Zəfərimizin 5 ci ildönümünə həsr olunmuş Zəfər 5 il könüllülər düşərgəsi həyata keçirildi FOTOLAR
Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, "Nar"ın dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə Quba rayonunda baş tutan “Zəfər 5 il” könüllülər düşərgəsi uğurla yekunlaşıb.
Demokrat.az xəbər verir ki, 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizin 5-ci ildönümünə həsr olunmuş düşərgə ümumilikdə ictimai fəallığı ilə seçilən 150 könüllü gənci bir araya gətirib. 30 oktyabr - 3 noyabr tarixlərini əhatə edən düşərgənin məqsədi könüllü gənclər arasında vətənpərvərlik ruhunu gücləndirmək və qazanılmış Zəfərin əhəmiyyətini təbliğ etmək, dövlətçilik ənənələrini və milli dəyərləri inkişaf etdirmək, könüllülərin bu dəyərlərə bağlılığını artırmaq, həmçinin onların şəxsi inkişafına və komanda bacarıqlarının formalaşmasına dəstək vermək, birgə fəaliyyət təcrübəsini genişləndirməkdir.
Düşərgədən əvvəl Quba rayonuna çatan Azərbaycan Könüllüləri müasir müstəqil Azərbaycan dövlətinin banisi Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Daha sonra iştirakçıların şəbəkələşməsi üçün tanışlıq oyunları həyata keçirilib.
Rəsmi açılış mərasimində Azərbaycan Respublikasının Gənclər Fondunun Gənclər təşkilatları ilə iş şöbəsinin baş mütəxəssisi Emil Yusifov, “Nar”ın İctimaiyyətlə Əlaqələr və Korporativ Ünsiyyət departamentinin direktoru Hökümə Kərimova, Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Vüqar Əliyev könüllü gənclərin suallarını cavablandıraraq müzakirələr aparıblar.
Düşərgənin ikinci günündə iştirakçılar gənclər və idman nazirinin müavini İndira Hacıyeva ilə görüşüblər. Görüş zamanı gənclərlə ölkədə həyata keçirilən dövlət gənclər siyasəti, könüllülük hərəkatının inkişafı, gənclərin sosial fəallığı və onların ölkəmizin gələcəyində rolu barədə ətraflı fikir mübadiləsi aparılıb.
Beş gün davam edən düşərgə çərçivəsində könüllülərin asudə vaxtlarını səmərəli dəyərləndirmələri üçün xüsusi peşəkarlığı və təcrübəsi ilə seçilən təlimçilər tərəfindən həyata keçirilən təlimlər, Vətən müharibəsi qazilərinin iştirakı ilə panel görüş, komanda oyunları, intellektual oyunlar, kreativ master-klasslar və vörkşoplar baş tutub.
Düşərgə müddəti ilə bağlı təəssüratın paylaşılması və dəyərləndirilməsi üçün könüllülər tərəfindən “Könüllünün bir günü” adlı videokontentlər hazırlanıb, eyni zamanda, gənclərin öz istedadlarını nümayiş etdirmələri üçün “SəhnədəSƏN!” yarışı təşkil edilib.
Həmçinin, düşərgədə könüllü gənclərin iştirakı ilə “Zəfər 5 il” adlı fləşmob baş tutub. Bu fləşmob Azərbaycan Könüllülərinin Şanlı Zəfərimizə, Azərbaycanın qalib ruhuna olan sonsuz inam və qürur hissinin rəmzi ifadəsinə çevrilib.
Bir-birindən maraqlı fəaliyyətlərlə yadda qalan “Zəfər 5 il” könüllülər düşərgəsi musiqi və əyləncə dolu bağlanış axşamı ilə yekunlaşıb.
Qeyd edək ki, düşərgənin baş sponsoru “Nar”dır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Bu mövzuda digər xəbərlər:Zəfərimizin 5 ci ildönümünə həsr olunmuş
07 Noyabr 2025 12:36
Zəfərimizin 5 ci ili
20 Mart 2025 17:29
Vətən Müharibəsindəki Zəfərimizin 5 illiyinə həsr olunmuş müsabiqə keçirilir
30 Yanvar 2025 14:29
Zəfər gününə həsr olunmuş yarış keçirildi FOTOLAR
09 Noyabr 2024 23:43
Tarixi Zəfərimizin 5 illiyinə həsr olunmuş Qələbənin işığında mövzusunda tədbir keçirilib
05 Noyabr 2025 20:04
Baxış sayı:24
Bu xəbər 07 Noyabr 2025 11:36 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları