Icma.az
close
up
RU
Zəfər və Qələbələr partiyası

Zəfər və Qələbələr partiyası

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ümummilli lider Heydər Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasını tarixi zərurət kimi qiymətləndirərək söyləyirdi: "Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içindən çıxmış zərurətdir. Azərbaycanda yaranan partiyaların bir çoxu ayrı-ayrı şəxslərin, yenicə siyasi fəaliyyətə başlayan şəxslərin şəxsi təşəbbüskarlığı ilə yaranan partiyalardır. Ancaq Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya hərənin öz tərəfindən hərəkət etməsi nəticəsində, ağır şəraitdə, böyük təqiblər şəraitində yaranmışdır”.

Hər kəsə bəllidir ki, Yeni Azərbaycan Partiyası müxalifət partiyası kimi yaranmışdı, həmin dövrdə özünün nümunəvi fəaliyyəti ilə müxalifətçiliyin sivil qaydaları və formalarını müəyyənləşdirdi, müxalifətçiliyin nə demək olduğunu cəmiyyətə nümayiş etdirdi. Yeni Azərbaycan Partiyası göstərdi ki, müxalifətçilik xalqa, dövlətə qarşı olmaq deyil, sabitlik və tərəqqiyə xidmət edən mütərəqqi ideyalarla çıxış etmək, cəmiyyətin və ölkənin inkişafı üçün milli maraqlara əsaslanaraq fəaliyyət göstərməkdir.

Ümummilli Lider Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyası yaradılanda necə böyük əminliklə  “Yeni Azərbaycan Partiyası dünənin, bugünün və gələcəyin partiyasıdır” bəyan etmişdisə, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra “Azərbaycan dünyaya Günəş kimi doğacaq” əminliyini ifadə etdi. Ulu öndər Heydər Əliyevin  düşünülmüş və məqsədyönlü siyasəti həm Azərbaycanın, həm də Yeni Azərbaycan Partiyasının  bugünkü həyatında, inkişafında öz sözünü deyir. Ümummilli Lider 2003-cü ildə növbəti inamın və etimadın ünvanını göstərərkən cənab İlham Əliyevi və Yeni Azərbaycan Partiyasını  nəzərdə tutmuşdu.
2003-cü ildə Prezident seçkilərində cənab İlham Əliyevin hakim partiyanın namizədi kimi qələbə qazanması partiyanın nüfuzunu daha da artırdı. 2005-ci ildə Ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin regionun ən güclü siyasi təşkilatı Yeni Azərbaycan Partiyasına  Sədr seçilməsi partiyanın həyatında böyük tarixi hadisə oldu.

2021-ci il martın 5-də partiyanın keçirilən VII qurultaydan sonra Birinci vitse-prezident Mehriban xanım Əliyeva partiya Sədrinin birinci müavini təyin edilmişdir. Bu gün Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinin mühüm tərəflərindən birini Yeni Azərbaycan Partiyasının Sədrinin müavini statusunda gördüyü işlər təşkil edir. Bu, dövlətçilik maraqlarının qorunması və milli həmrəyliyin gücləndirilməsi baxımından çox böyük əhəmiyyətə malikdir.

44 günlük vətən müharibəsində Müzəffər Ordumuzun parlaq qələbəsi nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi yolunda bir çox qəhrəman vətəndaşlarımız kimi Yeni Azərbaycan Partiyası üzvlərinin də sücaət göstərmələri sübut etdi ki, Azərbaycanın taleyi etibarlı əllərdədir. Bu nailiyyətlərin, uğurların qazanılmasına səbəb Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin yürütdüyü müstəqil siyasətdir.

Möhtərəm Prezidentimiz Cənab İlham Əliyev dəfələrlə yüksək tribunalardan səsləndirildiyi kimi, Yeni Azərbaycan Partiyası qarşıdakı dövrdə də öz üzərinə düşən vəzifələri layiqincə, əzmlə, inamla və şərəflə yerinə yetirməklə milli tərəqqiyə mühüm töhfələr verəcək, Azərbaycanın inkişafının və yeni qələbələrinin siyasi avanqardı kimi çıxış edəcək. Dünən Azərbaycan naminə tarixi məsuliyyəti öz üzərinə götürən Ümummilli Liderin ətrafında yaranmış, bu gün qalib xalqın Lideri, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf edən Yeni Azərbaycan Partiyası sabah da ümumxalq partiyası kimi fəaliyyətini uğurla davam etdirəcək, Azərbaycana möhtəşəm nailiyyətlər qazandıracaqdır. Bu gün partiyamızın gücü Heydər Əliyev ideyalarından, eyni zamanda, Ulu Öndər siyasətinin  layiqli davamçısı Prezident İlham Əliyevin uğurlu siyasətindən qaynaqlanır.

Yeni Azərbaycan Partiyası istər Ulu Öndər Heydər Əliyevin, istərsə də cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın çiçəklənməsi yolunda şərəfli bir yol keçmiş partiyadır. Bu gün də  ənənə davam edir. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın həyata keçirdiyi siyasi kurs dövlətimizi gücləndirir, xalqımızın xoşbəxt və firavan yaşamasını təmin edir, Yeni Azərbaycan Partiyasını ölkənin və regionun ən güclü partiyasına çevirir.

Füzuli Abdullayev,
YAP Ağsu rayon təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 20 Noyabr 2025 10:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see301

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see273

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see270

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see255

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see246

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see246

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see245

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see238

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see230

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see229

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see220

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see217

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see212

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see211

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see210

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see202

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see200

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see196

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see195

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri