Icma.az
close
up
RU
Zəfərimizin təməlində dayanan 50 yaşlı Az i Ya

Zəfərimizin təməlində dayanan 50 yaşlı Az i Ya

Icma.az, Kulis.az portalına istinadən məlumat yayır.

Kulis.az ədəbiyyatşünas Azər Turanın "Zəfərimizin təməlində dayanan 50 yaşlı "Az i Ya"" adlı yeni yazısını təqdim edir.

Oljas Süleymenovun "Az i Ya" kitabının 50 illiyi münasibəti ilə YUNESKO-ya bağlı Beynəlxalq Mədəniyyətlərin yaxınlaşması Mərkəzinin Almatada keçirilən VII Beynəlxalq Konfransına - "Türkoslavistikanın doğuluşu" konfransına dəvət alarkən qürur və fərəh hissi keçirdim. Almatadakı çıxışıma da elə bu sözlərlə başladım. Nə yaxşı ki, bu kitabın yubileyi İkinci Qarabağ savaşındakı zəfərimizdən sonraya təsadüf etdi. Axı Oljasın bu kitabı uzun illər təkcə sovet ideoloqlarının deyil, erməni millətçilərinin də hədəfində olub. Balayanın yazdığı "Ocaq" kitabı da Oljasın kitabının yaratdığı bu qəzəb dalğasında hasilə gəlib. Almatıdakı konfransda Azərbaycan dilində etdiyim qısa çıxışımda xüsusi vurğuladım ki, biz Qarabağ savaşından qalib çıxmış bir kitabın yubileyini qeyd edirik. Oljasın "Az i Ya"sını aziyasentrizmdə, Asiyamərkəzçilikdə, panislamçılıqda, türkçülükdə ittiham edən Zori Balayanın bədnam "Ocaq" kitabının fitnəsi ilə son otuz ildə Qarabağda qırğınlar törədildi. Asiyamərkəzçiliyin, başqa sözlə, turançılığın, türkçülük dalğasının qarşısını almaq üçün ermənipərəst imperator Mixail Qorbaçovun əmri ilə Azərbaycanda qanlar töküldü. Oljasın kitabındakı ideyaların zərərsizləşdirilməsi üçün 1986-cı ilin 17 dekabrında Qazaxıstanda Jeltoksan, 1990-cı ilin 20 yanvarında Azərbaycanda Yanvar hadisələri başverdi, Almatada, Bakıda qanlar axıdıldı. Amma Oljasın kitabı qalib gəldi. Çünki bu kitab dünyaya ayırmaq üçün deyil, birləşdirmək üçün gəlmişdi.

Oljasın "Az i Ya"sı yeni dövrdə mədəni Avrasiyaçılığın olduğu kimi, turançılığın da bünövrəsini qoydu. Oljas rus mədəniyyətinin dərin qatlarında türk izlərini ortaya çıxarmaqla, əslində, SSRİ adlı imperiyanın çöküşünün ideoloji əsaslarını hazırlamışdı. Bunu hələ zamanında Amerika sovetoloqları da etiraf edirdilər. O zaman, millətçi ruslar da, ermənilər də türk respublikalarında əhalinin say artımından təşvişə düşüb SSRİ-də bunun necə nəticə verəcəyindən əndişələnirdilər. Yeganə nicat yolunu "sovetskiy narod", "edinıy splav" gerçəkliyində arayırdılar. Bu gün Türkslavistikanın bünövrəsi kimi dəyərləndirilən "Az i Ya"nı 1980-ci illərin əvvəllərində erməni Balayan öz "Ocaq" kitabında panislamistlərin, mürtəce türkçülərin, rus düşmənlərinin kitabı olaraq şərh edirdi. Balayan rusları qızışdırır, onları təşviq edirdi ki, SSRİ məkanında artmaqda olan türk uluslarını ümumsovet dəyirmanında üyüdüb "vahid ərinti"yə çevirsinlər...

