Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Xalqın birliyindən zəfərə doğru

Xalqın birliyindən zəfərə doğru

Turkstan.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İnsanın ömründə elə günlər olur ki, həmin gün təkcə bir tarixi deyil, bütöv bir həyatı dəyişir. Bəzən isə bir günün taleyi milyonlarla insanın taleyinə çevrilir. 2020-ci il sentyabrın 27-si məhz belə günlərdən biri idi. O gün təkcə təqvimdə bir tarix dəyişmədi — Azərbaycan xalqının yaddaşında yeni bir səhifə açıldı. 27 sentyabr xalqın illərlə içində daşıdığı həsrətin, nisgilin və ümidin başqa bir şəkil aldığı gün idi. Həmin gün Azərbaycan xalqı dünyanın harasında yaşamasından asılı olmayaraq, sanki bir yumruğa çevrildi. Otuz ilə yaxın işğal altında qalan torpaqların azadlığı uğrunda Vətən müharibəsi başladı. İllərlə danışıqlar və sülh yolu ilə həllini gözlədiyimiz Qarabağ məsələsinin taleyi qarşıdakı cəmi 44 gündə dəyişəcəkdi. Əslində, sentyabrın 27-nə aparan yol xalqın yaddaşında daha əvvəl başlamışdı. 2020-ci ilin iyulunda Tovuz istiqamətində baş verən döyüşlər, xüsusilə general-mayor Polad Həşimovun və digər hərbçilərimizin şəhid olması cəmiyyətdə böyük sarsıntı yaratmışdı. Polad Həşimovun şəhid olduğu 14 iyuldan sonra küçələrə axışan insanların duyğularında bir fikir daha aydın görünürdü: xalq və torpaq itkisi ilə barışmaq mümkün deyil. Bəlkə də insanı ayaqda saxlayan ən güclü hiss ümiddir. Otuz ilə yaxın müddətdə Qarabağ bir coğrafi məkan olmaqdan çıxaraq xalqın birgə yaddaşına çevrilmişdi. O torpaqları görməyən nəsillər belə Şuşanı, Ağdamı, Füzulini, Cəbrayılı öz yaddaşlarının bir parçası kimi tanıyırdılar. Çünki Vətən yalnız üzərində yaşadığımız torpaq deyil; Vətən bizdən əvvəl yaşayanların xatirəsi, tarixi, bizdən sonra gələn nəsillərə ötürəcəyimiz ərmağandır, yaddaşdır. Nəhayət, 27 sentyabrda 44 günlük Vətən müharibəsi başladı.

Həmin gündən etibarən zamanın axışı sanki dəyişdi. Günlər təqvimlə deyil, cəbhədən gələn xəbərlərlə ölçülürdü. Kiçikdən böyüyə, cavandan yaşlıya qədər hər kəs yeni bir kəndin, rayonun, şəhərin azad olunması xəbərini gözləyirdi. İnsanlar səhər gözlərini xəbərlərlə açır, gecə son xəbəri eşitmədən yatmaq istəmirdilər. Televizor ekranları qarşısında, telefonların işığında, sosial şəbəkələrdə hamının axtardığı eyni xəbər idi: Başqa hara azad olundu? Ön cəbhədə əsgərlər döyüşürdüsə, arxa cəbhədə xalq öz mübarizəsini aparırdı. Əsgərlər üçün ərzaq və müxtəlif zəruri vasitələr toplanır, insanlar imkanları daxilində cəbhəyə dəstək olmağa çalışırdılar. Evlərin pəncərələrindən, eyvanlardan üçrəngli Azərbaycan bayrağı asılır, küçələr, binalar, avtomobillər bayraqlarla bəzənirdi. Sanki üç rəng həmin günlərdə bir xalqın bütün duyğularını — kədərini, ümidini, qürurunu özündə birləşdirmişdi.

Ali Baş Komandan, Prezident İlham Əliyevin çıxışlarında səsləndirdiyi “Dəmir yumruq” ifadəsi isə tədricən həmin birliyin rəmzinə çevrilirdi. Ön cəbhədə Azərbaycan Ordusunun əsgər və zabitləri, arxa cəbhədə isə milyonlarla insan eyni amal ətrafında birləşmişdi. Hər kəs öz sahəsində bacardığını etməyə çalışırdı. Dövlət qurumlarından sıravi vətəndaşadək cəmiyyətin müxtəlif təbəqələrində ümumi səfərbərlik və həmrəylik hiss olunurdu. Bu müharibənin görünməyən başqa bir cəbhəsi də vardı – “informasiya cəbhəsi” . Azərbaycan mediası və jurnalistikası da 44 gün ərzində öz müharibəsini aparırdı. Qarşı tərəfdən yayılan məlumatların yoxlanılması, dezinformasiyaya qarşı mübarizə, cəbhədə baş verənlərin dünyaya və xalqa düzgün, dəqiq və operativ şəkildə çatdırılması jurnalistlərin üzərinə böyük məsuliyyət qoymuşdu. Əsgərin silahı avtomat idisə, jurnalistin silahı kamerası və qələmi idi. Gecə-gündüz çalışan jurnalistlər üçün həmin günlər sadəcə peşə fəaliyyəti deyildi - informasiya savaşının bir hissəsi idi. Xalq isə hər an yeni xəbər gözləyirdi. Sanki bütün ölkəni böyük bir informasiya aclığı bürümüşdü. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı... Hər yeni azadlıq xəbəri bir şəhərin və ya kəndin adından daha böyük məna daşıyırdı. O adlar otuz ilə yaxın davam edən həsrətin bir-bir sona çatmasının rəmzinə çevrilirdi. 44 günlük hərbi əməliyyatlar zamanı Azərbaycan Ordusu 300-dən çox yaşayış məntəqəsini, eləcə də mühüm strateji yüksəklikləri azad etdi. Ancaq müharibə təkcə qələbə xəbərlərindən ibarət deyildi. Hər azad olunan torpağın arxasında bir itki, hər qələbənin arxasında bir insanın taleyi vardı. Cəbhədən şəhid xəbərləri gəlirdi. Dünən övladını yola salan ana bu gün onun üçrəngli bayrağa bükülmüş tabutunu qarşılayırdı. Kiminsə atası, kiminsə həyat yoldaşı, kiminsə qardaşı və dostunun şəhid olması xəbəri bütöv xalqı kədərə bürüyürdü. Qara səmanı xalqın duası aydınladırdı. Bir ailənin ən ağır günü başqa bir torpağın azadlığı ilə eyni tarixə düşürdü. Xalq həmin 44 gündə bəlkə də ən zidd iki hissi - qəlblərindəki sonsuz kədəri və sonsuz qüruru eyni anda yaşamağın nə demək olduğunu öyrəndi. Şəhidlərimizin şəkilləri evlərdə, küçələrdə, binaların üzərində görünürdü. Onların hər biri artıq yalnız bir ailənin övladı deyildi. Onlar bütöv bir xalqın yaddaşına çevrilirdilər. Müharibə günlərində Gəncə, Bərdə və digər yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində mülki insanlar da həlak oldu və yaralandı. Buna baxmayaraq, həmin ağır günlərdə cəmiyyət daxilində qorxudan daha çox birlik, müqavimət və həmrəylik hissi üstünlük təşkil edirdi. Gənc, yaşlı, qadın, kişi fərq etmədən insanlar cəbhəyə getmək, vətən üçün nəsə etmək istəyirdilər. Bəlkə də 44 günün ən böyük mənalarından biri məhz burada idi: insanlar fərqli həyatlara, fərqli düşüncələrə sahib olsalar da, vətən anlayışı qarşısında bütün fərqlər ikinci plana keçmişdi. Çünki bəzən bir xalqı xalq edən onun yalnız ortaq dili, mədəniyyəti və sərhədləri deyil. Onu xalq edən birlikdə ağlaya, birlikdə arzulaması və birlikdə sevinə bilməsidir. 44 gün ərzində Azərbaycan məhz bunu yaşadı. Nəhayət 8 noyabr...Şuşanın azad olunması xəbəri gəldi.

Bu, sadəcə bir şəhərin azadlığı deyildi. Şuşa Azərbaycan insanının yaddaşında Qarabağın mədəni və mənəvi simvollarından biri idi. Prezident İlham Əliyevin həmin gün Şəhidlər xiyabanından Şuşanın azad olunduğunu elan etməsi ilə uzun illərin həsrəti sanki bir neçə cümləyə sığdı.8 noyabr sonradan Azərbaycanın Zəfər Günü kimi təsis edildi. Qarabağın dağlarında üçrəngli bayrağımız yenidən dalğalanırdı. Küçələrə çıxan insanlar bir-birini tanımadan qucaqlayır, göz yaşlarını saxlaya bilmirdilər. Avtomobillərin siqnalları şəhərlərin səssizliyini pozurdu. Evlərdən, pəncərələrdən bayraqlar dalğalanırdı. Heç kim bir-birindən “niyə sevinirsən?” deyə soruşmurdu. Çünki cavab hamı üçün eyni idi. Bu, bir nəfərin sevinci deyildi. Bu bütöv bir xalqın sevinci idi. Noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin üçtərəfli bəyanatının qəbul edilməsi ilə 44 günlük müharibənin hərbi mərhələsi başa çatdı. Otuz ilə yaxın davam edən həsrətin taleyi 44 gündə dəyişmişdi. Ancaq Zəfərin böyüklüyü yalnız azad olunan torpaqların sahəsi ilə ölçülə bilməz. Onun ən böyük mənası bəlkə də xalqın özünə olan inamını yenidən hiss etməsində idi. Bu müharibə milli yaddaşın yalnız keçmişi xatırlamaqdan ibarət olmadığını göstərdi; lazım gəldikdə həmin yaddaşın məsuliyyətini daşımaqdır. Bu zəfərin arxasında şəhidlərimizin canı, qazilərimizin sağlamlığı, əsgər və zabitlərimizin qəhrəmanlığı, ailələrin göz yaşları, bütöv bir xalqın birliyi, həmçinin Ali Baş Komandan İlham Əliyevin güclü siyasəti dayanırdı. Bəlkə də tarix kitabları gələcək nəsillərə həmin günləri hansı şəhərin hansı tarixdə azad edildiyini, hansı əməliyyatın necə keçirildiyini rəqəmlər, xəritələr və rəsmlərlə izah edəcək. Amma tarix kitablarının tam ifadə edə bilməyəcəyi başqa bir həqiqət də qalacaq: “44 gündə Azərbaycan vətəndaşının nə hiss etdiyi.” Gecə yarısı gələcək bir xəbəri gözləmək...Azad olunan kəndin adını eşidəndə sevincdən ağlamaq...tanımadığın bir şəhidin şəklinə baxıb onu öz doğman kimi hiss etmək...Küçədə tanımadığın insanla qucaqlaşmaq...Bir bayrağa baxarkən eyni anda həm kədərlənmək, həm qürurlanmaq...44 günün psixoloji yaddaşı məhz bunlardan ibarət idi.

İllərin həsrəti 44 günün hesabına bir anlıq iki kəlməyə bərabər oldu “Qarabağ Azərbaycandır !”

Bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik...

Nəcəf Nəcəfov BSU jurnmalistika

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:102
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 28 Sentyabr 2026 15:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see326

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see265

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see261

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see254

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see252

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see239

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see232

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see230

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see228

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see226

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see223

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see219

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see217

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see212

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see208

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see194

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see193

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see189

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see181

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri