Zelenski ABŞ a səfər edib: Bir nömrəli prioritet raketdən müdafiə və ABŞ ilə strateji əməkdaşlıqdır
Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-a səfər edib.
APA xəbər verir ki, bu barədə Zelenksi “Telegram” kanalında məlumat paylaşıb.
O bildirib ki, Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp, onun komandası və Ukraynanın müdafiəsinə dəstək verə biləcək rəsmilərlə görüşlər keçirəcək.
"Bir nömrəli prioritet raketdən müdafiə və ABŞ ilə strateji əməkdaşlıqdır. Sülh daha da yaxınlaşmalıdır", - deyə Zelenski vurğulayıb.
Ukrayna Prezidenti, həmçinin, qeyd edib ki, nümayəndə heyəti Vaşinqtonda keçiriləcək mərasimdə mərhum amerikalı senator Lindsi Qrehemin xatirəsini ehtiramla yad edəcək.
"Bütün Ukrayna adından Lindsi Qrehemin xatirəsini anacaq, onun Avroatlantik məkanda və dünyanın digər regionlarında təhlükəsizlik və azadlıq naminə göstərdiyi səyləri xatırlayacağıq", - deyə Zelenski bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 28 İyul 2026 10:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