O illərdə, yəni 1970-ci illərin ortalarından etibarən gənc Oljas Süleymenovun səsi yalnız qazaxların deyil, bütün sovet türklərinin səsi kimi yüksəldi, "Az i Ya" Sovet İttifaqında yaşayan bütün türklərin 1937-ci ildə silinmiş etnik yaddaşını bərpa etdi. Həm də rus alimlərinə izah etdi ki, böyük rus mədəniyyəti müstəqil şəkildə yaranmayıb. Onun təməlində güclü bir türk qatı var. Söhbət "İqor polku haqqında dastan"dan gedirdi.

Oljas itirilmiş tarixi bərpa etdi. Rus tarixşünaslığında hakim olan imperialist təfəkkürün özülünü linqvistik başlanğıca əsaslanaraq sarsıtdı. Və bunu bütün fəaliyyəti boyu davam etdirdi. Qədim Misir Allahlarının adına (Osiris) və dilinə qədər hamısının başlanğıcını türk düşüncəsinə bağladı. Və bunu YUNESKO-nun eqidası altında etməyi bacardı.

Oljasın fəlsəfəsi İsmayıl bəy Qaspıralının fəlsəfəsinin yeni dövrdə davamıydı. İsmayıl bəy də rusların gələcəyini türklərlə qlobal siyasi təhdidlərə istinad etməyən münasibətlərin qurulmasında görürdü. Hətta Qaspıralının fikrincə, Rusiyanın taleyində yaxın gələcəkdə türklərin artımı səbəbilə böyük bir türk dövləti olmaq potensiyası gizlənib. Qaspıralının təklif etdiyi model, XIX yüzilin sonu, XX yüzilin əvvəllərində panslavistlər tərəfindən xoş qarşılanmadığı kimi, Oljasın da fikirləri 1970-1980-ci illərdə rus-sovet şovinistləri və erməni daşnakları tərəfindən xoş qarşılanmırdı. Əslində, Oljas da Qaspıralı kimi davranırdı. Qazaxıstanda deyil, Rusiyada ortaq mədəniyyətə baxışı sağlam təməllər üzərində oturuşdurmaq istəyirdi. Elə bu vəsiləylə də böyük mədəniyyətdən və mədəni keçmişdən məhrum olan erməni zümrəsi Oljasın Böyük Çöl faktından qorxur, bu mədəniyyəti yaradan türkləri "vəhşi", "barbar", "mədəniyyətsiz köçəri", "başkəsən" adlandırırdı. Zori Balayan Oljasın təklif etdiyi ortaq mədəniyyət amilini zədələmək üçün, Xəlil Rza Ulutürk demişkən, Türk kainatı ilə rus arasında ixtilaf yaratmaq, real və qeyri-real ziddiyyətləri qızışdırmaq, alovlandırmaq qəsdilə qanlı hadisələrə rəvac verəcək kitabını yazırdı. İkinci Qarabağ savaşındakı zəfərimizin timsalında tarix göstərdi ki, Oljas haqlıdır. Bu gün yaranmaqda olan Türk Dövlətlərinin Birliyi də müəyyən mənada Oljasın "Az i Ya"sına borcludur.

Oljas təkcə kitabı ilə deyil, əməlləri ilə də düşüncələrimizdə yurd saldı. 1990-cı ilin qanlı Yanvarında da yanımızda oldu, Birinci Qarabağ savaşında da. Azərbaycanda unudulmayan günlərdən biri 1992-ci ilin 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günüdür. Oljas Süleymenov həmin gün Azərbaycana gəldi. Amma bu dəfə yazıçı kimi deyil, "Nüvə silahı əleyhinə Nevada-Semipalatinsk Beynəlxalq hərəkatı"nın prezidenti kimi; "Uşaqları xilas edək" proqramı çərçivəsində müharibə şəraitində olan Azərbaycanın yanında olmaq, ona qardaşlıq yardımı göstərmək üçün... Özü ilə müharibədən əziyyət çəkən Azərbaycan uşaqlarına 10 ton humanitar yardım gətirdi. O günlərdə Oljasın yaradıb rəhbərlik etdiyi hərəkat Semipalatinskdəki nüvə sınaqlarına 50 ildən sonra son qoyduğuna görə bütün dünyanın diqqət mərkəzindəydi. "Nüvə silahı əleyhinə Beynəlxalq hərəkat"ın lideri Oljas Süleymenov ilk beynəlxalq tədbirini Azərbaycandan başlamaqla, həm də Azərbaycanın problemlərini dünyanın diqqət mərkəzinə gətirirdi. Oljas bizim üçün həm də bu mənada əzizdir, əvəzolunmazdır.... Təkcə bizim üçün deyil, həm də dünya üçün. Xüsusən, Avropa üçün...

Əslən türk olan yazıçı Vsevolod İvanov ölüm yatağındaykən Oljas Süleymenovun "Günəşli gecələr" kitabını oxumuşdu. "Az i Ya"da Oljas yazırdı ki, "Qazax xatunun nəvəsi, canına, sözünə Böyük Çölün səsləri, rəngləri hopmuş yazar... sonralar nəhəng daş şəhərə köçür və ömrünün son dəmlərində bir qazax dəliqanlısının şeirləriylə Böyük Çölə qayıdır. O öz məşhur kitabxanasındakı minlərcə cild kitabdan biriciyini - bu... sarı kitabçanı seçib oxuyur. Və əbədiyyətə köçmüş çocuqluq xatirələrinin işığıyla onu irəlidə bəkləyən əbədi zülmət bir-birinə qovuşur. Dairə qapanır".

Böyük türk milləti üçün isə dairə qapanmır. Oljasın kitabı türk dünyasının sabahına doğru gedən yolu işıqlandırır...

28 may 2025

Almata-Bakı

“Avroviziya 2025”in finalı keçiriləcək "Deyəsən, gedənlər qayıtmayacaq" - Ən gözəl müharibə şeirləri Üzümdəki sivilcə - Elşən Karacanın hekayəsi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://kulis.az
archiveBu xəbər 05 İyun 2025 10:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mercedes” əvvəl maşına, sonra ağaca çırpılıb aşdı Yaralı var

18 İyul 2026 00:33see325

Ömər Eldarovun vəziyyəti pisləşib

17 İyul 2026 21:26see260

KVN nin rejissoru vəfat etdi

17 İyul 2026 17:14see226

Tramp meşə yanğınlarına görə Kanadanı ittiham etdi

18 İyul 2026 04:43see224

ABŞ ın 12 F16 qırıcısı Yaxın Şərqdə gəldi

17 İyul 2026 21:36see223

Kirayə mənzil axtaranların NƏZƏRİNƏ

18 İyul 2026 13:31see192

Əhəmiyyətli irəliləyişlər əldə edə bilərik Trampdan Kobaxidzeyə MƏKTUB

18 İyul 2026 02:26see183

SEPAH İranın cənubunda MQ 9 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb

18 İyul 2026 06:37see181

Arayikgilin çıxışları başa ÇATDI

17 İyul 2026 21:25see181

Konor Makqreqor növbəti rəqibinin adını açıqlayıb

18 İyul 2026 05:14see180

“Atalanta” Edersonla müqaviləni uzadıb

18 İyul 2026 01:49see176

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? Pxisoloqdan maraqlı açıqlama

18 İyul 2026 01:29see176

ADNSU gənc alimləri işə dəvət edir 3500 manatadək maaş TƏKLİFİ FOTO

17 İyul 2026 20:27see175

Məhəmməd Salah və “Beşiktaş” əməkdaşlıq şərtləri barədə razılığa gəliblər

18 İyul 2026 06:19see171

Joni Montiel “Qarabağ”ın heyətindən çıxarıldı

17 İyul 2026 17:16see170

Gürcüstanın yeni tranzit gedişi: Baş nazir regional planlarını açıqladı

17 İyul 2026 19:10see169

İran İraq Kürdüstanındakı ABŞ bazalarına zərbələr endirdiyini açıqlayıb

18 İyul 2026 03:35see167

Kimlər 6 il doğum borclanmasından yararlana bilər?

19 İyul 2026 03:37see163

Mbappe Messinin rekordunu qırdı DÇ nin ən çox qol vuran futbolçusu oldu

19 İyul 2026 02:43see161

“Çelsi” Rocerslə bağlı “Aston Villa” ilə razılığa gəlib

19 İyul 2026 07:17see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri