Icma.az
close
up
RU
“Zəfəri yaşadanlar, yaşayanlar” adlı tədbir keçirildi

“Zəfəri yaşadanlar, yaşayanlar” adlı tədbir keçirildi

Icma.az bildirir, Kulis.az portalına istinadən.

“8 Noyabr – Zəfər Günü” ərəfəsində Respublika Uşaq Kitabxanası və “TEAS Press Nəşriyyat Evinin” birgə təşkilatçılığı ilə uşaq yazarı Mürşüd İsmayılzadəylə görüş keçirilib.

Kulis.az xəbər verir ki, tədbirdə “3 alma” uşaq ədəbiyyatının bölməsinin əməkdaşları, Rahim adına 7 nömrəli məktəbin şagirdləri və müəllim heyəti iştirak ediblər. Tədbir Dövlət Himni ilə açıq elan olunub, sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Öncə kitabxananın direktoru qonaqları salamlayaraq tədbirin əhəmiyyətini vurğulayıb. Şəhla Qəmbərova həmçinin Mürşüd İsmayılzadənin müəllifi olduğu “Zəfəri yaşadanlar, yaşayanlar” adlı kitabdan geniş şəkildə danışıb, qeyd edib ki, yazıçının kitabda yer alan hekayələri 44 günlük Vətən müharibəsinə həsr olunub. Sadə həyat hekayələri ilə yanaşı, müəllif Azərbaycan xüsusi təyinatlılarının döyüş əməliyyatları haqqında danışır, Hadrut döyüşündən bəhs edir. Hekayələrdə həmçinin canını torpaqlarımızın işğaldan azad olunması uğrunda fəda edən şəhidlərimizin həyatı, döyüşləri, zabit və əsgərlərimizin igidlikləri təsvir edilir.

Mürşüd İsmayılzadə çıxışında oxucuların diqqətinə çatdırıb ki, kitabın ərsəyə gəlməsində iştirak etmək mənim üçün vacib və şərəfli missiyalardandır. Xalqımızın tarixinə qızıl hərflərlə yazılan Vətən müharibəsində yaşadıqlarımızı, duyduqlarımızı bu kitabda canlandırmağa çalışmışıq. 44 günlük Vətən müharibəsi xalqımızın qəhrəmanlıq ruhunun təntənəsidir.

“3 alma” uşaq ədəbiyyatının bölməsinin əməkdaşı Arzu Cəfərova kitab və görüş haqqında öz fikirlərini bildirib, qeyd edib ki, kitab vətənpərvərlik ruhunda yazılıb və zəfəri bizə yaşadan qəhrəmanlarımız haqqında hekayələri özündə birləşdirir. “Zəfəri yaşadanlar, yaşayanlar kitabı” yazarın müəllifi olduğu digər kitablar kimi oxucuların böyük marağına səbəb olub. Hər birinizə bu kitabı oxumağı tövsiyə edirəm.

Sonda məktəblilər yazıçıya kitabla bağlı suallar ünvanlayıb, növbə ilə görüş haqqında təəssüratlarını bildiriblər, müəllifin kitabından ilhamlanaraq ərsəyə gətirdikləri maketləri yazıçıya göstəriblər və onlara “Göy qurşağı” uşaq jurnalı hədiyyə olunub.

Tədbir Şanlı Zəfər tarixinin yeniyetmə və məktəblilər arasında təbliği, mütaliə vərdişlərinin artırılması məqsədilə təşkil olunub.

Bir batalyonu ölümdən xilas edən əsgər - Vüsal Bağırlı İtalyan heykəltaraş Lorenso Kuinnin “Təbiətdə tarazlıq” sərgisi açıldı "Qeyri-səlis məntiq və dil-nitq" kitabının təqdimatı keçirildi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://kulis.az
archiveBu xəbər 07 Noyabr 2024 10:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see942

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see400

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see351

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see339

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see316

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see309

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see271

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see269

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see250

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see217

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see216

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see212

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see211

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see206

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see204

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see203

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see202

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see188

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see184

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri