Icma.az
close
up
RU
44 günün Zəfəri

44 günün Zəfəri

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

Yeni Azərbaycan Partiyası (YAP) Samux rayon təşkilatı Zəfər Günü ilə əlaqədar “44 günün Zəfəri” mövzusunda tədbir keçirib.

Şəhid ailələri, qazilər və müharibə veteranlarının iştirak etdikləri tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.

YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov qarşıdan gələn 8 Noyabr - Zəfər Günü və  9 Noyabr - Bayraq Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib. Natiq bildirib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 8 noyabr tarixinin hər il Azərbaycanda Zəfər Günü kimi qeyd edilməsi qərara alınıb: “Bu şanlı Zəfəri Ali Baş Komandan İlham Əliyev, Müzəffər Ordumuzun əsgər və zabitləri, o cümlədən torpaqlarımızı canları bahasına azad edən şəhidlər və sağlamlığını itirən qazilər xalqımıza bəxş etdi. 2020-ci ilin sentyabrın 27-də başlanan və cəmi 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində rəşadətli ordumuz 30 ilə yaxın erməni əsarətində olan torpaqlarımızı azadlığına qovuşdurdu”.

G.Bayramov qeyd edib ki, noyabrın 8-də uzun sürən həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi: “Bu Zəfər dünya hərb tarixinə unikal hərbi əməliyyat kimi daxil oldu. Dünya azərbaycanlıları milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən Böyük Qələbəni yüksək səviyyədə qeyd edir”.

Tədbirdə iştirak edən şəhid leytenant Elvin Məmmədzadənin  atası İlham Məmmədov çıxış edərək bildirib ki, biz qalib ölkənin vətəndaşlarıyıq:  “Azərbaycan xalqı xoşbəxtdir ki, bu tarixi Qələbənin sevincini böyük qürur hissi ilə yaşayır. Bizə bu xoşbəxtliyi yaşadan Ali Baş Komandana və müzəffər ordumuza təşəkkür edirik. Bu gün işğaldan azad edilən torpaqlarımızda xidməti borcunu yerinə yetirən əsgər və zabitlərimiz sülhü və sabitliyi təmin edirlər. Onlara bu şərəfli missiyanı yerinə yetirməkdə uğurlar arzulayır, Vətən üçün canlarından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik”.

Daha sonra tədbir iştirakçılarından  Qarabağ Müharibəsi əlili Mirzəmməd Orucov, partiya fəallarından Namiq Cəfərov, Şəmistan Yusifov, Dilarə Əsgərova  və başqaları şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyiblər. Onlar dövlət başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın bu kateqoriyadan olan şəxslərə göstərdikləri diqqət və qayğını yüksək dəyərləndiriblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 06 Noyabr 2024 17:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see256

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see248

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see240

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see236

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see234

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see230

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see224

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see218

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see217

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see216

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see205

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see203

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see200

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see200

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see200

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see199

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see198

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see197

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see194

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri