Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Zəfər paradı keçmişin qələbəsini gələcəyin inkişafını müəyyənləşdirir

Zəfər paradı keçmişin qələbəsini gələcəyin inkişafını müəyyənləşdirir

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Azərbaycanın 8 Noyabr – Zəfər Günü münasibətilə keçirdiyi hərbi parad təkcə bir qələbənin deyil, həm də dövlət suverenliyinin bərpasının, milli iradənin və qlobal güc balansında Azərbaycanın yeni yerinin nümayişidir. Bu paradın əsas özəlliyi ondan ibarətdir ki, Türkiyə və Pakistan kimi iki mühüm regional və müsəlman dünyasının aparıcı dövlətlərinin liderləri burada iştirak edərək, dünyaya həm siyasi, həm də mənəvi mesajlar verdilər".

Modern.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Azər Kərimli deyib. 

Millət vəkili bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistan Baş naziri Bakıya gəlişi Azərbaycanın diplomatik müstəqilliyini və qardaşlıq diplomatiyasının strateji nəticələrini bir daha təsdiqləyir.
Bu iştirak bir neçə səviyyədə qiymətləndirilə bilər:

"Türkiyə və Pakistan liderlərinin paradda birgə iştirakı, yeni bir geosiyasi üçbucağın, Ankara–Bakı–İslamabad xəttinin möhkəmləndiyini göstərir. Bu, həm təhlükəsizlik, həm müdafiə sənayesi, həm də enerji-kommunikasiya xəritəsi baxımından böyük əhəmiyyət daşıyır.

Hər üç ölkənin liderlərinin çıxışlarındakı ortaq məqama da xüsusi diqqət yetirmək lazımdır. Bunlar milli suverenlik, müstəqil siyasət və ədalətli dünya nizamını ifadə edir. Prezident İlham Əliyevin “Azərbaycan heç vaxt kənardan idarə olunan dövlət olmayıb və olmayacaq” fikri, Ərdoğanın “Qarabağ zəfəri Türkiyənin də qələbəsidir” bəyanatı və Pakistan liderinin “Biz bu qardaşlığın sarsılmaz olduğunu bir daha sübut edirik” sözləri bir-birini tamamlayır.
Bu sözlər üç qardaş ölkənin də mənəvi-siyasi qələbəsini ifadə edir.
Hərbi paradın vizual tərəfi – müasir silahların, texnologiyaların, ordunun peşəkarlığının nümayişi Azərbaycan Silahlı Qüvvələrinin regional güc statusunu bir daha təsdiqləyir. Lakin daha önəmlisi paradın ciddi psixoloji və diplomatik təsir gücü ilə fərqlənməsidir".

Azər Kərimli vurğulayıb ki, Azərbaycanin Türkiyə ilə müdafiə sənayesində ortaq layihələri, təlimlər və komanda koordinasiyası regionun təhlükəsizlik arxitekturasını formalaşdırır:

"Pakistanın bu prosesdə iştirakı Cənubi Qafqaz siyasətinə İslam dünyasının yeni dəstəyini gətirir.  Pakistanın nüvə gücü statusu və beynəlxalq təşkilatlarda çəkisi Azərbaycan üçün əlavə diplomatik dayaqlar yaradır.
Zəfər paradı eyni zamanda, keçmişin qələbəsini yad etməklə yanaşı, gələcəyin inkişaf konsepsiyasını da müəyyənləşdirir.

Regional təhlükəsizlik baxımından üç ölkənin strateji əməkdaşlığı yeni müttəfiqlik formatına çevrilə bilər. “Qardaşlıq üçlüyü” həm müdafiə, həm iqtisadi, həm də humanitar sahələrdə birgə platforma kimi fəaliyyət göstərə bilər.

Enerji, nəqliyyat və müdafiə sənayesi sahələrində birgə layihələr gələcəkdə Türkiyə–Azərbaycan–Pakistan iqtisadi marşrutunun əsasını qoya bilər".

Deputatın sözlərinə görə, Zəfər paradı həm də milli ruhun, şəhidlərin xatirəsinin və azadlıq fəlsəfəsinin region xalqları arasında ortaq dəyərə çevrilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir:

"Bu paradla Azərbaycan dünyaya sübut etdi ki, suverenliyini qorumaqla yanaşı, regionda sabitlik və əməkdaşlıq missiyasını da öz üzərinə götürür.

Türkiyə və Pakistan liderlərinin iştirakı isə bu missiyanın qardaşlıqla möhkəmləndirilmiş beynəlxalq legitimliyini təsdiqləyir.

Gələcəkdə “qardaşlıq üçlüyü”nün birgə fəaliyyəti təkcə regionda deyil, qlobal miqyasda da yeni balansın formalaşmasına təsir göstərə bilər".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://modern.az
archiveBu xəbər 12 Noyabr 2025 10:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see641

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see569

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see448

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see315

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see311

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see310

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see297

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see286

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see259

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see251

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see233

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see232

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see220

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see219

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see218

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see216

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see198

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see191

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see190

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri