Icma.az
close
up
RU
Zəfər və Dövlət Bayrağı günləri ilə əlaqədar Tailandda rəsmi qəbul keçirilib

Zəfər və Dövlət Bayrağı günləri ilə əlaqədar Tailandda rəsmi qəbul keçirilib

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Pekin, 7 noyabr, AZƏRTAC

Azərbaycanın Tailanddakı səfirliyi 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə Banqkokda rəsmi qəbul keçirib.

AZƏRTAC xəbər verir ki, qəbulda Tailand Krallığı Xarici İşlər Nazirliyinin və digər dövlət qurumlarının rəsmiləri, beynəlxalq təşkilatların təmsilçiləri, bu ölkənin ictimai-siyasi və işgüzar dairələrinin nümayəndələri, media təmsilçiləri, diplomatik nümayəndəliklərin başçıları, habelə Azərbaycan diasporunun üzvləri iştirak ediblər.

Azərbaycan və Tailandın Dövlət himnləri səsləndikdən sonra səfir Elçin Bəşirov çıxış edərək 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərin ölkəmizin tarixindəki müstəsna yerindən bəhs edib. O bildirib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin liderliyi və hərbçilərimizin şücaəti sayəsində əldə edilmiş tarixi Zəfər nəticəsində Azərbaycan torpaqlarının 30 ilə yaxın işğalına son qoyulub, ölkəmizin ərazi bütövlüyü bərpa olunaraq beynəlxalq hüquq və ədalətin təntənəsi təmin edilib.

Səfir E.Bəşirov Azərbaycanın sülh gündəliyi və Ermənistanla normallaşma prosesində əldə edilmiş tərəqqi, habelə işğaldan azad edilmiş ərazilərimizdə aparılan minatəmizləmə fəaliyyəti və genişmiqyaslı tikinti-quruculuq işləri barədə məlumat verib. O, həmçinin ölkəmizdə hər il 9 Noyabr tarixinin Dövlət Bayrağı Günü kimi qeyd olunduğunu bildirib və üçrəngli bayrağımızın hazırda işğaldan azad edilmiş ərazilərimizdə dalğalandığını vurğulayıb.

Azərbaycan Respublikası Konstitusiyasının 30-cu ildönümü və Zəfərin 5-ci ildönümü ilə əlaqədar olaraq 2025-ci ilin Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə “Konstitusiya və Suverenlik İli” elan olunduğunu vurğulayan diplomat 2023-cü ilin sentyabrında həyata keçirilmiş antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpa edildiyini və bütün azad edilmiş ərazilərdə Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsinin bərqərar olunduğunu bildirib.

Tədbirdə Zəfər Günü ilə bağlı videoçarx nümayiş etdirilib.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:39
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Noyabr 2025 20:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see164

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see164

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see162

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see161

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see153

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see151

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see148

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see140

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see138

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see134

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see133

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see127

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see127

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri