Icma.az
close
up
RU
“Zəfər 5 il” könüllülər düşərgəsi başa çatıb

“Zəfər 5 il” könüllülər düşərgəsi başa çatıb

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 7 noyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və "Nar"ın dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə Quba rayonunda keçirilən “Zəfər 5 il” könüllülər düşərgəsi uğurla yekunlaşıb.

Azərbaycan Könüllü Təşkilatları İttifaqından AZƏRTAC-a bildirilib ki, 44 günlük Vətən müharibəsində tarixi Zəfərimizin 5-ci ildönümünə həsr olunmuş düşərgə ümumilikdə ictimai fəallığı ilə seçilən 150 könüllü gənci bir araya gətirib. 30 oktyabrın – 3 noyabr tarixlərini əhatə edən düşərgənin məqsədi könüllü gənclər arasında vətənpərvərlik ruhunu gücləndirmək və qazanılmış Zəfərin əhəmiyyətini təbliğ etmək, dövlətçilik ənənələrini və milli dəyərləri inkişaf etdirmək, könüllülərin bu dəyərlərə bağlılığını artırmaq, həmçinin onların şəxsi inkişafına və komanda bacarıqlarının formalaşmasına dəstək vermək, birgə fəaliyyət təcrübəsini genişləndirməkdir.

Düşərgədən əvvəl Quba rayonuna çatan Azərbaycan könüllüləri müasir müstəqil Azərbaycan dövlətinin banisi Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Daha sonra iştirakçıların şəbəkələşməsi üçün tanışlıq oyunları həyata keçirilib.

Rəsmi açılış mərasimində Gənclər Fondunun Gənclər təşkilatları ilə iş şöbəsinin baş mütəxəssisi Emil Yusifov, “Nar”ın İctimaiyyətlə əlaqələr və korporativ ünsiyyət departamentinin direktoru Hökümə Kərimova, Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Vüqar Əliyev könüllü gənclərin suallarını cavablandıraraq müzakirələr aparıblar.

Düşərgənin ikinci günündə iştirakçılar gənclər və idman nazirinin müavini İndira Hacıyeva ilə görüşüblər. Görüş zamanı gənclərlə ölkədə həyata keçirilən dövlət gənclər siyasəti, könüllülük hərəkatının inkişafı, gənclərin sosial fəallığı və onların ölkəmizin gələcəyində rolu barədə ətraflı fikir mübadiləsi aparılıb.

Beş gün davam edən düşərgə çərçivəsində könüllülərin asudə vaxtlarını səmərəli dəyərləndirmələri üçün xüsusi peşəkarlığı və təcrübəsi ilə seçilən təlimçilər tərəfindən həyata keçirilən təlimlər, Vətən müharibəsi qazilərinin iştirakı ilə panel görüş, komanda oyunları, intellektual oyunlar, kreativ master-klasslar və vörkşoplar keçirilib.

Düşərgə müddəti ilə bağlı təəssüratın paylaşılması və dəyərləndirilməsi üçün könüllülər tərəfindən “Könüllünün bir günü” adlı videokontentlər hazırlanıb, eyni zamanda, gənclərin öz istedadlarını nümayiş etdirmələri üçün “SəhnədəSƏN!” yarışı təşkil edilib.

Həmçinin, düşərgədə könüllü gənclərin iştirakı ilə “Zəfər 5 il” adlı fləşmob təşkil edilib. Bu fləşmob Azərbaycan Könüllülərinin şanlı Zəfərimizə, Azərbaycanın qalib ruhuna olan sonsuz inam və qürur hissinin rəmzi ifadəsinə çevrilib.

Bir-birindən maraqlı fəaliyyətlərlə yadda qalan “Zəfər 5 il” könüllülər düşərgəsi musiqi və əyləncə dolu bağlanış axşamı ilə yekunlaşıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Noyabr 2025 16:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see839

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see339

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see318

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see304

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see286

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see204

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see198

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see195

DGK də BMW X5 in gömrük dəyəri ilə bağlı narazılıq: Vətəndaş Şahin Bağırova şikayət etdi

09 Oktyabr 2026 22:28see194

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see193

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see192

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see192

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see191

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see185

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see185

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see175

Xərçəngin müalicəsində tarixi İRƏLİLƏYİŞ: xəstələrin sağ qalma müddətini ikiqat artıran möcüzəvi həb

09 Oktyabr 2026 20:17see172

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see166

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see166

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri