Icma.az
close
up
RU
Zəfər paradı gələcəyin inkişaf konsepsiyasını müəyyənləşdirir

Zəfər paradı gələcəyin inkişaf konsepsiyasını müəyyənləşdirir

Icma.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanın 8 Noyabr – Zəfər Günü münasibətilə keçirdiyi hərbi parad təkcə bir qələbənin deyil, həm də dövlət suverenliyinin bərpasının, milli iradənin və qlobal güc balansında Azərbaycanın yeni yerinin nümayişidir.

BAKU.WS xəbər verir ki, bu fikirləri report-a Milli Məclisin deputatı Azər Kərimli deyib.

Onun sözlərinə görə, bu paradın əsas özəlliyi ondan ibarətdir ki, Türkiyə və Pakistan kimi iki mühüm regional və müsəlman dünyasının aparıcı dövlətlərinin liderləri burada iştirak edərək, dünyaya həm siyasi, həm də mənəvi mesajlar verdilər:

"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Bakıya gəlişi Azərbaycanın diplomatik müstəqilliyini və qardaşlıq diplomatiyasının strateji nəticələrini bir daha təsdiqləyir.

Bu iştirak bir neçə səviyyədə qiymətləndirilə bilər: Türkiyə və Pakistan liderlərinin paradda birgə iştirakı, yeni bir geosiyasi üçbucağın, Ankara–Bakı–İslamabad xəttinin möhkəmləndiyini göstərir. Bu, həm təhlükəsizlik, həm müdafiə sənayesi, həm də enerji-kommunikasiya xəritəsi baxımından böyük əhəmiyyət daşıyır".

"Hər üç ölkənin liderlərinin çıxışlarındakı ortaq məqama da xüsusi diqqət yetirmək lazımdır. Bunlar milli suverenlik, müstəqil siyasət və ədalətli dünya nizamını ifadə edir. Prezident İlham Əliyevin "Azərbaycan heç vaxt kənardan idarə olunan dövlət olmayıb və olmayacaq" fikri, Ərdoğanın "Qarabağ zəfəri Türkiyənin də qələbəsidir" bəyanatı və Pakistan liderinin "Biz bu qardaşlığın sarsılmaz olduğunu bir daha sübut edirik" sözləri bir-birini tamamlayır. Bu sözlər üç qardaş ölkənin də mənəvi-siyasi qələbəsini ifadə edir", - deputat vurğulayıb.

O, əlavə edib ki, hərbi paradın vizual tərəfi - müasir silahların, texnologiyaların, ordunun peşəkarlığının nümayişi Azərbaycan Silahlı Qüvvələrinin regional güc statusunu bir daha təsdiqləyir. Lakin daha önəmlisi paradın ciddi psixoloji və diplomatik təsir gücü ilə fərqlənməsidir:

"Azərbaycanın Türkiyə ilə müdafiə sənayesində ortaq layihələri, təlimlər və komanda koordinasiyası regionun təhlükəsizlik arxitekturasını formalaşdırır. Pakistanın bu prosesdə iştirakı Cənubi Qafqaz siyasətinə İslam dünyasının yeni dəstəyini gətirir. Pakistanın nüvə gücü statusu və beynəlxalq təşkilatlarda çəkisi Azərbaycan üçün əlavə diplomatik dayaqlar yaradır. Zəfər paradı eyni zamanda, keçmişin qələbəsini yad etməklə yanaşı, gələcəyin inkişaf konsepsiyasını da müəyyənləşdirir".

Millət vəkilinin fikrincə regional təhlükəsizlik baxımından üç ölkənin strateji əməkdaşlığı yeni müttəfiqlik formatına çevrilə bilər: Belə ki, "Qardaşlıq üçlüyü" həm müdafiə, həm iqtisadi, həm də humanitar sahələrdə birgə platforma kimi fəaliyyət göstərə bilər:

"Bu paradla Azərbaycan dünyaya sübut etdi ki, suverenliyini qorumaqla yanaşı, regionda sabitlik və əməkdaşlıq missiyasını da öz üzərinə götürür. Türkiyə və Pakistan liderlərinin iştirakı isə bu missiyanın qardaşlıqla möhkəmləndirilmiş beynəlxalq legitimliyini təsdiqləyir. Gələcəkdə "Qardaşlıq üçlüyü"nün birgə fəaliyyəti təkcə regionda deyil, qlobal miqyasda da yeni balansın formalaşmasına təsir göstərə bilər".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://baku.ws
archiveBu xəbər 10 Noyabr 2025 11:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see375

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see363

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see303

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see285

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see257

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see257

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see245

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see243

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see233

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see225

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see219

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see218

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see205

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see196

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see180

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see179

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see179

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see172

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see166

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri