Icma.az
close
up
RU
Böyük zəfərimizin müqəddiməsi

Böyük zəfərimizin müqəddiməsi

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Aprel hadisələrindən doqquz il ötür. 2016-cı ilin aprelində Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq keçirilmiş əks-əməliyyat zamanı qazanılmış qələbə Ordumuzun gücünü, xalqımızın yenilməz ruhunu bütün dünyaya göstərdi. Xalqımızın içində inam ruhunun dirçəldilməsində Aprel hadisələrinin böyük rolu oldu. Bu günün nəzərlərindən baxanda da, tarixi prosesləri öz gerçəkləri və reallıqları çərçivəsində dəyərləndirəndə də bir amil qabarıq görünür: Aprel döyüşləri böyük zəfərimizin müqəddiməsidir!

Aprelin 2-də Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi. Aprel döyüşləri xalqın səbrinin başlanğıcı oldu. Çünki mütəmadi olaraq Ermənistan silahlı qüvvələrinin birləşmələri cəbhəboyu zonadakı yaşayış məntəqələrimizi atəşə tutur, bu və ya digər dərəcədə təxribatlar törədirdilər. Elə 2016-cı ilin martından etibarən erməni hərbi birləşmələri artilleriya qurğularından həm döyüş mövqelərimizi, həm də təmas xəttinə yaxın yaşayış məntəqələrini atəşə tutaraq vəziyyəti gərginləşdirdilər. Aprelin 2-nə keçən gecə isə bütün mövqelərimizi, eyni zamanda, mülki əhalini atəşə tutan ermənilərə cavab reaksiyası bu dəfə kəskin və qəti oldu. Azərbaycan tərəfindən dərhal adekvat tədbirlərin görülməsi ilə bağlı qərar qəbul edildi və strateji cavab zərbələri endirildi. Düşmən müdafiəsinin ön xəttində və dərinliyində yerləşən koordinatlar müəyyənləşdirildi, Ermənistan ordusunun canlı qüvvəsi və hərbi texnikası məhv edildi.
Uğurlu əməliyyatlar nəticəsində Naftalan şəhərinə təhlükə yaradacaq Talış kəndi istiqamətindəki yüksəkliklər işğalçılardan təmizləndi. Həmçinin Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, olduqca strateji əhəmiyyətli Lələtəpə yüksəkliyi azad edildi. Ağdərə-Suqovuşan istiqamətində yolların nəzarətdə saxlanılması təmin edildi. O məkanlar ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sonradan ilk Növruz tonqallarını orada yandırdı, gələcək quruculuq-bərpa işləri ilə bağlı planlarını açıqladı. Xalqı oradan təbrik etdi, hərbçiləri salamladı. Çünki Zəfərə ilk salam bu məkanlarda verilmişdi. Erməni mifi Aprel döyüşlərində dağılmış, ovulub parçalanmışdı. Erməni separatçıları məhz Aprel döyüşlərindən sonra məğlubiyyətə uğradıqlarını dərk etmişdilər. Aprel qələbəsi güclü hakimiyyətin, əsgərlərimizin döyüş ruhunun, ordu ilə xalqın birliyinin təcəssümü olmaqla yanaşı, dünya ictimaiyyətinə də yaxşı bir mesaj ötürdü. İşğal edilmiş ərazilərin hərb yolu ilə azad edilməsinin mümkünlüyü mesajını! Elə bu mesajdan yola çıxaraq haqqını bərpa edə bildi Azərbaycan xalqı.
Ali Baş Komandan İlham Əliyevin Aprel döyüşlərinin əhəmiyyəti barədə dediyi sözlər bu hadisələrin mahiyyətini dərk etmək üçün yetərlidir: “Aprel döyüşləri hərbi dərsliklərə salınmalıdır. Həm peşəkarlıq, həm də vətənpərvərlik ruhu baxımından Aprel döyüşləri bir daha göstərdi ki, Azərbaycan xalqı qəhrəman xalqdır. Bir daha onu göstərdi ki, biz bu vəziyyətlə barışmayacağıq. Onu göstərdi ki, xalq-iqtidar birliyi bu gün Azərbaycanda yüksək səviyyədə təmin olunur, möhkəmlənir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli bizim üçün həmişə olduğu kimi birinci yerdə duran prioritet məsələdir”.
Aprel döyüşlərindən iki il sonra Naxçıvanda “Günnüt” əməliyyatı keçirildi, strateji yüksəkliklər nəzarətə götürüldü. Dörd il sonra isə 44 günlük müharibə ilə Azərbaycan öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa edərək, son 200 illik tariximizin ən böyük Zəfərinə imza atdı.

Elnarə Akimova
YAP idarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:225
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 02 Aprel 2025 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see279

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see263

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see220

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see209

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see202

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see201

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see199

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see196

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see192

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see185

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see181

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see176

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see175

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see175

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see174

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see174

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see172

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see171

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see171

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri