Icma.az
close
up
RU
Zəfər yolu yeni qələbələr vəd edir

Zəfər yolu yeni qələbələr vəd edir

Icma.az, Ses qazeti saytına istinadən bildirir.

Sentyabrın 17-də Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatının XI konfransı keçirilib.Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov bildirib ki, Yeni Azərbaycan Partiyası Azərbaycan dövlətçiliyinin ən ağır sınaqlar qarşısında qaldığı bir zamanda xalqın istək və arzularının nəticəsi olaraq tarixi zərurətdən yaranıb. YAP bu günə qədər şərəfli yol keçərək ölkəmizin ən güclü siyasi qüvvəsinə çevrilib. O qeyd edib ki, rayon təşkilatı fəaliyyətini partiyanın Proqram və Nizamnaməsinin tələblərinə, Mərkəzi Aparatın tapşırıq və tövsiyələrinə uyğun quraraq rayonun ictimai-siyasi həyatında fəal iştirak edib.
Suraxanı Rayon İcra Hakimiyyətinin Başçısı Adil Əliyev vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin əbədiyaşar ideyaları əsasında formalaşan, tarixin bütün sınaqlarından uğurla çıxmış və dövlətçilik ənənələrinin inkişafına misilsiz töhfələr vermiş Yeni Azərbaycan Partiyasının sıraları Prezident İlham Əliyevin siyasi iradəsi və müdrikliyi sayəsində gündən-günə genişlənməkdədir. Müzəffər Ali Baş Komandanımızın liderliyi, xalqımızın birliyi, ordumuzun rəşadəti sayəsində əldə edilən şanlı Zəfər xalqımızın yaddaşında əbədi yaşayacaq və gələcək nəsillər üçün də qürur mənbəyi olacaq. Ərazi bütövlüyü və suverenliyini tam bərpa etmiş Azərbaycan bu gün azad edilmiş ərazilərində genişmiqyaslı bərpa və quruculuq işlərini sürətlə davam etdirir, şəhər və kəndləri yenidən qurur. Böyük Qayıdış çərçivəsində keçmiş məcburi köçkünlər doğma yurdlarına geri dönür.
Milli Məclisin deputatı Sevinc Fətəliyeva Azərbaycanın son illərdə əldə etdiyi böyük uğurlara, tarixi Zəfərə və ölkəmizin beynəlxalq nüfuzunun artmasına diqqət çəkib. Vurğulayıb ki, Azərbaycan təkcə regionda deyil, ümumilikdə dünyada çəkisi və rolu artan, bütün sahələrdə sürətli tərəqqiyə nail olmuş, öz milli maraqlarının müdafiəsində və tarixi ədalətin bərpa edilməsində uğur qazanmış dövlətdir. Uzun illərdir ki, beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınan Azərbaycan bu imicini getdikcə daha da möhkəmləndirir, qlobal proseslərdə söz sahibinə çevrilir.
YAP Mərkəzi Aparatı Təşkilat şöbəsinin müdir müavini Rafael Gülməmmədov Yeni Azərbaycan Partiyası ideoloji fəaliyyət istiqamətində Ümummilli Lider Heydər Əliyevin siyasi irsinin, azərbaycançılıq məfkurəsinin, milli dövlətçilik dəyərlərinin, eləcə də Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin həyata keçirdiyi siyasətin təbliğinə xüsusi diqqət yetirir. YAP Suraxanı rayon təşkilatı bu prosesdə fəallığı ilə seçilir.
Sonra 1 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkim səlahiyyətlərinin icraçısı, ərazi partiya təşkilat sədri Arzu Hacı-zadə, 84 nömrəli tam orta ümumtəhsil məktəbinin direktor müavini, ərazi partiya təşkilat sədrinin müavini Fidan Həbibova, Vətən Müharibəsi şəhidi Ruhid İslamlının atası, partiya fəalı Uğur İslamlı, Vətən Müharibəsi şəhidi Osman Manafovun həyat yoldaşı, partiya fəalı Aysel Manafova çıxış ediblər.
Konfransda YAP Suraxanı rayon təşkilatının hesabat dövründəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib və Yeni Azərbaycan Partiyasının VIII qurultayına nümayəndələr seçilib.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 17 Sentyabr 2026 16:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see301

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see297

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see290

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see258

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see251

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see244

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see234

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see234

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see233

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see224

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see217

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see216

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see209

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see207

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see202

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see201

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see190

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see189

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see184

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri