Icma.az
close
up
RU
Zəfər Günü Azərbaycanın hərbi gücünün və milli qürurunun təntənəsidir ŞƏRH EDİLDİ

Zəfər Günü Azərbaycanın hərbi gücünün və milli qürurunun təntənəsidir ŞƏRH EDİLDİ

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

"8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının onilliklər boyu davam edən ədalətli mübarizəsinin tarixi zirvəsidir. Bu gün yalnız torpaqlarımızın azad olunması ilə deyil, həm də müasir Azərbaycan Ordusunun peşəkarlığı, döyüş ruhu və strateji düşüncə qabiliyyəti ilə tarixə düşüb. Zəfər Günü ölkəmizin hərbi, siyasi və mənəvi tarixində yeni mərhələnin başlanğıcını qoydu". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Ramil Məmmədli deyib.

Onun sözlərinə görə, Vətən müharibəsi göstərdi ki, Azərbaycan Ordusu XXI əsrin müasir döyüş standartlarına tam uyğun bir orduya çevrilib: "Müharibə zamanı tətbiq olunan hibrid taktika, yüksək texnologiyalı silah sistemləri, pilotsuz uçuş aparatlarının effektiv istifadəsi, elektron müharibə vasitələrinin tətbiqi və döyüş əməliyyatlarının dəqiq koordinasiyası Azərbaycan hərbi sisteminin keyfiyyətcə yeni səviyyəyə yüksəldiyini sübut etdi. Bu qələbənin əsas səbəblərindən biri də orduda nizam-intizam, peşəkarlıq və milli ruhun vəhdəti idi. Əsgərdən zabitə qədər hər kəsin əsas məqsədi torpaqların azadlığı idi. Ordumuzun sıralarında xidmət edən hər bir hərbçi Zəfərin mənəvi məsuliyyətini dərk edirdi. Bu həm də Ali Baş Komandan İlham Əliyevin dəqiq və uzaqgörən rəhbərliyinin nəticəsi idi. Onun rəhbərliyi altında aparılan əməliyyatlar ardıcıl planlaşdırılmış, hər mərhələdə siyasi və hərbi balans qorunmuşdu. Zəfərdən sonra Azərbaycanın müdafiə strategiyasında yeni istiqamətlər formalaşdı. Artıq məqsəd yalnız torpaqları qorumaq deyil, həm də regionda sülhün və təhlükəsizliyin təminatçısı olmaqdır. Bu məqsədlə orduda modernləşmə prosesi davam edir, yeni texnologiyalar tətbiq olunur, hərbi təlimlər beynəlxalq standartlara uyğunlaşdırılır. Eyni zamanda, Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti genişlənir, yerli istehsal gücləndirilir, müdafiə sənayesi ixrac potensialı qazanır.

Zəfər Günü həm də psixoloji və ideoloji baxımdan milli birliyin möhkəmlənməsi üçün mühüm rol oynayır. Bu gün Azərbaycan xalqının öz dövlətinə və ordusuna olan inamını daha da artırdı. Xalq və ordu birliyinin gücü sayəsində əldə edilən bu qələbə gələcək nəsillər üçün vətənpərvərlik dərsi kimi qalacaq. Xüsusən də gənclər arasında hərbi xidmətə maraq və qürur hissi artıb. Artıq hərbi peşə təkcə vəzifə deyil, həm də milli borc və şərəf məsələsi kimi qəbul olunur. Bundan başqa, Zəfər Günü regionda Azərbaycanın hərbi-siyasi rolunu dəyişdirdi. Qələbə Azərbaycanın yalnız öz sərhədlərini deyil, həm də regional sabitliyi təmin edə bilən dövlət olduğunu göstərdi. Ermənistanla sərhədlərdə yeni reallıqlar formalaşdı, sülh və təhlükəsizlik gündəliyi artıq Azərbaycanın diktə etdiyi şərtlərlə müəyyən olunur.

Zəfərin beynəlxalq təsiri də az deyil. Azərbaycan Ordusunun müharibə zamanı nümayiş etdirdiyi peşəkarlıq bir çox ölkələr tərəfindən diqqətlə izlənildi. Müharibə təcrübəsi dünyanın müxtəlif hərbi akademiyalarında öyrənilir. Bu da Azərbaycanı hərbi təcrübə sahəsində nümunəvi ölkələrdən birinə çevirib".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://sia.az
archiveBu xəbər 07 Noyabr 2025 10:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see249

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see207

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see182

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see161

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see155

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see155

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see152

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see152

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see149

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see148

“Hakimlərin bizə qarşı kobud səhvləri ilə üzləşirik” “Sabah”ın məşqçisi

21 Dekabr 2025 00:31see144

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see143

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see141

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see138

“Güllü”nün qızı həbsdə ilk dəfə danışdı

21 Dekabr 2025 00:55see137

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see134

İngiltərə Premyer Liqası: Liverpul azlıqda qalan Tottenhem i məğlubiyyətə uğratdı

21 Dekabr 2025 00:00see132

İlon Mask buna görə dünyada birinci oldu rekordu yenilədi

21 Dekabr 2025 02:44see132

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see131

Türkiyədə daha üç məşhur barədə həbs qərarı çıxarıldı

21 Dekabr 2025 02:44see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri