Icma.az
close
up
RU
Zəfər Paradı Azərbaycanın beynəlxalq nüfuzunu bir daha möhkəmləndirdi TƏHLİL

Zəfər Paradı Azərbaycanın beynəlxalq nüfuzunu bir daha möhkəmləndirdi TƏHLİL

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

"Azərbaycan ordusunun nümayiş etdirdiyi güc, dövlət başçısının sülh və təhlükəsizlik mesajları dünya ictimaiyyəti tərəfindən diqqətlə izlənilib və yüksək qiymətləndirildib"

Noyabrın 8-də Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif paradda iştirak ediblər.

Zəfər Paradı.Azərbaycanın tarixi qələbəsinin rəmzi və milli qürurunun nümayişi olaraq ölkəmiz üçün mühüm hadisədir. Bu parad Azərbaycan Silahlı Qüvvələrinin torpaqlarımızın azadlığı uğrunda göstərdiyi igidliyi və qəhrəmanlığı dünyaya nümayiş etdirdiyi bir tarixdir. Parad, yalnız hərbi gücün nümayişi deyil, həm də Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə əldə etdiyi tarixi nailiyyətin simvoludur.

Beynəlxalq səviyyədə bu hadisə geniş maraq doğurmuş, müxtəlif ölkələrdən və beynəlxalq təşkilatlardan rəsmi və mətbuat səviyyəsində reaksiyalar gəlmişdir. Azərbaycan ordusunun yüksək döyüş qabiliyyəti və regionda sülhün təminatında rolunu vurğulayan bəyanatlar, həmçinin bu qələbənin regiondakı geosiyasi balanslara təsiri barədə müxtəlif təhlillər medianın diqqət mərkəzində olub. 

Siyasi şərhçi Fərid Şahbazlı Sherg.az-a açıqlamasında bildirib ki, 8 Noyabr Bakıda keçirilən Zəfər Paradı yalnız Vətən müharibəsində qazanılmış tarixi Qələbənin beşinci ildönümünün qeyd olunması deyil, həm də Azərbaycanın hərbi, siyasi və diplomatik gücünün möhtəşəm nümayişi kimi tarixə düşüb. Onun sözlərinə görə, bu parad göstərdi ki, Azərbaycan artıq regionda prosesləri izləyən deyil, onları müəyyən edən və istiqamətləndirən əsas aktordur:

"Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında keçirilən parad Azərbaycanın müasir ordu quruculuğunda əldə etdiyi yüksək nailiyyətlərin və hərbi-texnoloji modernləşmənin parlaq təcəssümü idi. Parad meydanında nümayiş olunan zirehli texnika, artilleriya sistemləri və aviasiya qüvvələri yalnız hərbi qüdrətin nümayişi deyil, həm də dövlətin uzunmüddətli təhlükəsizlik strategiyasının real nəticələridir.

Tədbirdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı Azərbaycanın çoxşaxəli və qardaşlıq üzərində qurulmuş diplomatiyasının təntənəsi idi. Bu, həm siyasi, həm də mənəvi müstəvidə Cənubi Qafqazda yeni güc və sülh balansının simvolu kimi qiymətləndirilə bilər. Üç qardaş ölkənin liderlərinin bir araya gəlməsi regionda strateji əməkdaşlığın dərinləşməsini və türk dünyasının birliyinin real gücə çevrildiyini göstərdi.

Zəfər Paradı həm daxildə milli həmrəyliyi gücləndirdi, həm də Azərbaycanın beynəlxalq nüfuzunu bir daha möhkəmləndirdi. Paradın dünya mediasında geniş işıqlandırılması bunun ən aydın sübutudur. Türkiyənin aparıcı media orqanları, Anadolu Agentliyi, TRT Avaz, TRT Haber, A Haber, Hürriyet, Sabah, Yeni Şafak və digərləri Azərbaycan Ordusunun hərbi qüdrətini, prezidentlərin çıxışlarını və qardaşlıq mesajlarını əsas mövzu kimi təqdim ediblər. “Anadolu”nun “Baş xəbər” rubrikasında Prezident İlham Əliyevin “Azərbaycan xalqı bu qardaş dəstəyini heç vaxt unutmayacaq” ifadəsi ilə Türkiyə Prezidentinin “Bu Zəfər Qafqazda davamlı sülhə gedən yolun məhək daşıdır” sözləri yanaşı verilməsi qardaşlıq münasibətlərinin dərinliyini bir daha nümayiş etdirib. Həmçinin Pakistan mediası – Geo News, The Express Tribune, 24 News HD, Dawn və digər nüfuzlu nəşrlər paradı “dostluq və regional həmrəyliyin simvolu” kimi dəyərləndiriblər. “The Express Tribune” nəşrində Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərifin “Bu, dostluq və regional həmrəyliyin əyani göstəricisidir” fikri xüsusi önə çıxarılıb.. Pakistan mediası həmçinin Prezident İlham Əliyevin çıxışında Türkiyə və Pakistanın Vətən müharibəsi dövründə göstərdiyi dəstəyin vurğulanmasını böyük diqqətlə təqdim edib". 

 F. Şahbazlı qeyd edib ki, Parada verilən beynəlxalq reaksiyalar göstərir ki, Azərbaycan artıq yalnız regionun deyil, həm də daha geniş geosiyasi məkanın aparıcı güc mərkəzlərindən birinə çevrilib:

"Azərbaycan ordusunun nümayiş etdirdiyi güc, dövlət başçısının sülh və təhlükəsizlik mesajları dünya ictimaiyyəti tərəfindən diqqətlə izlənilib və yüksək qiymətləndirildib. Mənə elə gəlir 8 Noyabr Zəfər Paradı həm qazanılmış Qələbənin rəmzi, həm də gələcək hədəflərin bəyanatı oldu. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Cənubi Qafqazda sülh, sabitlik və inkişafın aparıcı təminatçısı kimi öz rolunu daha da gücləndirdi. Bu parad bir daha sübut etdi ki, Azərbaycanın dövlət gücü yalnız hərbi sahədə deyil, həm də diplomatik və mənəvi müstəvidə tam liderlik mövqeyinə malikdir".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:45
embedMənbə:https://sherg.az
archiveBu xəbər 09 Noyabr 2025 15:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see203

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see155

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see154

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see153

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see151

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see139

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see128

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri