, həm də dünyanın çox vacib hərbi güc mərkəzinə çevrilib.
Güclü ordu heç vaxt müharibə istəmir — əksinə, müharibəni olmadan önləyən ən böyük sülh amilidir. Əgər bir xalqın ordusu güclüdürsə, onun sözünə qulaq asırlar. Əgər ordusu güclüdürsə, onun torpağına göz dikməyə cürət edən olmur. Sülhü qorumağın ən etibarlı yolu məhz budur.
İlk dəfə olaraq hər üç ölkənin Silahlı Qüvvələrinin təmsilçilərinin təntənəli marşla keçidinə şahidlik etdik. “Bu gün bizim hərbi paradda Türkiyə hərbçilərinin iştirakı bizim birliyimizin növbəti təzahürüdür”. Bu fikirləri Prezident İlham Əliyev Hərbi paraddakı çıxışında bildirib. 44 günlük Vətən müharibəsi dövrünə ekskurs edən dövlətimizin başçısı onu da deyib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İkinci Qarabağ müharibəsinin ilk saatlarından başlayaraq, Azərbaycana, Azərbaycan xalqına, Azərbaycan Ordusuna öz dəstəyini göstərirdi: “Onun bizə verdiyi siyasi və mənəvi dəstək bizə güc verirdi, bizi ruhlandırırdı”.
Vətən müharibəsində Azərbaycana Türkiyədən sonra ikinci ən böyük siyasi dəstəyi Pakistan verdi. Ona görə də ölkənin baş naziri Məhəmməd Şahbaz Şərifin “torpaqların azadlığı uğrunda mübarizədə Pakistan Azərbaycanın yanında qaya kimi dayandı və bundan sonra da belə olacaq” deməsi qürurvericidir: “Əziz qardaşım Prezident İlham Əliyevin uzaqgörən rəhbərliyi altında azərbaycanlı qardaşlarım tarixin çağırışına qalxdılar. Bütün dünya Azərbaycanın şanlı Silahlı Qüvvələrinin öz əzəli torpaqlarını azad etməsinin şahidi oldu”.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Hərbi paraddakı çıxışda verdiyi başlıca mesaj bu idi ki, Qarabağ Zəfəri vicdanları qanadan böyük ədalətsizliyi sonlandırmaqla yanaşı, bölgədə yeni dövrün qapılarını araladı. Ən başlıcası: “Vətən müharibəsi Asiya və Avropadakı geopolitik reallıqları da dəyişdi. Biz nə kin tutarıq, nə də keçmişdəki acıların təkrar yaşanmasına icazə verərik”.
Üzərindən beş il keçdikdən sonra tam qətiyyətlə demək olar ki, Azərbaycanın Vətən müharibəsindəki qələbəsi yaşadığımız Cənubi Qafqaz coğrafiyasına tamamilə yeni reallıqlar gətirdi. Əslində, bu reallıqların anonsunu Prezident İlham Əliyevin xalqa istər 44 günlük müharibənin son günündə - 2020-ci il noyabrın 10-dakı müraciətində, istərsə də 2023-cü il sentyabrın 20-də - lokal xarakterli antiterror tədbirlərindən sonrakı müraciətində səsləndirmiş, Ermənistanı konstruktivliyə, sülhə çağırmışdı. Əlbəttə, rəsmi İrəvanın bunu anlaması üçün zamana ehtiyac duyuldu. Amma necə deyərlər, gec olsun, güc olsun. Hazırda Azərbaycan-Ermənistan sülh sazişi paraflanıb. Yəni sənəd imzalanmaya tam hazırdır. Prezident Ərdoğan isə bildirir ki, Azərbaycanın 44 günlük müharibədəki Zəfərini “Cənubi Qafqazda qalıcı sülhə gedən yolun əsası olaraq görürük”.
Bakıdakı Hərbi paradda hər üç ölkənin hərbi kontingentlərinin və texnikalarının birgə iştirakı həm də onların müdafiə və hərbi texnologiya sahəsində oturuşmuş əməkdaşlığa malik olduqlarını göstərir. Deməli, liderlərin əlamətdar gündə bir araya gəlmələri təkcə siyasi jest deyil, həmçinin real hərbi əməkdaşlıq infrastrukturunun möhkəmləndirilməsi anlamı verən hadisədir.
Hər bir ölkənin güclü ordu, müdafiə və hərbi sənaye kompleksinin inkişafı onun gücünü daha da artırır. Azərbaycanın paraddakı gücünü nümayişi hansısa ölkəyə qarşı işğal niyyəti deyil. Prezident dəfələrlə deyib ki, Azərbaycanın heç bir ölkəyə işğal niyyəti yoxdur. Azərbaycan dostluq və qonşuluğa əsaslanan siyasəti üstün tutur, regionda sabitliyə önəm verir. Azərbaycan Silahlı Qüvvələrinin inkişafı regionda təhlükəsizlik baxımından vacib faktordur.
Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, geosiyasi proseslər, ikili standartlar, beynəlxalq qanunların işlənilməməsi güc faktorunu ortaya çıxarır. Azərbaycanın silahlanması, güclü Ordunun inkişafı geosiyasi proseslərdə baş verənlərin zərurətidir. Azərbaycan bu gün müasir tələblərə cavab verən, qarşıya qoyulan əsas vəzifəni - ərazi bütövlüyünü qorumağa hazırdır. Bunu da Vətən müharibəsinin 5-ci ildönümünə həsr olunan paradında açıq şəkildə nümayiş etdirdi.

İsrafil Kərimov
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 12 Noyabr 2025 10:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see268

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see241

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see228

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see222

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see203

Məşhur bir hiylə paltaryuyan maşınınıza zərər verə bilər

25 Dekabr 2025 18:54see192

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see190

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see174

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see166

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

25 Dekabr 2025 19:06see165

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

26 Dekabr 2025 00:28see155

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see148

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see146

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see144

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

25 Dekabr 2025 22:54see144

Lavrovun müavini Azərbaycan səfiri Rəhman Mustafayevlə görüşüb

25 Dekabr 2025 19:17see140

Roma nın Raspadori planı

25 Dekabr 2025 23:10see138

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

26 Dekabr 2025 03:26see138

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

26 Dekabr 2025 01:59see133

“Hansısa sahədə ödənişli fəaliyyət göstərmək insanı avtomatik olaraq nə ekspert edir, nə də ekspertlikdən çıxarır”

26 Dekabr 2025 00:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri