Icma.az
close
up
RU
Böyük Qələbəmizin nidası Zəfər paradı

Böyük Qələbəmizin nidası Zəfər paradı

Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

Prezident İlham Əliyev: "Demişdim ki, gün gələcək və bu gün işğal altında olan torpaqlarda qaldırılan Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və bu gün gəldi"

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qırx dörd gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək işğala son qoydu. Ərazi bütövlüyümüzün bərpa edilməsi, Ermənistan - Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında həll edilməsi üçün Prezident İlham Əliyevin tutduğu qətiyyətli mövqe, ordu quruculuğuna, hərbi-sənaye kompleksinin inkişafına göstərdiyi diqqət və qayğı 44 günlük Vətən müharibəsində öz sözünü demiş oldu. Ermənistan və onun havadarları tərəfindən hərbi əməliyyatları dayandırmaq üçün Azərbaycana diplomatik və siyasi təzyiqlər göstərilsə də, Azərbaycan Prezidenti İlham Əliyev qətiyyətli siyasi iradəsini ortaya qoydu və dövlət başçısının dünyanın aparıcı KİV-lərinə verdiyi 30-a yaxın müsahibəsində ölkəmizin haqq mövqeyini dünyaya çatdırmış oldu. Sülhsevər siyasət yürüdən Azərbaycan münaqişənin sülh, danışıqlar yolu ilə uzun müddət həllinə nail olmağa çalışsa da mümkün olmadı. Ermənistan Azərbaycan Prezidenti İlham Əliyevin sülh çağırışlarına hərbi təxribatlarla cavab verdi. Azərbaycanın 44 gün ərzində apardığı əks-hücum əməliyyatları Ermənistan üçün acı sonluqla yekunlaşdı. XXI əsrin müharibəsini aparan Azərbaycan düşmən üzərində tarixi qələbəsini qazandı, doğma Qarabağımız əsl sahiblərinə qaytarıldı. Bu gün də qalib xalq olaraq ölkəmizə maraq sonsuzdur. Müharibədən sonrakı durum, Azərbaycanın mövqeyi diqqətdə saxlanılır. Bu Azərbaycanın dünya miqyasında olan yüksək imicindən qaynaqlanır. Əlbəttə ki, dövlət başçısı bütün çıxışlarında, müsahibələrində ölkəmizin haqq mövqeyini sərgiləyir və sülhsevər siyasəti dünya ictimaiyyətinə mesaj olaraq çatdırılır. Tarixi ədalət bərpa edilib. "Biz sülh istəyirik, yetərincə müharibə oldu. Biz sabitlik, proqnozlaşdırma və Ermənistan tərəfindən istənilən revanşizm cəhdləri riskinin sıfır səviyyədə olmasını istəyirik" – deyə Prezident bildirmişdir. Bu gün artıq müharibənin başa çatmasından dörd il bir ay ötür.

"BÜTÜN GÜCÜMÜZÜ SƏFƏRBƏR EDƏRƏK BİR DƏMİR YUMRUQ YARADIB DÜŞMƏNİN BAŞINI ƏZDİK"

Azərbaycan xalqının çoxəsrlik tarixi əlamətdar hadisələrlə zəngindir. Lakin etiraf etməliyik ki, son iki yüz ildə xalqımızın 44 günlük Vətən müharibəsində qazandığı Zəfər qədər möhtəşəm qələbə yoxdur. Qazandığımız bu Zəfərdən dörd il ötməsinə baxmayaraq, hələ də bu Zəfərdən danışılır, müzakirələr və tədqiqatlar aparılır. Ərazi bütövlüyümüz bərpa olynduqdan sonra, 2020-ci il dekabrın 10-da Bakının Azadlıq Meydanında 3000 Azərbaycan əsgəri və zabiti ilə yanaşı, türk əsgər və zabitlərinin iştirakı ilə keçirilmiş ZƏFƏR paradı Azərbaycan xalqının tarixi yaddaşına əbədi yazılan bir hadisədir. Sözsüz ki, ölkəmizin bütün siyasi elitası, yerli və xarici rəsmi qonaqlar, diplomatik korpusun nümayəndələri də paradda iştirak etmişdilər. Həmin gün bütün dünya mediası da ZƏFƏR paradını izləyirdi. Prezident İlham Əliyev Zəfər paradındakı çıxışında Vətən müharibəsi ilə bağlı bir sıra mühüm məsələlərə toxundu. Dövlətimizin başçısı Azərbaycan xalqının bu günü 30 ilə yaxın müddət ərzində gözlədiyini, eyni zamanda, ötən müddətdə Qələbənin əldə olunması üçün Ordunun gücləndirildiyini diqqətə çatdırdı. Bu istiqamətdə həyata keçirilən tədbirlər, vaxtında atılan addımlar qarşıya qoyulan məqsədi - Qələbəni gerçəkləşdirdi. "Bütün gücümüzü səfərbər edərək bir dəmir yumruq yaradıb düşmənin başını əzdik. Müharibə dövründə mən deyirdim ki, bizim dəmir yumruğumuz həm birliyimizi, həm də gücümüzü təcəssüm etdirir. Bu dəmir yumruq düşmənin belini qırdı, düşmənin başını əzdi. Bu gün biz qəhrəman xalq kimi bu bayramı qeyd edirik. Azərbaycanın müzəffər Ordusu öz tarixi missiyasını yerinə yetirdi, Ermənistanı məğlub etdi. Ermənistan ordusu demək olar ki, yoxdur, məhv edilib. Bundan sonra əgər erməni faşizmi bir daha baş qaldırsa, nəticə eyni olacaq. Yenə Azərbaycanın dəmir yumruğu onların belini qıracaq", – deyə Prezident bildirmişdir.

"BU TARİXİ GÜNÜN ŞAHİDİ BİZİK, AZƏRBAYCAN XALQIDIR"

Zəfər paradı Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizin ərazi bütövlüyü uğrunda beynəlxalq arenada apardığı mübarizədə qalibiyyətin təntənəsi idi. Azərbaycan xalqı Zəfər paradını uzun illər idi ki, gözləyirdi. Bu, torpaqların azadlığı, ərazi bütövlüyünün bərpasının paradı idi və minlərlə insanın öz ata-baba yurduna qayıdışının, arzularının gerçəkləşməsi idi. Əlbəttə ki, Zəfər paradı həmin zamana qədər keçirilmiş paradlardan bir çox parametrləri isə seçilirdi. Şuşada qaldırılan dövlət bayrağımızın Azadlıq meydanına Zəfər paradına gətirilməsi tarixi hadisə olaraq, dünyaya nümayiş etdirildi. "Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Paradların birində mən demişdim ki, parada 2016-cı ildə Lələtəpə yüksəkliyinə qaldırılmış bayraq gətiriləcək. Demişdim ki, gün gələcək və bu gün işğal altında olan torpaqlarda qaldırılan Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və bu gün gəldi. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik", - bu sözləri Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradında çıxışında bildirmişdi: "Hər kəs bilir ki, Ermənistan rəhbərliyi bir il bundan əvvəl demişdi ki, "Qarabağ Ermənistandır və nöqtə". Mən isə demişdim ki, Qarabağ Azərbaycandır! Bu gün bütün dünya görür ki, Qarabağ Azərbaycandır! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan Ordusuna, yaşasın Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı! Yaşasın Azərbaycan əsgəri!"

Zəfər paradında 150-dək hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, hərbi gəmi və katerlər nümayiş etdirilmişdir. Eləcə də, müharibə zamanı erməni ordusundan ələ keçirilmiş qənimətin, hərbi texnikanın bir qismi də nümayiş etdirilmişdi. Paradda Azərbaycan və türk əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanından keçməsi xalqlarımızın tarixində əbədi qalacaq qürurverici hadisədir. Vətən müharibəsində olduğu kimi, parad vaxtı da ölkəmizin bütün ictimai-siyasi qüvvələri bir yumruq kimi həmrəylik nümayiş etdirirdi. Bu həmrəylik xalqımızın əvəzedilməz Liderinə olan inam, etimadın və onun ətrafında sıx birliyinin göstəricisi idi.

"BU GÜN BİZİM BİRLİYİMİZ DÜNYA ÇAPINDA BİR AMİLDİR"

Parad vaxtı ölkəmizin bütün bölgələri xalq tərəfindən Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilmişdi. ZƏFƏR paradının misilsiz əhəmiyyətə malik olması səbəblərindən biri də Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə qardaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu paradda iştirak etməsi idi. İki qardaş ölkənin Liderlərinin paradı birgə qəbul etməsi və onların möhtəşəm çıxışları beynəlxalq ictimaiyyətə göndərilmiş çox ciddi xəbərdarlıq mesajları oldu. Bu mənada 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm ZƏFƏRƏ həsr olunmuş parad Türkiyə-Azərbaycan qardaşlığının əbədi rəmzinə çevrildi. Türkiyə-Azərbaycan dostluğu 44 günlük Vətən müharibəsində özünü daha qabarıq şəkildə göstərdi. Bu birliyin nəticəsidir ki, ölkəmiz qısa müddətdə işğalçı ölkəni diz çökdürdü və möhtəşəm Qələbə qazanaraq, 30 illik işğala son qoyuldu. Müharibədən sonra qazandığımız möhtəşəm Zəfərlə bağlı keçirilən Parad isə məğlubedilməz gücümüzün, əbədi birliyimizin, sarsılmaz qardaşlığımızın və dostluğumuzun dünyaya, xüsusilə təcavüzkar Ermənistanı dəstəkləyən qüvvələrə nümayiş etdirilməsi idi. Bu sarsılmaz dostluğu möhtərəm Prezidentimiz İlham Əliyev 2020-ci il dekabrın 10-da Bakıda Azadlıq meydanında keçirilən Zəfər paradında belə ifadə edib: "Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır və sevindirir. Və bu gün biz birlikdə Zəfər paradında iştirak edərkən, bir daha bizim birliyimizi həm xalqlarımıza, eyni zamanda bütün dünyaya göstəririk." Türk dünyasının iki böyük Lideri – Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan isə bütün çıxışlarında bu dostluğu ən ali səviyyədə qiymətləndirirlər. Möhtərəm Prezidentimiz İlham Əliyevin "Bu gün bizim birliyimiz dünya çapında bir amildir. Türkiyə nə qədər güclü olsa, biz özümüzü o qədər güclü hiss edəcəyik. Türkiyənin uğurları bizi çox sevindirir. Əminəm ki, bundan sonra da bizim qardaşlıq əlaqələrimiz yüksələn xətlə inkişaf edəcəkdir!" və ya Prezident Rəcəb Tayyib Ərdoğanın "Türkiyə olaraq Azərbaycan ilə münasibətlərimizdə özümüzə hər zaman Böyük Lider Heydər Əliyevin "Bir millət, iki dövlət" şüarını rəhbər tutduq. Qazi Mustafa Kamal Atatürkün dəqiq ifadəsi ilə Azərbaycanın kədərini kədərimiz, sevincini sevincimiz bildik..." dillər əzbəri olmuş bu fikirlər artıq aforizmə çevrilib.

Artıq Zəfər qazanmış Azərbaycan tarixinin yeni dövrünü yaşayır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış və milli qürurumuzun təntənəsinə çevrilmiş tarixi Zəfər sayəsində hazırda Qarabağ və Şərqi Zəngəzurda yeni inkişaf dövrünü yaşayır. Bu gün yeni reallıqlar mövcuddur, Azərbaycanın "Dəmir Yumruğu"nun yaratdığı yeni reallıqlarla hər kəs hesablaşmalıdır. Dünya dövlətləri ilə iqtisadi, siyasi sferada uğurlu əməkdaşlıqların qurulması və Azərbaycanın dünya miqyasında tanıdılmasında dövlət başçısının yürütdüyü siyasət öz bəhrəsini verir. Qələbədən sonra Azərbaycanın yaratdığı yeni reallıqlar Prezident İlham Əliyev tərəfindən yürüdülən uzaqgörən, qətiyyətli və cəsarətli diplomatik siyasətin təsdiqidir.

Nəzakət ƏLƏDDİNQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 10 Dekabr 2024 16:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see366

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see346

57 ticarət obyektində qanunsuz mallar AŞKARLANDI FOTOLENT

27 Avqust 2026 12:14see286

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see269

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see266

Həddindən artıq idman oynaqlara zərər verə bilər

27 Avqust 2026 16:39see265

44 yaşlı Dima Bilan baba oldu

27 Avqust 2026 18:43see256

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see249

Nazirlik Azər Aydəmirə daha 200 min manat ödəyəcək

27 Avqust 2026 15:58see244

Azərbaycan pambıq parça istehsalını 5 % dən çox artırıb

27 Avqust 2026 21:13see232

Amazon yaxın bir neçə ildə Nvidia dan iki milyon daha süni intellekt çipi alacaq

27 Avqust 2026 14:57see222

“Tokayev Moskvanı benzin məsələsində aldatdı?”

27 Avqust 2026 18:55see217

Bəs dənizin ortasında yosun varsa? 

27 Avqust 2026 15:57see211

Ürək əməliyyatı keçirdi, xərçəngdən sağaldı Möcüzə

27 Avqust 2026 20:32see210

III “Ulduz Cup” başa çatdı

27 Avqust 2026 18:06see209

Türk aktrisa Nihal Yalçının son halı təəccübləndirdi (Foto)

27 Avqust 2026 21:38see206

Acı qəhvə içmək qida borusu xərçəngi yaradır?

27 Avqust 2026 18:50see204

Azərbaycan və Türkiyənin Avstriyadakı səfirləri görüşdü

27 Avqust 2026 20:13see197

“Tvente”nin futbolçusu: “Sabah meydanda əsl güc balansının necə olduğunu görəcəyik”

27 Avqust 2026 19:10see197

Nepalda güclü daşqın: 389 ölü, 1400 itkin

27 Avqust 2026 22:12see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri