Icma.az
close
up
RU
“Haqqın Zəfəri” adlı tədbir keçirildi Fotolar

“Haqqın Zəfəri” adlı tədbir keçirildi Fotolar

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün Nizami Kino Mərkəzində “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə “Türk dünyasının şəhid ailələri arasında əlaqələrin inkişafı” layihəsi çərçivəsində 2023-cü ildə Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu antiterror əməliyyatlarının ikinci ildönümünə həsr olunan “Haqqın Zəfəri” adlı tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbir “Bənövşə” uşaq xorunun ifasında Azərbaycanın Dövlət Himninin və Türkiyənin “İstiqlal Marşı”nın səsləndirilməsi, Türk dünyası şəhidlərinin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova çıxış edərək layihənin həm şəhid ailələrinin birliyinin, həm də Türk dünyasının mənəvi həmrəyliyinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb, layihə barədə ətraflı danışıb. 

Tədbirdə layihə çərçivəsində ölkəmizdə səfərdə olan Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyinin Şəhid Yaxınları və Qazilər Baş İdarəsinin təmsilçiləri və şəhid ailələri üzvlərindən ibarət olan nümayəndə heyəti, Azərbaycandan olan şəhid ailələri, dövlət və ictimaiyyət nümayəndələri, həmçinin KİV təmsilçiləri iştirak ediblər.

Türkiyə Ailə və Sosial Xidmətlər Nazirliyi nəzdində Şəhid Yaxınları və Qazilər Baş İdarəsinin sədr müavini Halit Çağdaş çıxışında səmimi dəvət və qonaqpərvərliyə görə minnətdarlığını bildirib və Azərbaycandan olan şəhid ailələri ilə birgə əməkdaşlığın önəmini vurğulayaraq gələcəkdə bu istiqamətdə birgə layihələrin davam etdiriləcəyini qeyd edib.

Daha sonra çıxış edən Vətən müharibəsi şəhidi Famil Həsənov və Antiterror əməliyyatları şəhidi Şamil Həsənovun anası Aybəniz Həsənova, Antiterror əməliyyatları şəhidi, polkovnik-leytenant Əkrəm Şadmanovun həyat yoldaşı Gülşən Rəhimova və Türkiyə Silahlı Qüvvələri şəhidi Eril Alperen Emirin anası Halide Serap Emir qəhrəman şəhidlərimizin fədakarlığının xalqımız üçün qürur mənbəyi olduğunu, onların əziz xatirəsinin heç vaxt unudulmayacağını və Azərbaycanla Türkiyə arasında qardaşlıq bağlarının bu qəhrəmanlıq nümunələri ilə daha da möhkəmləndiyini qeyd ediblər.

Tədbir Xalq Artisti Fidan Hacıyeva, Əməkdar artistlər Ramil Qasımov, Nicat Kazımov və Qoçaq Əsgərov, həmçinin Şəhriyar adına Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən “Bənövşə” Uşaq Xoru, Beynəlxalq Muğam Mərkəzinin tabeliyində fəaliyyət göstərən Cahangir Cahangirov adına xor və şəhid övladlarından ibarət “Qəhrəman övladları” xor qrupunun ifalarından ibarət bədii hissə ilə davam edib.

Qeyd edək ki, layihə “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin icra etdiyi “Türk dünyasının şəhid ailələri arasında əlaqələrin inkişafı” layihəsi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üzrə böyük qrant müsabiqəsinin qalibidir.





Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:202
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 05 Sentyabr 2025 12:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see309

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see309

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see306

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see302

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see299

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see280

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see279

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see277

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see276

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see260

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see252

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see250

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see238

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see236

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see234

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see224

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see216

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see216

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see210

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri